19 may 2022-ci il tarixində Astrofizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Bayram Rüstəmov “Be Herbig tipli HD53367 ulduzunun spektral müşahidəsi. İlkin nəticələr.” mövzusunda çıxış edib.
19 may 2022-ci il tarixində Astrofizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Bayram Rüstəmov “Be Herbig tipli HD53367 ulduzunun spektral müşahidəsi. İlkin nəticələr.” mövzusunda çıxış edib
FİZİKA VƏ ASTRONOMİYA PROBLEMLƏRİ mövzusunda magistrantların və gənc tədqiqatçıların XII ümumrespublika elmi konfransının materialları
| Ətraflı14 aprel 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində “Ümumdünya Kvant günü”nə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarda AMEA-nın Fizika İnstitutunun Kvant informatikası laboratoriyasının müdiri, fizika elmləri doktoru Elçin Cəfərovun “Yarımkonfaynment effekti nümayiş etdirən kvant harmonik ossilyatoru modelinin dəqiq həlləri” mövzusunda məruzəsi dinlənimişdir. Seminar mövzunun geniş müzakirəsi və kvant haqqında maraqlı diskussiya şəraitində keçmişdir.
14 aprel 2022-ci il tarixində Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Fakültəmizi tanıyaq” layihəsi çərçivəsində tədbirlərə start verilib. Layihənin məqsədi tələbələrin fakültənin professor-müəllim heyətini yaxından tanımalarına, onların həyat yolu, uğur hekayələri ilə tanış olmalarına kömək etməkdir.
Bu gün, 13 aprel 2022-ci il tarixində, BDU Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının dosenti Lyudmila Həsənovanın yubileyidir. Bu münasibətlə, eləcə də əmək fəaliyyətinin 53 illiyi ilə bağlı Fizika fakültəsinin dekanlığı və fakültə əməkdaşları Lyudmila xanımı təbrik edib, ona xoş arzularını bildiriblər.
14 aprel 2022-ci il tarixində saat 12:00-də 307 saylı auditoriyada Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının Elmi seminarı layihəsi. Mövzu: "Bir neçə A spektral sinifli ifratnəhəng ,nəhəng ulduzların atmosferlərinin tədqiqi." Məruzəçi:Astrofizika kafedrasının dosenti ZAHİR AĞAMURAD oğlu SƏMƏDOV Arzu edənlər iştirak edə bilər
| ƏtraflıÜmumdünya Kvant Günü ilə əlaqədar 14 aprel 2022-ci il tarixində saat 14:00-da Bakı Dövlət Universitetinin Fizika fakültəsinin elmi seminarında (BDU əsas bina, auditoriya 439) AMEA Fizika Institunun Kvant İnformatikası laboratoriyasının rəhbəri fizika üzrə elmlər doktoru Elçin İman oğlu Cəfərov "Yarımkonfaynment effekti nümayiş etdirən kvant harmonik ossilyatoru modelinin dəqiq həlləri" mövzusunda məruzə ilə çıxış edəcəkdir. Maraqlananlar dəvət olunurlar..
| Ətraflı12 aprel 2022-ci il tarixində Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının seminarı keçirilib
12 aprel 2022-ci il tarixində BDU Fizika fakltəsi Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib.
Astrofizika kafedrasının əməkdaşları mərhum professor Cəfər Quluzadəni qəbri üstündə yad ediblər.
Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Elmi tədqiqatların təşkili və təhlili şöbəsinin müdiri, Fizika fakültəsinin Nəzəri fizika kafedrasının müəllimi Mirnamik Bəşirov 04-08 aprel 2022-ci il tarixlərdə ERASMUS+ təcrübə mübadilə proqramı çərçivəsində Türkiyənin Sivas Cumhuriyət Universitetində xidməti ezamiyyətdə olub.
08 aprel 2022-ci il tarixdə BDU Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının iclasında Milli Aerokosmik Agentliyi Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun doktorantı Ibrahimli Aygün Balayaz qızının 2206.01 "Molekulyar fizika" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Psevdopotensiallı Nyuton mayelərində nanohadisələrin fenomenoloji tədqiqi" mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.
05 aprel 2022-ci il tarixində BDU Fizika fakültəsinin elmi seminarı keçirilib. Seminarda “Yarımkeçiricilər fizikası” kafedrasının müdiri, professor Vaqif Salmanov “Lazerlərin inkişaf mərhələləri” mövzusunda çıxış edib. O, qeyd edib ki, atom enerjisi və kompyüter texnologiyası ilə yanaşı, lazerlər ötən əsrin ən mühüm kəşflərindən biri olub.
BDU Fizika fakültəsi Nəzəri fizika kafedrasının 2212.01 – «Nəzəri fizika» ixtisası üzrə dissertantı Səriyyə Məmmədəli qızı Aslanova AMEA-nın Fizika İnstitutunda 04.04.2022 tarixində elmi seminarda “Kleyn-Fok-Qordon, Dirak və Daffin-Kemmer-Petiau tənliklərinin bəzi sferik simmetrik potensiallar üçün adi və supersimmetrik kvant mexanikasında analitik həlləri” mövzusunda çıxış etmişdir.
31 mart 2022-ci il tarixində Fizika fakültəsində Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib.
31 mart 2022-ci il tarixdə Fizika fakültəsinin Astrofizika kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın dosenti Xıdır Mikayılov məruzə ilə çıxış etdi.
30 mart 2022-ci il tarixində Fizika fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçkisi ilə bağlı iclas keçirilib. İclasda BDU THİK sədri Hacıbaba Mustafayev, THİK rəyasət heyətinin üzvləri, Fizika fakültəsi THİK idarə heyətinin üzvləri, dekan müavini Məhəmməd Məhərrəmov və tələbələr iştirak ediblər.
30 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Milli Aerokosmik Agentliyinin doktorantı Sultanova Ceyran Rafiq qızının “2222.01 – Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “Polipropilen, polivinildenflüorid və dəmir nanohissəcikləri əsasındakı nanokompozitlərin quruluşunun formalaşması və xassələrinin tədqiqi” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş BFD 2.19 Birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib.