Home Aze Ru Eng

Xəbərlər

Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika Bugün adlı növbəti elmi seminar keçirilib
17/10/2017

Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika bugün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri, dosent Arif  Orucov  açaraq bu səpgili seminarların əhəmiyyətindən bəhs edib. Sonra magistratura səviyyəsi üzrə təhsil alan  birinci kurs tələbəsi Sara Rəhimzadə "Tanrı zərrəciyi", üçüncü kurs tələbəsi  Nurlanə Əliyeva "Skanedici elektron mikroskop", ikinci kurs tələbələri Nurlan Şərəfxanov "Beauty of math" və  Dilarə  Piriyeva "İşığın korpuskulyar-dalğa dualizm xassələri" mövzularında məruzələr ediblər. Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhərrəmov Məhəmməd,  fakültənin müəllim-tələbə heyəti və Azərbaycan Dövlət Dənizçilik Akademiyasının tələbələri iştirak ediblər.

| Ətraflı


Fizika fakültəsində magistrantların elmi seminarı keçirilib
17/10/2017

Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib. Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Könül Əhmədova, İlahə Abdullayeva, Ləman Ağayeva və Günəş Soltanova və Tükazban Kərimova apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar 31.10.2017 tarixinə təyin edilib. Fakültənin magistrantları dəvətlidir.

 

Bu seminara hər bir maqistrant dəvətlidir.
| Ətraflı


Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib
12/10/2017

Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Giriş sözü ilə çıxış dekan, professor Məmmədəli Ramazanov gündəlikdə olan məsələlər barədə məlumat verib. Daha sonra Fakültə TMŞ-nin sədri, professorƏhməd Abdinovçıxışında son bir il ərzində Şura tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verib. Məruzə ətrafında çıxış edən professorlar - Nadir Qəhrəmanov, Eldar Məsimov, SacidəƏbdülvahabovaTMŞ-nin fəaliyyətini yüksək qiymətləndirib, hesabatın qəbul olunmasını təklif ediblər. Bundan sonra Elmi Şuranın üzvləri fakültə Elmi-Metodik Şurasının hesabatının qəbul olunmasına səs veriblər. Vakant yerlərin tutulması ilə bağlı namizədlərin adları və tutduqları vəzifələr elan olunub, onlar səsverməyə buraxılıblar. Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatıb.

| Ətraflı


Magistrantların növbəti elmi seminarı keçirilib
03/10/2017

03.10.17-ci il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. Eldar Şahsuvar oğlu Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantı Xəlilova Yaqut  apardığı elmi-tədqiqat işi haqqında məruzə ilə çıxış etdi. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçinin çıxışını dinləyib onları maraqlandıran suallara cavab aldılar.

| Ətraflı


Fizika fakültəsinin əməkdaşları İtaliyada konfransda çıxış ediblər
02/10/2017

İtalyanın Roma şəhərində “II beynəlxalq Nanotexnologiyanın ətraf mühitə innovativ tədbiqi–NİNE 2017” adlı elmi konfrans keçirilib. Konfrans  İtalya Kimya Mühəndislik Assosiasiyası (AİDİC) və Roma Sapienza Universitetinin Kimya və materiallar mühəndisliyi fakültəsinin birgə təşkilatçılığı ilə baş tutub. Bakı Dövlət Universitetini Nanoaraşdırmalar laboratoriyasının əməkdaşları - kiçik elmi işçisi, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının aspirantı Həbibə Şirinova və  həmin laboratoriyanın kiçik elmi işçisi , eyni zamanda Ekologiya və Torpaqşünaslıq fakültəsinin müəllimi Kənan Hüseynov konfransda məruzə ilə çıxış edib, çoxsaylı sualları cavablandırıblar. Konfrans müddətində digər ölkə təmsilçiləri ilə elmi diskussiyalar aparılıb və  əməkdaşlıq imkanları müzakirə olunub. Ümumilikdə, konfransda 17-si xarici müəlliflərin olmaqla,  80-dən çox elmi iş təqdim olunub.

| Ətraflı


Fizika fakültəsinin növbəti elmi seminarı keçirilmişdir
30/09/2017

Fizika fakültəsinin növbəti elmi seminarı 30 sentyabr saat 1030 -da auditoriya 437-də keçirilmişdir.  Seminarda  2211.01. – “Bərk cism fizikası” ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini аlmaq üçün, Mehdiyeva Rəfiqə Zabil qızının “Влияние температуры, давления и радиации на структуру и электрофизические свойства сегнетоэлектрических оксидов со структурами типа перовскита и тетраногальной калиево-вольфрамовой бронзы” mövzusunda məruzəsi dinlənilmişdir.

