Home Aze Ru Eng

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları Dubna şəhərində ezamiyyətdə olublar
08/11/2018

BDU-nun Fizika fakültəsinin əməkdaşları Rusiya Federasiyasının Dubna şəhərində keçirilən “Eksperimental Nüvə fizikasının qurğu və metodları” adlı gənc tədqiqatçıların IX Beynəlxalq payız məktəbində iştirak ediblər. Nanoaraşdırmalar Mərkəzinin kiçik elmi işçiləri Həbibə.Şirinova, Kənan Hüseynov və BDU Fizika Problemləri ETİ-nin “Yüksək enerjilər fizikası” qrupunun kiçik elmi işçisi Nərmin Hüseynova bir həftəlik ezamiyyətləri dövründə nəzəri kursla yanaşı praktik kurs keçib, müxtəlif ölkələri təmsil edən alimlərlə birgə elmi müzakirələrdə iştirak edibər.

 

| Ətraflı


Fizika fakültəsində iclas keçirilib
05/11/2018

Fizika fakültəsində professor-müəllim heyətinin, o cümlədən ETH-nin səmərələşdirici və patent-lisenziya işləri üzrə idarə aparatının əməkdaşlarının iştirakı ilə növbəti iclas keçirilib. Dekan, professor Məhəmmədəli Ramazanov iclasın gündliyi barədə məlumat verib. İclasda əsasən fakültədə çap olunan məqalələrin sayı ilə alınmış patentlərin sayı arasındakı böyük fərq olması məsələsi müzakirə edilib.

| Ətraflı


Şərəfli və mənalı ömür
31/10/2018

İnsan ömrü çox qısadır. Bu ömrü ailəsi üçün, əhatəsində olan insanlar üçün və bütövlükdə xalqı üçün yaşayanlar xoşbəxtdirlər. Məhəmmədəli müəllim belə xoşbəxt insanlardandır.
Sizin ilin məxməri fəsli olan bu payız günündə 60 yaşınız tamam olur. 60 yaşın zirvəsindən baxdıqda arxada görülən , qarşıda isə görüləsi nə qədər işləriniz var. Öz səmimiliyiniz , sözün əsl mənasında , insanlığınızla Sizi əhatə edən insanların daima köməyinə çatmısınız.
Tələbə , magistr və doktorantlarınızın, elm dünyasına vəsiqə verdiyiniz əməkdaşlarınızın hər birinin qəlbində Siz böyük hərflərlə yazılan MÜƏLLİMSİNİZ!
Bu Yubiley, eləcə də , sizin ailənizin bayramıdır. Əhatənizdə həmişə səmimi dostların və həmkarlarınızın olması, Sizin onlara xeyirxah münasibətinizdən . təvazökarlıq və sadəliyinizdən xəbər verir.
Bu əlamətdar gün münasibəti ilə Sizi ürəkdən təbrik edirik! Sizə möhkəm can sağlığı , elmi fəaliyyətinizdə bol nailiyyətlər və daima sevənlərinizin əhatəsində olmağınızı arzulayırıq!
Daima zirvələrdə olun, Məhəmmədəli müəllim!

Hər zaman yanınızda olan "Nano" ailəsi adından...


| Ətraflı


Humanist insan, gözəl alim, xeyirxah dekan
31/10/2018

31 oktyabr 2018-ci il tarixdə M.Ramazanovun 60 yaşı tamam olur. Bu münasibətlə Fizika fakültəsinin dekanlığı, fakültə əməkdaşları, dostları, tələbə yoldaşları onu ürəkdən təbrik edir, ona cansağlığı arzulayırlar. Əminik ki, professor M.Ramazanov hələ bundan sonra da Azərbaycanda elm və təhsilin daha yüksək səviyyələrə qaldırılması istiqamətində aparıcı rol oyanamaqda davam edəcək, yeni-yeni nailiyyətlərlə bizləri-onu qəlbən sevənləri və hər kiçik uğurunu şadyanaqlıqla qarşılayanları sevindirəcəkdir.

 

| Ətraflı


BDU-nun Fizika fakültəsində elmi araşdırmaların aparılmasına xüsusi önəm verilir
30/10/2018

Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsində tədrisin yeniləşdirilməsinə, elmi araşdırmaların aparılmasına xüsusi önəm verilir. Bu barədə fakültənin dekanı, professor Məhəmmədəli Ramazanov AZƏRTAC-a müsahibəsində məlumat verib. Dekan bildirib ki, gələn il Bakı Dövlət Universitetinin yaradılmasının 100 ili tamam olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən universitetin yubileyi geniş şəkildə qeyd ediləcək. BDU-nun bütün fakültələri, o cümlədən fizika fakültəsi yubileyi yüksək nailiyyətlərlə qarşılamağa çalışır. Ötən il fizika fakültəsinin alimləri “Tomson Reuter”, “Scopus” tərəfindən indekslənən impakt faktorlu jurnallarda 118 məqalə dərc etdiriblər. Keçirdiyimiz beynəlxalq konfransın seçilmiş materialları “Tomson Reuter” Agentliyinin siyahısına daxil edilib. Son zamanlar isə fakültədə tədrisin müasirləşdirilməsi, elmi-tədqiqatların genişləndirilməsi, təhsilin Bolonya prosesinin tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər reallaşdırılır. Bu il də alimlərimiz müxtəlif istiqamətlərdə yeni nailiyyətlər qazanmağa çalışırlar. Dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq tədbirlərdə əməkdaşlarımızın elmi məruzələri böyük maraq doğurur”, - deyə M.Ramazanov söyləyib.

