Home Aze Ru Eng

Xəbərlər

Fizika fakültəsində birinci kurslarla görüş olub
13/09/2018

Fizika fakültəsində I kursa qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib. Dekan, professor Məhəmmədəli Ramazanov valideynləri və tələbələri təbrik edib, universitetin, o cümlədən  fizika fakültəsinin tarixi, kafedraları, görkəmli məzunları, fakültədə yaradılmış şərait barədə ətraflı məlumat verib.

| Ətraflı


Radiofizika adlı yeni kitab çapdan çıxıb
29/08/2018

BDU-nun Fizika fakültəsinin professorlarının müəllifliyi ilə " Radiofizika " adlı kitab işıq üzü görüb. Professorlar- Məhəmmədəli Ramazonovun, Hüseyn Məmmədov və Maarif Cəfərovun müəllifi olduğu kitabda radiofizikanın  mahiyyəti, metodoloji əsasları, hədəfləri ətraflı göstərilib. İngilis dilində olan kitabda  radio dalğalarının əsas xüsusiyyətləri,  prinsipləri , radio-elektron dövrlərdə və  cihazlarda baş verən proseslər, vakuum prinsipi və yarımkeçirici cihazlarda düzəldici və gücləndirilmiş generasiya, radio rabitə prinsipləri , modulyasiya və aşkarlama prinsipləri kimi məsələlər öz əksini tapıb. Kitab universitet və lisey tələbələri, magistrantlar üçün nəzərdə tutulub.

| Ətraflı


Yeni dərslik çapdan çıxıb
28/08/2018

Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadənin müəllifliyi ilə " Ümumi Astronomiya kursu" adlı kitab çapdan çıxıb. Azərbaycan dilində  olan dərslikdə astronomiyanın   mahiyyəti, metodoloji əsasları və  hədəflərindən bəhs edilib. Dərslikdə yerin, günəşin və ayın hərəkətləri, ay və günəş tutulmaları, astronomiya təqvimləri və s. kimi təbiət hadisələri ilə bağlı faydalı  məlumatlar verilib. Əsasən universitetlərin fizika fakültələrinin bakalavr səviyyəsi üzrə  tərtib olunan dərs proqramlarına uyğun hazırlanana dərslik magistrantlar, doktorantları və orta məktəbdə Astronomiya fənnini tədris edən müəllimlər üçün faydalı ola bilər.

| Ətraflı


“NETTY2018” Azərbaycanın milli internet mükafatının 14-cü mükafatlandırma mərasimi baş tutub
10/07/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin rəsmi internet səhifəsi  (http://physics.bsu.edu.az) “Elm və təhsil” nominasiyasi üzrə ilk onluqda yer alıb. Qeyd edək ki,  Azərbaycan milli internet mükafatı olan NETTY 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti  və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk  peşəkar mükafatıdır. NETTY Azərbaycanın ən yaxşı internet layihələri və informasiya texnologiyaları sahəsində çalışan peşəkarları aşkar edərək onları mükafatlandırır.

| Ətraflı


Elmi Şuranın 2017/2018-ci tədris ilinin son iclası keçirilib
06/07/2018

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş 2017/2018-ci tədris ilinin son iclası keçirilib.Rektor, akademik  Abel Məhərrəmov gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin və BDU-nun 100 illik yubileyləri ilə əlaqədar görülən işlər və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edək ki, ilin nəticələrinə görə  Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədris metodikası kafedrasının müəllimi Radifa İsmayılova  “İlin fəal gənc müəllimi” adları ilə təltif ediliblər.

| Ətraflı


ELAN
27/06/2018

Bakı Dövlət Universitetində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 28 iyun 2018-ci il tarixdə saat 13.00-da əsas bina-111 saylı auditoriyada Həbibə Aslan qızı Şirinovanın PP+Fe3O4 VƏ PVDF+Fe3O4 ƏSASLI POLIMER NANOKOMPOZITLƏRIN ALINMASI, QURULUŞU VƏ XASSƏLƏRI” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək.  Arzu edənlər iştirak edə bilərlər!

| Ətraflı


Gənc alimlər Dubna şəhərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçiblər
21/06/2018