| Ətraflı


Tələbə Elmi Cəmiyyətinin Şura üzvləri birinci kurs tələbələri ilə görüşü
29/09/2017

Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin Şura üzvlərinin birinci kurs tələbələri ilə görüşü keçirilib. Tələbə Elmi Cəmiyyətinin sədri, dosent  Akif Orucov  birinciləri  tələbə adı qazanmaqları münasibətilə  təbrik edib və yeni tədris ilində uğurlar arzulayıb. Onları Tələbə Elmi Cəmiyyətinin əsasnaməsi ilə tanış edən  A.Orucov Tələbə Elmi Cəmiyyətinin məqsəd və fəaliyyəti haqqında məlumat verib. Daha sonra Tələbə Elmi Cəmiyyətinin şura üzvləri çıxışlar ediblər. Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.


| Ətraflı


Şərəfli ömrün məqamları
25/09/2017

XX  əsrin ikinci yarısından başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – multidisçiplinar tendensiyası üstünlük təşkil etməyə başladı. Elmlərin, xüsusilə öz inkişafında yüksək nailiyyətlər qazanmış fizika elminin digər elmlərlə inteqrasiyası dünya texnoloji elmlərin inkişafında yeni perspektivlər açdı.  Bu cür müqəddəs bir işdə indi 60 illik yubileyini qeyd etdiyimiz Mustafa müəllimin də böyük rolu var. Mustafa müəllimin 60 illik yubileyi haqqında bu yazını hazırlayarkən illərin necə də sürətlə keçdiyini anladım. Mən Mustafa müəllimlə 1975-ci ildə ali məktəbə eyni qrupda imtahan vermişəm və hələ onda onun aglına, intellektinə, qabiliyyətinə heyran olmuşdum. İndi ömrünün müdriklik çağına qədəm qoymuş istedadlı alimin həyatına bir cığır açaq və onun ömür səhifələrini vərəqləyək.

| Ətraflı


ELAN
22/09/2017

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 28 sentyabr 2017-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Nərmin Cəfər qızı Hüseynovanın “Mezon və barionların qarşılıqlı təsirinin AdS/KXD modellərində öyrənilməsi” mövzusunda, “2212.01 – “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək.  Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


Fizika fakültəsinin doktorantı Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdədir
19/09/2017

Bakı  Dövlət Universiteti Fizika fakültəsinin doktorantı  Almara Rəhimli Yaponiyanın  Kumamoto  Universitetinin  “Tətbiqi kimya və  biokimya” mərkəzində  tədqiqat işi aparacaq. Yaponiya dövlətinin dəvəti ilə reallaşan  səfər bu ölkənin  Elm Fondu tərəfindən maliyyələşdirilir. Almara Rəhimli bir aylıq elmi ezamiyyət müddətində səthi karbonabənzər materialla modifikasiya olunmus  titan-dioksid nanohissəciklərini yeni metodla sintezi və xassələrinin tədqiqi, tətbiqi imkanlarının araşdırması məsələləri ilə məşğul olacaq. Qeyd edək ki, Bakı  Dövlət Universitetində  son zamanlar doktorantların  ikili rəhbər məsələlərinə  xüsusi diqqət yetirilir.  Doktorant  Almara  Rəhimlinin  elmi  rəhbərlərindən  biri  BDU-nun  Fizika fakültəsinin  dekanı, professor  Məhəmmədəli  Ramazanov,  digəri  isə  Kumamoto  Universitetinin  professoru  Hirotaka  İharadır.

| Ətraflı


Birinci kurs tələbələri və onların valideynləri ilə görüş keçirilib
14/09/2017

Bakı Dövlət Universitetinin akt zalında Fizika fakültəsinin 1-ci kurs tələbələri və onların valideynləri ilə fakültə dekanlığının, professor-müəllim heyətinin görüşü keçirilib. Görüşü giriş sözü ilə açan dekan, professor Məhəmmədəli Ramazanov birinciləri təbrik edərək onlara uğurlar arzulayıb. Professor Məhəmmədəli Ramazanov universitetin və fakültənin tarixi, qazanılmış nailiyyətlər, görkəmli məzunlar, fakültədə tədrisin təşkili barədə geniş məlumat verib. Sonra tyutor Vüsal Məmmədov 1-ci kursun qrupları üzrə siyahıları elan edib.

| Ətraflı


Fizika fakültəsinin doktorantları Dubna şəhərində diplomla təltif olunublar
11/09/2017

Rusiya Federasiyasının Dubna şəhərində X dəfə “Gənc alimlər üçün təcrübə  proqramı” təşkil olunub. Adıçəkilən proqramda MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB  ölkələrinin  Nanotexnologiya  üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında müxtəlif  MDB ölkələrindən 30-dək gənc alim  iştirak edib.

Ölkəmizi Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantları - Kənan Hüseynov, Almara  Rəhimli və Aydan Qəribli  təmsil ediblər. Gənc alimlər bir aylıq təcrübə proqramı çərçivəsində BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olub, nəzəri və praktiki seminarlarda iştirak ediblər. Onlar  Elmi-İstehsalat Mərkəzi - Aspekt, Dubna universiteti, Dubna  xüsusi ekonomik zonası və Skolkov  İnnovasiya Mərkəzinə təşkil olunmuş ekskursiyalarda olublar.

| Ətraflı


Kanadalı Nazir Bakı Dövlət Universitetində
05/09/2017

 

Kanadanın Ontario vilayətinin Tədqiqat, Elm və İnnovasiyalar üzrə naziri Reza Moridinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu  ifadə edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin tarixi və bu günü barədə məlumat verib. Rektor ali təhsil ocağının beynəlxalq əlaqələri, o cümlədən Kanada Universitetləri ilə elm-təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin olmasından bəhs edib.

Nazir Reza Moridi, öz növbəsində, qəbul üçün təşəkkürünü bildirib və Bakı Dövlət Universiteti ilə Ontario universitetləri arasında əlaqələrin inkişafında maraqlı olduğunu xüsusi vurğulayıb. Nazir universitetlərarası humanitar və təbiət sahələri üzrə birgə layihələrin yerinə yetirilməsinin, həmçinin tələbə-müəllim mübadiləsinin əhəmiyyətindən bəhs edib. Görüşdə gələcək əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Daha sonra nümayəndə heyəti universitetin tədris və elmi-tədqiqat laboratoriyalarında olub, Nanoaraşdırmalar mərkəzində yerinə yetirilən tədqiqat işləri ilə yaxından tanış olublar.

| Ətraflı


Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Nanoaraşdırmalar laboratoriyasında olublar
11/07/2017

Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında olublar. Tokyo Boeki şirkətlər qrupunun satış üzrə direktoru Kase Tomohiro, satış üzrə meneceri Vitaliy Tinkov və JEOL şirkətinin Rusiya üzrə prezidenti Tatsumi Hitaçi laboratoriyanın rəhbəri və işçi heyəti ilə görüşüb, görülən işlər, tədqiqat istiqamətləri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda, qonaqlar BDU-nun ərazisində inşa edilən Yüksək Texnologiyalar Mərkəzində görülən işlərlə tanış olub, öz təkliflərini irəli sürüb, gələcək əməkdaşlıq çərçivəsində müasir elektronikanın əsasını təşkil edən inteqral sxemlərin innovativ üsullarla hazırlanması və materialşünaslıqda istifadə olunan ən son diaqnostik və analiz avadanlıqları ilə təmin edə biləcəklərini vurğulayıblar.

| Ətraflı


Fizika fakültəsinin professoru Londonda səfərdə olub
03/07/2017

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin professoru Sacidə Əbdülvahabova Azərbaycanın bir qrup nümayəndə heyəti tərkibində Londonda səfərdə olub. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun Azərbaycan Milli Fəaliyyət Planının yazılmasında Böyük Britaniyanın  təcrübəsinin öyrənilməsi məqsədilə reallaşan səfər çərçivəsində çoxsaylı görüşlər təşkil edilib. Belə ki, nümayəndə heyəti Böyük Britaniya Xarici İşlər Nazirliyində, London İqtisadiyyat və Siyasi Elmlər Universitetində, Royal Birləşmiş Xidmətlər İnstitutunda, Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində və digər təşkilatlarda keçirilən görüşlərdə iştirak edib, təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparıb.

| Ətraflı


21 iyun 2017-ci il tarixində Fizika fakültəsinin növbəti elmi seminarı keçirilib
21/06/2017

