22 fevral 2017-ci il tarixdə BDU Elmi Şurasının genişləndirilmiş iclasında Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov “Fizika fakültəsində tədrisin və elmi fəaliyyətin təşkili və təkmilləşdirilməsi haqqında” məruzə ilə çıxış etmişdir. Həmçinin o qeyd etmişdir ki, fakültənin saytında Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, şəhid düşmüş və yüksək dövlət mükafatları ilə təltif olunmuş Fizika fakültəsinin məzunları haqqında “Şəhidlər və qəhrəmanlar” linki yaradılmışdır. Sonda rektor akad. Abel Məhərrəmov Fizika fakültəsinin fəaliyyətini yüksək dəyərləndirmiş və fakültə əməkdaşlarına öz təşəkkürünü bildirmişdir.
Fizika fakültəsinin növbəti elmi seminarı 14 fevral 2017-ci il tarixində keçirilmişdir. Seminarda Gəncə Dövlət Universitetinin aspirantı Alim Dinçer məruzə ilə çıxış etmişdir.
Fizika fakültəsinin növbəti elmi seminarı 9 fevral 2017-ci il tarixində keçirilmişdir. Seminarda Nəzəri fizika kafedrasının doktorantı Hüseynova Nərmin Cəfər qızı məruzə ilə çıxış etmişdir.
Fizika fakültəsinin növbəti elmi seminarı 9 fevral 2017-ci il tarixində saat 10 30da 437 saylı auditoriyada keçiriləcək. Arzu edən müəllim və tələbə heyəti iştirak edə bilər!!!
Bakı Dövlət Universitetinin virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzinin üzvü, Türkiyənin Bilkent Universitetinin professoru Əmirullah Məmmədovun bu il 70 yaşı tamam olur. Əmirullah müəllim həm BDU-da işlədiyi müddətdə, həm də Bilkent Universitetində özünü bacarıqlı və istedadlı alim kimi göstərərək, öz sənətinə daim vicdanla yanaşmağı, səmimiliyi, sözün əsil mənasında insanlığı, çalışdığı kollektivdə və fizika elminin dərinliklərini tələbələrinə aşılamağı, yüksək peşəkarlığı və tələbkarlığı hesabina böyük hörmət və rəğbət qazana bilmişdir.
23 dekabr 2016-cı il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Tədbirdə "Qara dəliklər", "Fizika və Riyaziyyat fəlsəfi fikirlər" və "Böyük Adron kollayderi və eksperimentləri" mövzuları tələbələr tərəfindən məruzə olunub.
22 dekabr 2016-cı il tarixdə BDU-nun Fizika fakültəsində «FİZİKANIN AKTUAL PROBLEMLƏRİ» IX RESPUBLİKA ELMİ KONFRANSI keçirilmişdir. Konfransı giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru AMEA-nın müxbir üzvü Aydın Kazımzadə Fizika fakültəsinin nailiyyətlərindən danışdı. Çıxışlar dinlənildikdən sonra konfrans işini bölmələrdə davam etdi.
Fizika fakültəsinin I kurs FzM120-ci qrupun tələbəsi Əsmər Əkbərova “Misir uşaqların gözü ilə” Ümumdünya rəsm yarışmasında 2-ci yeri tutaraq gümüş medalla və diplomla mükafatlandırılmışdır. Cari ilin noyabr ayında o, Misirin ölkəmizdəki səfirliyinə dəvət olunmuş və mükafatlar ona təqdim edilmişdir.
14 dekabr 2016-cı il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirildi. "Sürət" və "Optik kvant generatoru , Lazerlər" mövzuları tələbələr tərəfindən məruzə olundu.
08 Dekabr 2016-cı il tarixində Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclasda Universitetin Böyük Elmi Şurasına üzvlərin seçilməsi və başqa cari məsələlər müzakirə olunmuşdur.
08.12.16-ci il tarixində magistrların növbəti elmi seminarı keçirildi.Seminarda Fizika fakültəsinin II kurs magistrantları Məmmədov Ramil, Hüseynzadə Salatın və Hafizli Umahnı apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
25.11.16-ci il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Rəhimova Günay, Şərifova Gültən, Haxıyeva Raisə və Alışanova Səbinə apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər.
26 noyabr 2016-cı il tarixində Fizika fakültəsinin növbəti elmi seminarında Azərbaycan Texniki Universitetinin doktorantı Abdurəhmanova Ülkər Sərdar qızı çıxış etmişdir.
Fizika fakültəsinin növbəti elmi seminarı 26 noyabr 2016-cı il tarixində saat 1030 -da 437 nömrəli auditoriyada keçiriləcəkdir.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitunun (BNTİ) maliyyə dəstəyi ilə MDB ölkələrinin Nanotexnologiya üzrə İnnovasiya Mərkəzinin rəhbərliyi altında 16.10.2016 - 15.11.2016-cı il tarixlərində 9 MDB ölkəsindən 20 gənc tədqiqatçı alim seçilərək növbəti dəfə təşkil olunan “Gənc alimlər üçün təcrübə proqramı”-nda iştirak etmişdir. Azərbaycandan Bakı Dövlət Universitetinin doktorantları Hüseynova Nərmin, Novruzova Aygül və Bayramova Zeynəb təcrübə praqramına seçilərək Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçmişlər.
22 dekabr 2016-cı il tarixində Bakı Dövlət Universitetində "FİZİKANIN AKTUAL PROBLEMLƏRİ" XI Respublika Elmi Konfransı öz işinə başlayacaqdır.
10.11.16-ci il tarixində magistrların növbəti elmi seminarı keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Abdullayeva Emiliya, Qardaşova Ayşə, Mürsəliyeva Lumu və Xəlilli Lalə apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminar müəllim və tələbə heyətinin iştirakı ilə baş tutdu.
| Ətraflı
08 noyabr 2016-ci ildə Fizika fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirildi. Fakültənin dekanı prof. M.Ə.Ramazanov iclası açıq elan etdikdən sonra iclasda iştirak edən BDU-nun Tədris-Metodiki Şurası nümayəndələrinə və digər qonaqlara Şuranın işində iştirak etdikləri üçün öz təşəkkürünü bildirdi.
| Ətraflı
Fizika fakültəsinin dekanı prof.M.Ə.Ramazanovun ad günü münasibətilə, fakültənin kollektivi onu təbrik edir
Dos.Flora Hacıyeva Matsumae Beynəlxalq Fondunun xüsusi diplom və medalına layiq görülmüş
| Ətraflı