Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi k.e.f.d. Hacıyeva Flora Vidadi qızı elmdə fəaliyyətinə görə 2014-cü il Gənclər üçün Prezident mükafatı verilmişdir.
| Ətraflı
Fizika fakültəsi “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dosenti, f.r.e.n. Vahabova Mina Rza qızıın anadan olmasınının 70 illiyi və elmi fəaliyyətinin 48 ili tamam olur.
Əziz Mina xanım yubileyiniz mübarək!
| ƏtraflıSon zamanlar Bakı Dövlət Universitetində dünya elminin prioritet istiqamətlərindən biri sayılan nanotexnologiya sahəsində uğurlu elmi tədqiqat işləri aparılır. Bu fundamental elmi- tədqiqat işlərinin nəticələri dünyanın bir sıra nüfuzlu jurnallarında, Tomson Reyter Agentliyinin siyahısına daxil olunan yüksək İmpact Factorlu jurnallarında dərc edilir. Bu işlər inkişaf etmiş ölkələrin nanotexnologiya istiqamətində işləyən elmi tədqiqat institutları ilə beynəlxalq qrant layihələri çərçivəsində yerinə yetirilir. Təsadüfi deyildir ki, BDU-nun alimlərinin Akad. Abel Məhərrəmovun, prof. Məhəmmədəli Ramazanovun və BDU-nun keçmiş doktorantı, kimya üzrə fəlsəfə doktoru Məhəmməd Rza Saboktakinin həmmüəllif olduğu "Perspektiv Nanokompozitlər: Növləri, xassələri və tətbiqləri" adlı monoqrafiyası ABŞ-ın Nyu-York şəhərindəki "Nova Publişer" nəşriyyatında çapdan çıxmışdır.
| ƏtraflıƏziz müəllimlər və tələbələr qarşıdan gələn yeni il münasibəti ilə sizi təbrik edir, elmi-tədris və pedoqoji işlərinizdə uğurlar arzulayırıq
| Ətraflı24 dekabr Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə "İlin Ən Yaxşı Tələbəsi" adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirib.
| ƏtraflıFizika fakültəsinin növbəti elmi seminarı 28 dekabr tarixində keçirilmişdir. Seminarda professor Əbdülvahabova Sacidə Qafar qızı “Nuklonların nuklonlardan və nüvələrdən səpilməsinin müxtəlif yaxınlaşmalarda tədqiqi” mövzusunda məruzə etdi.
Fizika fakültəsinin növbəti elmi seminarı 28 dekabr saat 1030 -da auditoriya 437-də keçiriləcəkdir. Seminarda professor Əbdülvahabova Sacidə Qafar qızı “Nuklonların nuklonlardan və nüvələrdən səpilməsinin müxtəlif yaxınlaşmalarda tədqiqi” mövzusunda məruzə edəcəkdir. Arzu edən bütün müəllim və tələbələr seminarda iştirak etməyə dəvət olunurlar.
Dekanlıq
17 dekabr 2013-ci ildə saat 13:30-da 437-ci auditoriyada Fizika fakültəsinin magistrantlarının aylıq Elmi seminarı keçirilmişdir. Seminarda təsdiq olunmuş cədvələ əsasən II kursdan aşağıdakı 6 magistrantın dissertasiya işi müzakirə olunmuşdur:
| Ətraflı06 dekabr 2013-cü il tarixində Bakı Dövlət Universitetində akademik Bəhram Əsgərovun 80 illik yubileyinə həsr olunmuş “Fizikanın aktual problemləri” adlı Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
| ƏtraflıBDU-nun Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə II, III, IV kurs tələbələri və magistrantları 05.12.13-cü il tarixdə növbəti dəfə Bakı Ekspo Mərkəzdə keçirilən 19-cu Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisi”ndə iştirak etmişdir.
| Ətraflı3 dekabr 2013-ci ildə saat 10:30-da 111-ci auditoriyada Fizika fakültəsinin magistrantlarının aylıq Elmi seminarı keçirilmişdir.
| ƏtraflıFizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov və Kimya fakültəsinin dekani prof. Abdülsəyid Əzizov İsveçrənin Lozanna şəhərində yerləşən ThermoFischer Scientific analitik cihazlar istehsalı və yaradılması ilə məşğul olan şirkətin rəsmi dəvəti ilə 24 noyabr 2013 tarixindən 28 noyabr 2013 tarixinə qədər Lozannada elmi ezamiyyətdə olmuşlar.
| ƏtraflıFizika fakültəsinin növbəti elmi seminarı 23 noyabr saat 10-30 -da auditoriya 437-də keçirilmişdir. Seminarda professor Muradov Əhliman Xanəli oğlu “Elektrik boşalması plazmasının dinamik xassələri” mövzusunda məruzə etmişdir.