https://azertag.az/xeber/BDU_nun_fizika_fakultesinde_elmi_arasdirmalarin_aparilmasina_xususi_onem_verilir-1208773?fbclid=IwAR3V1bTyIZfCUqRRX6QMSZLjaUhoOiG3bkmSL8VldCIK7P7fjGA9JxmYHm8

| Ətraflı


Prof. M.Ə. Ramazanova ünvanlanmış təbrik məktubları
30/10/2018

"Birləşmiş Nüvə Tədqiqatları İnstitutu"nun Direktoru V.A. Matveev  və  "MDB ölkələrinin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi"nin direktoru Ruzaev A.V.  Fizika fakültəsinin dekanı professor Ramazanov Məhəmmədəli Əhməd oğluna 60 illik yubileyi münasibətilə təbrik məktubları ünvanlamışdırlar.

 

| Ətraflı


Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika filmlərdə layihəsinə start verilmişdir
30/10/2018
30.10.2018-ci il tarixində BDU Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika filmlərdə" layihəsinə start verilmişdir.TEC-in elmi rəhbəri dosent Orucov Arif layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki belə təqdimatlar fizikanın öyrənilməsində motivasiya yaratmağın yaxşı üsullarından biridir.   İlk olaraq İnterstellar (Ulduzlar arası) filmi 4-cü kurs SABAH qrup tələbəsi Sadıxlı Rəvanənin moderatorluğu ilə müzakirə olunmuşdur. Tədbirdə dekan müavinləri-Hüseyn Məmmədov, Məhəmməd Məhərrəmov; fakültə müəllimləri-Məmməd Rəcəbov, Zöhrab Ağamalıyev, Flora Hacıyeva, Kəmalə Alışova, Mehdi Mahmudov, Vüsal Məmmədov, Niyal Barxalova  və tələbə heyəti iştirak etmişdir.
Filmdəki  fizika qanunları ilə əlaqədar olan hissələr maraqlı müzakirələrə səbəb oldu.

| Ətraflı


CERN-də nüvə fizikasının gələcəyi müzakirə olunub
26/10/2018

Oktyabrın 24-də İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşən Avropa Nüvə Tədqiqatları Təşkilatında(CERN) nüvə mərkəzlərinin proqramları müzakirə olunub. 400-dən artıq nüvə fizikinin qatıldığı konfransda Azərbaycanı Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun direktor müavini Anar Rüstəmov təmsil edib.

| Ətraflı


Magistrların elmi seminarda çıxışları
26/10/2018

23.10.18-ci il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Quliyeva Günel, Məmmədli Nigar, Mustafayeva Vəfa və Bağırova Aydan  apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.

| Ətraflı


Fizika fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı dinlənilib
19/10/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda BDU-nun Tədris-Metodiki Şurasının sədri akademik Vasif Babazadə, şuranın üzvü professor Ləzifə Qasımova və  fakültənin professor-müəllim heyəti  iştirak ediblər.  Elmi Şuranın sədri, dekan professor Məhəmmədəli Ramazanov iclas iştirakçılarını salamlayıb və  gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

| Ətraflı


Nüvə fizikası üzrə beynəlxalq konfrans Azərbaycanda keçiriləcək
12/10/2018

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun İnnovativ layihələr və beynəlxalq əlaqələr üzrə direktor müavini Anar Rüstəmov Yunanıstanda nüvə fizikası üzrə beynəlxalq konfransda iştirak edib. A.Rüstəmov konfransın plenar iclasındakı məruzəsində CERN-in ALICE təcrübəsində alınmış nəticələri təqdim edərək onların təhlilini təqdim edib, Azərbaycan Respublikasında nüvə fizikası istiqamətində görülən işlərdən bəhs edib. Daha sonra A.Rüstəmovun növbəti konfransın Azərbaycanda keçirilməsi ilə bağlı təklifi səsə qoyulub və buna razılıq verilib.

| Ətraflı


Rektor birincilərlə görüşüb
11/10/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Mexanika riyaziyyat və Fizikafakültələrinin birinci kurs tələbələri ilə görüşüb. Tədbirdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, adıçəkilən fakültələrin dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib. Rektor birinciləri ali məktəbə qəbul olunmaları münasibətilə bir daha təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb, tövsiyələrini verib. Professor-müəllim heyətinə isə tələbələri elmi fəaliyyətə cəlb olunması ilə bağlı tapşırıq verib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

| Ətraflı


Fizika fakültəsində elmi seminar keçirilib
11/10/2018

Oktyabrın 9-da BDU-nun Fizika fakültəsində dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi altında magistrantların növbəti elmi seminarı keçirilib. Seminarda fakültənin II kurs magistrantları - Xumarə Kərimova, Humay Məmmədli, Rüfanə Tağıyeva və Təravət Eyvazlı apardıqları elmi-tədqiqat işləri ilə bağlı  çıxış ediblər. Sonda müzakirələr barədə ümumi fikirlər səsləndirilib, növbəti seminarın 23.10.2018 tarixində  keçiriləcəyi elan olunub.