Iyunun 21-də Fizika fakültəsində növbəti elmi seminar keçirilib. Əvvəlcə dekan, professor Məhəmmədəli Ramazanov  keçirilən seminarın mövzusu və əhəmiyyəti barədə məlumat verib.  Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Fizika” kafedrasının müdiri, dosent Cahangir  Hüseynov “Ln-Sn-S(Se) (Ln-Pr,Gd,Er,Dy) sistem ərinti və birləşmələrində elektron, fonon prosesləri” mövzusunda məruzə ilə çıxış edib. Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, dinləyicilərin sualları cavablandırılıb.

| Ətraflı


Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasında yerinə yetirilmiş layihə Türkiyədə qalib olub
05/06/2017

Türkiyənin İstanbul şəhərində keçirilən 26-cı Beynəlxalq Tədqiqat Layihələri Olimpiadasında Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasında  yerinə yetirilmiş Bakı Avropa Liseynin  X R1 sinif şagirdi Fidan İbrahimovanın elmi tədqiqat layihəsi  I yerə layiq görülüb. BDU-nun fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədovun rəhbərliyi ilə “Şoran torpaqlarda nanohissəciklərin bitkilərin inkişafına təsir effektləri” mövzusunda hazırlanan layihə təbiət elmləri bölməsinin Biologiya sahəsində təqdim edilən 79 namizəd içərisindən qalib hesab edilərək mükafatlandırılıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetində  istedadlı  şagirdlərin respublika və beynəlxalq olimpiadalara hazırlanması istiqamətində layihələr həyata keçirilir. Belə ki, 2008-ci ildən etibarən BDU-nun Nano Araşdırmalar laboratoriyasında  istedadlı şagirdlərlə mütəmadi olaraq elmi tədqiqat layihələri hazırlanaraq beynəlxalq olimpiadalarda uğurlu nəticələr əldə edilir.

| Ətraflı


26 may 2017-ci il tarixdə Fizika fakültəsində magistrantların və gənc tədqiqatçıların FİZİKA və ASTRONOMİYANIN PROBLEMLƏRİ XIX RESPUBLİKA ELMİ KONFRANSI keçirilmişdir
26/05/2017

26 may 2017-ci il tarixdə BDU-nun Fizika fakültəsində magistrantların və gənc tədqiqatçıların «FİZİKA və ASTRONOMİYANIN  PROBLEMLƏRİ» XIX RESPUBLİKA ELMİ KONFRANSI keçirilmişdir. Konfransın açılışı BDU-nun Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Konfransı giriş sözü ilə açan Fizika fakültəsinin dekanı prof. M.Ə.Ramazanov Fizika fakültəsinin əməkdaşlarının və gənc tədqiqatçıların elmi tədqiqat sahələrində əldə etdiyi uğuları diqqətə çatdırmış, son illərdə BDU-nun elmi nailiyyətlərində fakultənin çox önəmli paya malik olduğunu, bir çox göstəricilərə görə universitet üzrə qabaqcıl yer tutduğunu qeyd etmişdir. Daha sonra konfransda bölmələr üzrə  84  məruzə ilə 90-dan cox  magistrant və gənc tədqiqatçı çıxış etmişdir. Konfranda Bakı Dövlət Universitetinin, AMEA-nın Fizika institutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantları və doktorantları məruzələrlə iştirak etmişlər.

| Ətraflı


25 may 2017-ci il tarixində Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika Bugün adlı elmi seminar keçirilib
25/05/2017

25 may 2017-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri dosent Arif Orucov açıq elan edib və belə seminarların tələbələrin elmi dünya görüşünün inkişafındakı əhəmiyyətini qeyd edib. Sonra üçüncü kurs tələbəsi Cənnət Səmədov və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin birinci kurs tələbəsi Məmmədli Əli "Süni intellektin təkamülü", birinci kurs tələbəsi Piriyeva Dilarə "Fizikanın xəritəsi" və birinci kurs tələbəsi Rüstəmli Çiçək "Dünyanın fiziki mənzərəsi" mövzularında məruzələr ediblər. Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhərrəmov Məhəmməd, fakültənin müəllim və tələbələri iştirak etmişdir.
Seminar tədbir iştirakçılarının marağına səbəb olub.


| Ətraflı


ELAN
24/05/2017

Bakı Dövlət Universitetində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 25 may 2017-ci il tarixdə saat 13.00-da 111 saylı auditoriyada Nərmin Cəfər qızı Hüseynovanın “Mezon və barionların qarşılıqlı təsirinin AdS/KXD modellərində öyrənilməsi” mövzusunda, “2212.01 – “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək.  Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 |