| ƏtraflıMagistrantların aylıq Elmi seminarı 19 noyabr 2013-ci ildə saat 11:00-da 111-ci auditoriyada Fizika fakültəsinin magistrantlarının aylıq Elmi seminarı keçirilmişdir.
| ƏtraflıFizika fakültəsinin növbəti elmi seminarı 23 noyabr saat 10-30 -da auditoriya 437-də keçiriləcəkdir. Seminarda professor Muradov Əhliman Xanəli oğlu “Elektrik boşalması plazmasının dinamik xassələri” mövzusunda məruzə edəcəkdir. Arzu edən bütün müəllim və tələbələr seminarda iştirak etməyə dəvət olunurlar.
Dekanlıq
5 noyabr 2013-ci ildə saat 1100-da 111-ci auditoriyada Fizika fakültəsinin magistrantların aylıq Elmi seminarı başlanmışdır. Seminarda təsdiq olunmuş cədvələ əsasən II kursdan aşağıdakı 4 magistrantların dissertasiya işi müzakirə olunmuşdur.
Magistrantların növbəti Elmi seminarı 19.11.2013 tarixində keçiriləcəkdir. Seminarda qurulmuş cədvələ əsasən 5 nəfər II kurs magistrantların çıxışları dinləniləcək.
| ƏtraflıNanoaraşdırmalar laboratoriyasının b.e.i., Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, k.üzrə f.d. Flora Vidadi qızı Hacıyeva və Fizika fakültəsinin tyutoru Aynurə Hidayət qızı Kərimova 28 oktyabr – 3 noyabr, 2013-cü il tarixlərində müstəqil dövlətlərin, xaricdə yaşayan həmvətənlərin əməkdaşlığı və beynəlxalq humanitar həmrəylik məsələləri üzrə Federal agentliyin dəstəyi ilə Moskva beynəlxalq innovasiya inkişaf forumunda iştirak etmişlər. Nümayəndə heyətinin tərkibinə MDB ölkələrinin beşindən (Azərbaycan, Belarusiya, Moldova və s.) seçilmiş elm sahəsi üzrə perspiktivə malik olan 10 gənc daxil olmuşdur.
| ƏtraflıBu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ astrofiziki və kosmoloqu, Kaliforniya Universitetinin professoru, Nobel mükafatı laureatı Corc Smut Fitceraldı qəbul edib. Rektor Nobel mükafatçısını universitetdə yenidən görməkdən məmnun olduğunu ifadə edib. Artıq 2-ci dəfə Nobel mükafatı laureatı Corc Smut BDU-da mühazirə oxuduğunu və bundan çox razı qaldığını bildirən Corc Smut universitetin maddi texniki vəziyyətinin ildən ilə daha da yaxshılaşdığını qeyd edib. Qarşılıqlı maraq doğuran görüşdə alimlər elmin müxtəlif istiqamətlərindən, nanotexnologiya və innovasiyalardan bəhs ediblər. Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor prof. İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor prof. Aydın Kazımzadə və Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov iştirak edib.
Daha sonra Nobel mükafatı laureatı - Corc Smut Ficerlandı fizika və kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, verilən suallara ətraflı cavab verib.
| ƏtraflıFizika fakültəsinin dekanı, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri, professor, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlunun anadan olmasınının 55 illiyi və elmi fəaliyyətinin 33 ili tamam olur. Məhəmmədəli müəllim 4 kitabın, 300-dən artiq elmi işin və 20-dən artıq patentin müəllifidir. Bu münasibətlə Fizika fakültəsinin professor-müəllim heyyəti və tələbələr, “Nanomaterialların kimyəvi fizikası” kafedrası və onun nəzdində fəaliyyət göstərən “Nano araşdırmalar laboratoriyası” və “Radiasiya və onun ətraf mühitə təsiri” ETL-nın əməkdaşları professor Məhəmmədəli müəllimi təbrik edir və gələcək elmi-pedogoji fəliyyətində uğurlar arzu edirlər.
Əziz professor Məhəmmədəli müəllim yubileyiniz mübarək!
Bu gün Bakı Dövlət Universitetində Nobel Mükafatı laureatlarının Laflin Robert Betts (Fizik), David Gross (Fizik), Markus Rudolf Arturun (Kimya) işirakı ilə « Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar» adı altında dəyirmi masa keçirilib. İclası açan rektor, akademik Abel Məhərrəmov Nobel mükafatçılarını salamlayıb və onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
| Ətraflı