| Ətraflı


BDU-da Akademik Həsən Abdullayevin barelyefinin açılışı olub
28/09/2018

Bakı Dövlət Universitetində görkəmli alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyi çərçivəsində xatirə barelyefi açılıb. Açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov görkəmli alim Həsən Abdullayevin Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla yanaşı, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirməsindən, ümumdünyəvi fizika elminin əsas simalarından biri olmasından bəhs edib. Eyni zamanda, akademik Həsən Abdullayevin 36 il AMEA-nın Fizika İnstitutunun direktoru, 1970-ci ildən 1983-cü ilədək həm də Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi gördüyü işlərdən danışıb.

| Ətraflı


Fizika fakültəsində növbəti dissertasiya işinin müdafiəsi uğurla keçirilib
28/09/2018

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 27 sentyabr 2018-ci il tarixindəFizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Həbibə Aslan qızı Şirinovanın“PP+Fe3O4 və PVDF+Fe3O4əsaslı polimer nanokompozitlərin alınması, quruluşu və xassələri” mövzusunda 2222.01.–“Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Fizika fakültəsinin dekanı, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının professoru Məhəmmədəli Ramazanovun və İtaliyanın La Sapienza universitetinin professoru Luca Di Palmanın rəhbərliyi ilə hazırlanmış elmi tədqiqat işi Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib. İtalyan professorun da iştirak etdiyi müdafiə prosesi, maraqlı diskussiyalarla yadda qalıb.

| Ətraflı


BDU-da HORİZON-2020 üçün yeni qrant layihəsinin müzakirəsi olub
28/09/2018

Sentyabrın 27-də Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında Avropa Komissiyasının Tədqiqat və İnnovasiya proqramı - HORİZON-2020 üçün yeni qrant layihəsinin müzakirəsi olub. İtaliyanın Sapienza Universitetinin professoru Luca Di Palma “Xəzər dənizi regionunun bərpası üçün Azərbaycan - Avropa şəbəkəsi təlim və təhsil potensialının qurulması” mövzusunda birgə əməkdaşlıq layihəsinin hazırlanmasını təklif edib. Layihənin müzakirəsində Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc   Hacıyeva , Təhsil Nazirliyinin nümayəndəsi Anar Kazımov, Bakı Ali Neft məktəbinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Su-kanal Elmi Tədqiqat İnstitutunun, AZEKOLAB özəl laboratoriyanın və Nanoaraşdırmalar laboratoriyasın  nümayəndələri iştirak edib.

| Ətraflı


BDU-nun elmi işçisi Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub
21/09/2018

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laborotoriyasının elmi işçisi, doktorant Almara Rəhimli iyun-sentyabr ayları ərzində Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzində tədqiqat işi aparıb. Yaponiya dövlətinin dəvəti ilə reallaşan səfər bu ölkənin Elm Fondu və BDU tərəfindən maliyyələşdirilib.

Tədqiqatçı üç aylıq elmi ezamiyyəti müddətində kolloidal silisium nanohissəciklərinin səthinin yeni metodla polimerlə örtülməsi, xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olaraq əhəmiyyətli nəticələr əldə edib.

Qeyd edək ki, Almara Rəhimlinin elmi rəhbərləri BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İharadır.

| Ətraflı


Optika və molekulyar fizika kafedrasının birincilərlə görüşü olub
17/09/2018

Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının müdiri Rəna Qasımova I kurs tələbələri ilə görüşüb. O, kafedranın yaranma tarixi, tanınmış məzunları, digər universitetlərlə əlaqələri, professor-müəllim heyəti və maddi-texniki bazası barədə  ətraflı məlumat verib. Sonda tələbələrin sualları cavablandırılıb.

| Ətraflı


ELAN
17/09/2018

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 27 sentyabr 2018-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Həbibə Aslan qızı Şirinovanın “PP+Fe3O4 və PVDF+Fe3O4 ƏSASLI POLİMER NANOKOMPOZİTLƏRİN ALINMASI, QURULUŞU VƏ XASSƏLƏRİ” mövzusunda, 2222.01. – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək.

| Ətraflı


ELAN
14/09/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Elmi Seminarında 06 oktyabr 2018-ci il tarixdə saat 10.30-da 437 saylı auditoriyada Gülşən Ələkbər qızı Ağayevanın "Peptid biotənzimləyicilərin konformasiya mütəhərrikliyinin nəzəri analizi" mövzusunda “2206.01 – Molekulyar fizika” ixtisası üzrə doktorluq elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilərlər!

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 |