Bakı Dövlət Universitetinin əməkdaşları - Səbinə Hüseynli, İlahə  Həsənova və Fizika fakültəsinin doktorantı Ceyran Sultanova Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (JINR) təcrübədə olublar. Gənc alimlər elmi seminarlarda, o cümlədən nüvə texnologiyasının ayrı-ayrı elm sahələrinə təsiri və müasir qurğularının işləmə prinsipləri barədə müzakirələrdə iştirak ediblər. Təcrübə müddətində elmi əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, innovativ layihələrinin hazırlanması texnologiyaları barədə məlumatlar verilib. İştirakçılar elmi ideyalarını əks etdirən layihələrini təqdim etdikdən sonra sertifikatlara layiq görülüblər.

| Ətraflı


BDU nun rektoru akademik Abel Məhərrəmov Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir
13/06/2018

BDU nun rektoru akademik Abel MəhərrəmovYaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir və görüş zamanı rektor Azərbaycan-Yaponiya  əlaqələrindən, BDU-da yapon dilinin tədrisindən, elmi əməkdaşlıq və təhsil məsələlərindən danışıldı.  Görüş zamanı gələcəkdə birgə elmi əlaqələrin davam etdirilməsi, Kumamoto Universitetində və BDU arasında  tələbə, magistr və doktorant mübadilə məsələləri müzakirə edilmişdir.

| Ətraflı


ELAN
12/06/2018

13 iyun 2018-ci il tarixində “Nanomaterialların kimyəvi fizikası” kafedrasının elmi seminarında “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dissertantı Şirinova Həbibə Aslan qızının 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün PP+Fe3O4 və PVDF+Fe3O4 ƏSASLI POLİMER NANOKOMPOZİTLƏRİN ALINMASI, QURULUŞU VƏ XASSƏLƏRİ mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilər. Fizika fakültəsi, 161 saylı auditoriya, saat 12:00.

| Ətraflı


Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib
08/06/2018

08 iyun 2018-ci il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Gündəlikdə yekun dövlət attestasiyası imtahanlarının nəticələrinin müzakirəsi, müsabiqələrin keçirilməsi kimi məsələlərə baxılmışdır. Elmi Şüranın sədri prof. M.Ə.Ramazanov iclası açaraq məlumat verdi ki, Nəzəri fizika kafedrasının professoru Sərhəddin Abdullayev Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilmiş və ona akademiyanın diplomu təqdim edilmişdir. Sədr və şüra üzvləri prof. S.Abdullayevi təntənəli şəkildə təbrik etdilər. Daha sonra gündəlikdə olan digər məsələlərə baxıldı. Müsabiqələrdə iştirak edənlər dinlənildi, hesablayıcı komissiya üzvləri seçildi. Gizli səsvermə yolu ilə namizədlərin müsabiqəsi keçirildi. Sonda hesablayıcı komissiyanın sədri nəticələri elan etdi. Elmi şüranın sədri prof. M.Ə.Ramazanov və şura üzvləri kafedra müdiri, dosent və müəllim vəzifələrinə seçilmiş namizədləri təbrik etdi. Bununla da iclas yekunlaşdı.

| Ətraflı


Azərbaycan elmini layiqincə təmsil edən alim
31/05/2018

Keçən əsrin 70-ci illərindən başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – inteqrallaşma tendensiyası üstünlük təşkil etməyə başladı. Ayrıca bir elm sahəsinin inkişafı digər elmlərlə üzvi əlaqədə olmadan inkişafı çox çətindir. Ona görə də dünya alimləri apardığı tədqiqat işlərini digər elmlərlə əlaqəli inkişaf etdirir və elmin inkişafı artıq öz yerini innovasiya ilə təsdiqləyir.  Bu cür multidisçiplinar tədqiqatçılardan biri də indi 60 illik yubileyini qeyd etdiyimiz Fərhad müəllimdır.

| Ətraflı


ELAN
29/05/2018

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 31 may 2018-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Billurə Təvəkkül qızı Hacıyevanın “Xarici maqnit sahəsində neytrino-elektron qarşılıqlı təsir proseslərində asimmetriyalar” mövzusunda, “2212.01 – “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

 

| Ətraflı


NETTY2018
25/05/2018

| Ətraflı


BDU-da Fizika və astronomiya problemləri mövzusunda Beynəlxalq elmi konfrans keçirilib
25/05/2018

