Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 15 may 2018-ci il tarixdə saat 14.00-da 437 saylı auditoriyada Gülnara Əhməd qızı Haqverdiyevanın "Bioloji aktiv molekulların təsir mezanizminin konformasiya-elektron aspektləri" mövzusunda “2206.01 – Molekulyar fizika” ixtisasında fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.
30 aprel – 2 may 2018-ci il tarixində Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin 95-illik yubileyi münasibətilə Respublika tələbələrinin elmi-texniki konfransı keçirilmişdir. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bir qrup tələbəsi həmin konfransda uğurla iştirak etmişlər. II kurs Fz ing 06-cı qrupun tələbəsi Dilarə Piriyeva I dərəcəli, Fz121-ci qrup tələbəsi Muhamedova Jalə II dərəcəli, II kurs Fzing06-cı qrupun tələbəsi Yusifova Simuzər və IV kurs tələbəsi Güləhmədov Orxan xüsusi diplomla mükafatlandırılmışlar. Fizika fakültəsinin dekanlığı qeyd olunan tələbələri təbrik edir və yeni uğurlar arzulayır.
Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Mürsəliyeva Xədicə, Məmmədli Gülçin, Məmmədli Jalə, Növbəti seminar 10.05.2018 tarixinə təyin edilib. Atakişiyeva Jalə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.
Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova Fəxri fərmanla təltif olunub.
Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun direktor müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) şöbə müdiri Anar Rüstəmov Rusiya Federsiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) elmi səfərdədir. Səfərin məqsədi BNTİ – nin NICA (Nuclotron-based Ion Collider fAсility ) megaproyektinin ilk kolaborasiya toplantısında iştirak etmək, proyektin qarşısında duran fiziki problemləri müzakirə etməkdir.
Qeyd edək ki, NICA kompleksindən başqa, oxşar tədqiqatlar CERNin Super Proton Sinxrotronu, Almaniyanın FAIR mərkəzi və Amerika Birləşmiş Ştatlarının RHIC kollayderində yerinə yetirilir. BDU və MNTM bu mərkəzlərin hər biri ilə əməkdaşlıq edir. Artıq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universiteti və FAIR arasında anlaşma memorandumu imzalanmışdır. Azərbaycan Respublikasının bu cür beynəlxalq layihələrdə iştirakı yüksək texnologiyaların, müasir cihazların, informasiya texnologiyaları sahəsidə innovativ üsulların vətənimizndə inkişafına və tətbiginə təkan verəcəkdir və yüksək kvalifikasiyalı kənc kadrların yetişməsinə şərait yaradacaqdər.
Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib.Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Quliyeva Aydan, Məmmədova Kəbirə, İsmayılova Şəlalə və Rəciyeva Ülviyyə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar 26.04.2018 tarixinə təyin edilib.
Bakı Dövlət Universitetinin Fizika fakültəsində İtaliyanın Pavia Universitetinin professoru, İNFN-nın üzvü (Italian Institute for Nuclear Physics) Lorenzo Makkonen ilə görüş olub. Görüşdə universitetlərarası əlaqələrin əhəmiyyəti, o cümlədən birgə layihələrin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Bakı Dövlət Universiteti Nanoaraşdırmalar mərkəzində 05 Aprel 2018-ci il saat 10:00-da İtaliyanın Pavia Universitetinin professoru Lorenzo Maccone "Kvant Mexanikasının müasir aspektləri" mövzusunda Elmi seminarı keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilərlər.
Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib.Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Əhmədova Elnarə, Muradova Yeganə, Hacıyeva Nabat, Məmmədova Gülnar, Rzazadə Aytəkin apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar 12.04.2018 tarixinə təyin edilib. Fakültənin magistrantları dəvətlidir.
Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Əsədova Şəbnəm, Eyvazlı Çinarə, Mikayılova Nəzrin, Quliyeva Səlimə və Baxşiyeva Gülnaz apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar 29.03.2018 tarixinə təyin edilib. Arzu edənlər iştirak edə bilər.
Fizika fakültəsinin növbəti elmi seminarı 3 mart 2018-ci il tarixində 437 saylı auditoriyada keçirilmişdir. Seminarda 2211.01. – “Bərk cisim fizikası” ixtisası ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini аlmaq üçün, Həşimova Aynur İxtiyar qızı “Ge-Si yarımkeçirici binar bərk məhlulların kristallaşma cəbhəsində ifrat soyumanın aradan qaldırılması” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə seminar iştirakçılarının marağına səbəb olmuşdur.
