25 may 2022-ci il tarixində Fizika fakültəsinin elmi seminarında “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Arzuman Həsənovun elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Metal tərkibli nanoquruluşların riyazi modelləşdirilməsi və kvantmexaniki tədqiqi” mövzusunda dissertasiyanın müzakirəsi keçirilib.
| Ətraflı22 may 2022-ci il tarixində Fizika fakültəsinin əməkdaşları Şamaxı rayonuna səfər edib, rayonun bir sıra görməli yerlərini gəziblər. Səfər çərçivəsində onlar AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında olublar. Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov Rəsədxananın fəaliyyəti barədə əməkdaşlara məlumat verib.
20 may 2022-ci il tarixində BDU Fizika fakültəsində “Şuşa ili”nə həsr olunmuş tədbirlər çərçivəsində magistranların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” adlı XXII respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasının himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Giriş sözü ilə çıxış edən BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin direktoru professor Mais Süleymanov konfrans iştirakçılarını təbrik etdi və konfransın işinə uğurlar arzuladı. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev iştirakçıları salamlayaraq konfrans barədə məlumat verdi. O, konfransa 95 materialın təqdim edildiyini, plenar iclasda 4 məruzənin dinlənəcəyini, sonra 6 bölmədə konfransın işinin davam edəcəyini bildirdi. Optika və molekulyar fizika kafedrasının professoru Niftalı Qocayev bu cür elmi tədbirlərin əhəmiyyətindən danışdı, gənc tədqiqatçılara elmi-tədqiqat fəaliyyətində uğurlar arzuladı, dəyərli tövsiyələrini verdi.
Magistrantların və gənc tədqiqatçıların “Şuşa ili”nə həsr olunmuş “FİZİKA VƏ ASTRONOMİYA PROBLEMLƏRİ” mövzusunda XXII RESPUBLİKA ELMİ KONFRANSININ PROQRAMI
17 may 2022-ci il tarixində Fizika fakültəsinin növbəti elmi seminarında “Optika və molekulyar fizika” kafedrasının professoru Rasim Məmmədov “ Əlavə elektrik sahəli Metal – Yarımkeçirici Kontaktların İnnovativ tətbiq imkanları” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, müasir elektron texnikasında diskret yarımkeçirici cihaz və inteqral sxemlərin komponentləri kimi geniş istifadə olunan Metal – Yarımkeçirici Kontaktların (MYK) əsas işçi parametrlərinin (ФВ, n, RC, ...) və xarakteristikalarının (I-V-T, C-V-T,...) nəzəri və eksperimental nəticələri bir sıra hallarda kəskin fərqlənirlər. Belə anlaşılmazlıqlara aydınlıq gətirmək üçün diod və omik xarakterli MYK-da baş verən elektron proseslər ehtimal olunan real faktorların təsiri nəzərə alınmaqla dünyanın elmi mərkəzlərində geniş tədqiq edilir. Bu faktorlardan biri də real MYK-da BDU alimləri tərəfindən aşkar edilmiş yeni fiziki hadisənin - Əlavə Elektrik Sahəsinin (ƏES) yaranmasıdır. Kontakt səthinin məhdudluğu hesabına yaranan ƏES-in təsiri hesabına real MYK-nın işçi parametrləri və elektrik xarakteristikaları ideal MYK-nın müvafiq göstəricilərindən kəskin fərqlənirlər.
17 may 2022-ci il tarixində Fiziki elektronika kafedrasının dosenti Benyaməddin Davudov kafedranın seminarında “İmpuls plazma sürətləndiricilərində baş verən fiziki proseslər” mövzusunda məruzə ilə çıxış edib. O, öz məruzəsində başlıca olaraq diqqəti elektrodinamik sürətləndiricilərə yönəldib, alınan plazma selinin əsas parametrləri, eləcə də həmin impuls plazma sürətləndiricilərinin elm və texnikada tətbiqlərinə baxılması barədə ətraflı və məzmunlu məlumat verdi. Bu mövzu alçaq temperaturlu plazmanın tədqiqində əsas problemlərdən biridir.
13 may 2022-ci il tarixində saat 14-00-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Rusiya, Dubna) və Milli Nüvə Tədqiqatları Mərkəzinin (Azərbaycan, Bakı) əməkdaşı Tayıbov Laçın Ənvər oğlu BDU fizika fakültəsinin tələbələri üçün Nüvə Reaktorunda Bölünmə Prosesi mövzusunda “online” şəklində mühazirə oxuyacaq.
10 may 2022-ci il tarixində Bakı Dövlət Univetsiteti Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı və Könüllülərinin təşkilatçılığı ilə Azərbycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.Tədbir BDU Könüllülərinin Fizika fakültəsi üzrə sədri Ramazan Hüşənov və Fizika fakültəsi THİK sədri Lamiyyə Həmidovanın aparıcılığı ilə baş tutub.