24-25 may 2018-ci il tarixində  Bakı Dövlət Universitetində Təhsil Nazirliyi və STAR-NET-in birgə təşkilatçılığı ilə magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Konfransda 118  məruzə ilə100-dan cox  magistrant və gənc tədqiqatçı çıxış etmişdir. Iştirakçılar Rusiyanın Tomsk Politexnik Universitetinin,  Ukraynanın Odessa Milli Politexnik Universitetinin, Turkiyənin Sakarya Universitetinin, Bakı Dövlət Universitetinin, AMEA-nın Fizika institutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Mühəndislik Universitetinin, Xəzər Universitetinin, Şamaxi Astrofizika rəsədxanasının və s. magistrantları və doktorantları idilər.  Plenar iclasdan sonra konfrans işini “Nəzəri fizika və astrofizika”,  “Bərk cisimlər və yarımkeçiricilər”, “Fiziki elektronika”,  “Biofizika və molekulyar fizika”, Nanomateriallar və nanotexnologiyalar”, Fizikanın tədrisi üsiulları” bölməsində davam etdirilmiş və ümumilikdə 116 məruzə dinlənilmişdir. Konfransın sonunda xüsusi çəkisi olan məqalələri rəyə göndərildikdən sonra seçib WEB OF Science təqdim edilməsi qərara alındı.

| Ətraflı


Təbrik edirik
18/05/2018

Bakı Dövlət Universitetinin böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Turnir qaliblərindən biri Fizika fakültəsinin dekanı prof.  Ramazanov Məhəmmədəli Əhməd oğludur. Fakültə adından onu təbrik edir və yeni uğurlar arzu edirik.

| Ətraflı


Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib
18/05/2018

Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Məhərrəmova Güllər, Quliyeva Gülşən  və Hüseynsoy Rahid  apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar 24.05.2018 tarixinə təyin edilib.

| Ətraflı


Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib
11/05/2018

Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Həsənova Mətanət, Novruzova Günay və Dadaşova  Nərminə  apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.  Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti seminar 24.05.2018 tarixinə təyin edilib. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


ELAN
07/05/2018

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən  D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 15 may  2018-ci  il tarixdə saat  16.00-da 437 saylı auditoriyada Aynur İxtiyar qızı Həşimovanın "Ge-Si yarımkeçirici binar bərk məhlulların kristallaşma cəbhəsində ifrat soyumanın aradan qaldırılması" mövzusunda “2211.01 – Bərk cismlər fizikası” ixtisasında  fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.


| Ətraflı


BDU-da Mənim elmdə ilk addımlarım adlı III Respublika elmi konfransı keçirilib
04/05/2018

Bakı Dövlət Universitetdə fizika fakültəsinin müəllim-tələbə heyətinin iştirakı ilə “Mənim elmdə ilk addımlarım” adlı III Respublika elmi konfransı keçirilib. BDU-nun Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasında giriş sözü ilə çıxış edən Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə son illər təhsil sahəsində çoxsaylı dövlət proqramlarının qəbul edildiyini, universitet alimlərinin həmin proqramlarda uğurla təmsil olunduqlarını bildirib. Fizika fakültəsinin müəllim-tələbə heyətinin elmi uğurları barədə məlumat verən dekan, professor Məhəmmədəli Ramazanov fakültədə mütəmadi olaraq üç istiqamətdə - professor-müəllim, magistr və bakalavr səviyyəsi üzrə təhsil alan tələbələr üçün seminarlar təşkil edildiyini söyləyib. Konfransa 50-dək məruzənin təqdim edildiyini vurğulayan dekan hər bir iştirakçıya uğurlar arzulayıb. Plenar iclasda BDU-nun Fizika fakültəsinin tələbələri – Dilarə Piriyeva və Rəvanə Sadıxlının məruzələri dinlənildikdən sonra konfrans işini üç bölmədə davam etdirib.


| Ətraflı


ELAN
03/05/2018

"MƏNİM ELMDƏ İLK ADDIMLARIM" tələbələrin III respublika elmi konfransının açılış mərasimi 4 may 11:00-da 437-ci auditoriyada keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər.


| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 |