Fizika fakültəsinin növbəti elmi seminarı 3 mart saat 1030 -da auditoriya 437-də keçiriləcəkdir. Seminarda 2211.01. – “Bərk cisim fizikası” ixtisası ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini аlmaq üçün, Həşimova Aynur İxtiyar qızı “Ge-Si yarımkeçirici binar bərk məhlulların kristallaşma cəbhəsində ifrat soyumanın aradan qaldırılması” mövzusunda məruzə edəcəkdir. Arzu edən bütün müəllim və tələbələr seminarda iştirak etməyə dəvət olunurlar.
Sizi fevral ayının 19-dan 28-dək elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş onlayn seminarlarımızda iştirak etməyə dəvət edirik. İnformasiya resurslarının hansı funksiyaları məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində sizə faydalı ola bilər? Öz sahəmdə ən münasib və nüfuzlu nəşrləri necə tapa bilərəm? Beynəlxalq jurnalda nəşr olunma prosesi necədir? Elmi məqalələrə olan tələblər hansılardır? Yırtıcı jurnallarda nəşr olunmaqda necə qorunmaq olar? Bir elmi təşkilatın bütün nəşrlərini necə tapa bilərəm? Elmi təşkilatın nəşriyyat fəaliyyətini qiymətləndirmək və onun effektivliyini analoji təşkilatlar ilə necə müqayisə etmək olar? Seminar boyu bu və bir çox digər aktual mövzulara toxunacağıq və Sizi maraqlandıran suallara cavab verəcəyik!
| Ətraflı
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 22 fevral 2018-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Aidə Baba qızı Əhmədovanın “PP+Ti və PVDF+Ti əsasında alınmış polimer nanokompozitlərin quruluşu və xassələri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.
Fizika fakültəsinin növbəti elmi seminarı 8 fevral 2018-ci il tarixində 437 saylı auditoriyada keçirilmişdir. Seminarda 2206.01 – Molekulyar fizika” ixtisası üzrə doktorluq elmi dərəcəsi almaq üçün Gülnara Əhməd qızı Haqverdiyevanın “BİOLOJİ AKTİV MOLEKULLARIN TƏSİR MEXANİZMİNİN KONFORMASİYA-ELEKTRON ASPEKTLƏRİ” mövzusunda məruzə ilə çıxış etmişdir.
Bakı Dövlət Universitetinin fizika fakültəsinin Elmi Seminarında 8 fevral 2018-ci il tarixdə saat 10.30-da 437 saylı auditoriyada Gülnara Əhməd qızı Haqverdiyevanın "BİOLOJİ AKTİV MOLEKULLARIN TƏSİR MEXANİZMİNİN KONFORMASİYA-ELEKTRON ASPEKTLƏRİ" mövzusunda “2206.01 – Molekulyar fizika” ixtisası üzrə doktorluq elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilərlər.
Bakı Dövlət Universitetində bu ali təhsil ocağı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib.
Memorandumda elmi əməkdaşlığı gücləndirmək, texnoloji yenilik, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq, ixtisaslaşdırılmış seminarlar, simpoziumlar və digər elmi görüşlərin təşkili, birgə tədqiqat layihələri, mübadilə tədbirləri, professor-müəllim heyəti və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.
Almaniyanın Höte adına Frankfurt Universitetinin professor , HADES təcrübəsinin sədri, Prof. Dr. Joachim Stroth Bakı Dövlət Universitetinin Fizika fakültəsində elmi məruzə edib. Fakültə müəllim və tələbələrinin iştirak etdiyi görüşdə “Adronmateriyasının virtual fotonlarla tədqiqi” mövzusunda çıxış edən məruzəçi müasir nüvə fizikasının fundamental problemləri, onların HADES təcrübəsində öyrənilməsi və alınmış nəticələr, elementar proton-proton, eləcədə proton-Nüvə və Nüvə-Nüvə toqquşmalarında alınmış nəticələrin əlaqələri və onların müqayisəli təhlili barədə ətraflı danışıb. Alim “Ağır İonların Elmi Tədqiqatları Mərkəzi”nin gələcək planları və genişləndirilməkdə olan sürətləndirici kompleksindən, FAİR proyektindən bəhsedib.
Sonda məruzəçi mövzu haqqında sualları cavablandırıb.