Fizika fakültəsində “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində 04 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tələbələrin “Gələcəyin alimləri” adlı VII elmi konfransı keçirilib. Konfransı açıq elan edən fakültə dekanı Bəxtiyar Paşayev sözü BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri professor Mais Süleymanova verdi. Mais Süleymanov konfrans iştirakçılarına BDU rəhbərliyinin təbriklərini çatdırdı və tələbə elmi konfransının keçirilməsinin gələcək elmi tədqiqatçıların yetişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Fizika fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsi keçmək üçün 04 may 2022-ci il tarixdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına gediblər. Fizika fakültəsi Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanasında filialı fəaliyyət göstərir. Rəsədxananın rəhbərliyi və əməkdaşları tələbələrin qarşılanması, yerləşdirilməsi və təcrübə keçmək üçün fəaliyyətlərinin təşkili üçün lazımi köməkliyi göstəriblər. May 13-nə kimi davam edəcək təcrübələrdə tələbələr əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsi üçün əlverişli imkan əldə ediblər.
May ayının 5-i və 12-si tarixlərində saat 11:30–da Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Rusiya, Dubna) və Milli Nüvə Tədqiqatları Mərkəzinin (Azərbaycan, Bakı) əməkdaşı Tayıbov Laçın Ənvər oğlu fizika fakültəsinin tələbələri üçün “Nüvə Reaktoru Fizikasına Giriş” adı altında “online” şəkildə mühazirə oxuyacaq.
| Ətraflı
28 aprel 2022-ci il tarixdə BDU Nəzəri fizika və Astrofizika kafedralarının birgə seminarı keçirilib.Seminarda anizotrop günəş küləyinin tədqiqi elmi müzakirə olunmuşdur.
28 aprel 2022-ci il tarixində saat 12:00-da 316 saylı auditoriyada Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nanomateriallarin kimyəvi fizikası kafedrasının elmi seminarı keçiriləcəkdir.
Mövzu : Elektrotermopolyarlaşmanın TiO2/PVX əsaslı polimer nanokompozitlərinin quruluşuna və fotolüminesensiya xassələrinə təsiri.
Məruzəçi : Rəhimli Almara
Arzu edənlər iştirak edə bilərlər.
| Ətraflı
27 aprel 2022-ci il tarixində Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının genişləndirilmiş elmi seminarı keçirilib.Elmi seminarında polimer nanokompozitlərin xassələri müzakirə olunub
27 aprel 2022-ci il tarixində Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının genişləndirilmiş elmi seminarı keçirilib. Seminarda kafedranın doktorantı Almara Rəhimli “Elektrotermopolyarlaşmanın TiO2/PVX əsaslı polimer nanokompozitlərinin quruluşuna və fotolüminessensiya xassələrinə təsiri” mövzusunda məruzə edib. Məruzəçi polyar, termoplastik polimer olan PVX və rutil faza TiO2 nanohissəcikləri əsaslı nanokompozitlərin optimal alınma şəraitinin müəyyən edilməsi, sintez edilmiş nanokompozit nümunələrin quruluşu ilə lüminessensiya, elektrofiziki və elektret xassələri arasındakı qanunauyğunluqların araşdırılması və onların mümkün tətbiq imkanlarının müəyyən edilməsi istiqamətində aparılmış tədqiqatların nəticələrini diqqətə çatdırıb
Bakı Dövlət Universitetinin Fizika fakültəsində “Elm günü” ilə bağlı tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 20 aprel 2022-ci il tarixində Bərk cisimkər fizikası kafedrasının növbəti elmi seminarı keçirilib. Bərk cisimlər fizikası kafedrasının müdiri Mehdi Mahmudov seminarı açaraq kafedrada gənc alimlərin apardığı tədqiqat işlərinin aktuallığı, qarşıya qoyulan prioritet məsələlər, aparılmış hesablamalar, əldə olunmuş elmi nəticələr, bu tədqiqatların üstünlükləri və tədqiqatla bağlı problemlər haqda seminar iştirakçılarına ətraflı məlumat verdi.
21 aprel 2022-ci il tarixində Fizika fakültəsinin elmi seminarı keçirilib. Seminarda kafedranın doktorantı Emiliya Ömərova “Hiqqs bozonların parçalanmalarında -kvantın dairəvi və xətti polyarlaşması” mövzusunda çıxış edib.
Bakı Dövlət Universiteti Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı "Fakültəmizi tanıyaq" layihəsi çərçivəsində ikinci tədbiri keçirib. Tədbirdə fakültənin tanınmış müəllimləri – fizika-riyaziyyat elmləri doktoru, professor Niftalı Qocayev və fizika-riyaziyyat elmləri namizədi, Optika və molekulyar fizika kafedrasının müəllimi Rafiq Bağırovla görüş təşkil olunub.
19 aprel 2022-ci il tarixdə Fizika fakültəsinin Maddə quruluşu kafedrasının genişləndirilmiş Elmi seminarı keçirilib.
19 aprel 2022-ci il tarixində Fiziki elektronika kafedrasının seminarında dosent Şahin Ələkbərov “Baryer boşalmasının mexanizmi və onu təyin edən parametrlər” mövzusunda məruzə edib. O, öz məruzəsində baryer boşalmasının əsas xüsusiyyətləri, onun növləri, baryer boşalmasında boşalma aralığında yaranan mikroboşalmalar, onların parametrləri, mikroboşalmalarda cərəyan sıxlığı, mikroboşalmaların enerjisi, bir baryerli və iki baryerli baryer boşalmasının volt-amper xarakteristikaları, baryer boşalmasının parametrlərinə təsir edən faktorlar, baryer boşalmasında boşalma aralığında, mikroboşalmalarda baş verən fiziki proseslər haqqında geniş məlumat verdi.