Home Aze Ru Eng

Xəbərlər

Elmi seminarın tərkibi
15/03/2013

Dissertasiyaların ilkin mzakirəsini keçirmək üçün yeni tərkibdə Elmi seminar təşkil edilmişdir.

| Ətraflı


Tələbə Elmi Cəmiyyətinin xeyriyyə təbiri
11/03/2013

BDU-nun Fizika fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) təkcə fakültənin elmi həyatında deyil o cümlədən ölkənin ictimai həyatında xüsusilə də xeyriyyə tədbirlərində yaxından iştirak etməyi qarşısına məqsəd qoymuşdur. 09.03.13-cü il tarixdə cəmiyyət növbəti tədbirini keçirdi. Belə ki, bu dəfəki tədbir bir qədər fərqli olaraq Universitetdən kənarda, yəni Bakı şəhəri Suraxanı qəsəbəsində yerləşən 7 saylı əqli qüsurlu uşaqlar üçün internat məktəbində baş tutdu. Qeyd edək ki, bu tədbir TEC-nin sədri R.N.İsmayılovanın rəhbərliyi və fakültənin I, II, III kurs tələbələri, magistrantların iştirakı ilə təşkil olunmuşdur. Ilk olaraq tələbələri internatın direktoru Afaq xanım qarşıladı. Direktorun verdiyi məlumata görə bu internat məktəbində 200-ə yaxın şagirdin təlim tərbiyəsi ilə 60-a yaxın müəllim və tərbiyəçi məşğul olur. Eyni zamanda burada bütün şagirdlər üçün hər cür şərait yaradıldığı qeyd olundu. Tədbirin təşkili hər zaman diqqətə ehiyacı olan uşaqların böyük sevincinə səbəb oldu. Tələbələrin təşkil etdiyi nahar fasiləsindən sonra uşaqlara hədiyyələr verildi və xatirə şəkilləri çəkildi. Tədbirin sonunda internatın direktoru Afaq xanım öz adından və müəllim kollektivi adından tələbələrə təşəkkür etdi, bu cür tədbirlərin böyük əhəmiyyəti olduğunu vurğuladı və belə tədbirlərin uzunömürlü olmasını arzuladı. Bu cür tədbirlərin gözəl ənənəyə çevrilməsi üçün TEC gələcəkdə də tələbələrinin və magistrların belə görüşlərdə müntəzəm iştirakını təşkil etməyi nəzərdə tutur.

| Ətraflı


“Sabahın alimləri” II Respublika Müsabiqəsi qalibləri
04/03/2013

08-09 fevral 2013 –c il tarixində keçirilmiş “Sabahın alimləri” II Respublika Müsabiqəsi qalibləri Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri -  Nurdil Nuru Rauf oğlu,  Hacıyev Mustafa Polad oğlu,  Tağıyeva Vəfa Aqil qızı  iki layihə ilə 12-17 may 2013-cü il  tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF elm sərgi  müsabiqəsində iştirak edəcəklər. Şagirdlər layihələrini Bakı Dövlət Universitetinin Nanomaterialların kimyəvi fizikası kafedrasının Nanoaraşdırmalar laboratoriyasında  Prof. Məhəmmədəli Ramazanov və dosent  İsmət Əhmədovun rəhbərliyi ilə yerinə yetirmişlər. Şagirdlərimizə bu müsabiqədə uğurlar diləyirik.

| Ətraflı


Fizika fakültəsinin növbəti elmi seminarı
04/03/2013

Fizika fakültəsinin növbəti elmi seminarı 16 mart saat 1030 -da auditoriya 437-də keçiriləcəkdir. Seminarda BDU-nun Elmi Tədqiqat Hissəsinin rəisi, f.r.e.n.  Əfəndiyeva   Izzət  Məmməd  qızı “Al-TiW-PtSi/n-Si, Al-TiW-Pd2Si/n-Si, Al-TIW/n-Si, AlNi/n-Si, Al-TiCu/n-Si metal-yarimkeçirici kontaktların elektro-fiziki parametrləri, elektron quruluşu və daşınma mexanizmləri” mövzusunda məruzə edəcəkdir. Arzu edən bütün müəllim və tələbələr seminarda iştirak etməyə dəvət olunurlar.

| Ətraflı


Magistrantların növbəti Elmi seminarı keçirilmişdir
25/02/2013

19 fevral 2013-ci ildə saat 1000-da 125-ci auditoriyada Fizika fakültəsinin magistrantların  növbəti Elmi seminarı keçirilmişdir.

| Ətraflı


Fizika Fakültəsində «Müxtəlif fiziki faktorların suyun səthi gərilməsinə təsiri» mövzusunda elmi seminar keçirilmişdir
23/02/2013

23 fevral 2013-cü ildə Bakı Dövlət Universitetinin Fizika Fakültəsində «Müxtəlif fiziki faktorların suyun səthi gərilməsinə təsiri» mövzusunda seminar keçirilmişdir.

| Ətraflı


Fizika Fakültəsinin Elmi Seminarı
14/02/2013

Fizika fakültəsinin növbəti elmi seminarı fevralın 23-ü saat 10-30 da auditoriya 437-də keçiriləcəkdir. Seminarda Fiziki Elektronika kafedrasının dosenti Nemət Məmmədov "Müxtəlif fiziki faktorların suyun səthi gərilməsinə təsiri" mövzusunda məruzə edəcəkdir. Arzu edən bütün müəllim və tələbələr seminarda iştirak etməyə dəvət olunurlar.

| Ətraflı


Fizika Fakültəsinin Elmi Seminarı
26/01/2013
Fizika fakültəsinin növbəti elmi seminarı yanvarın 26-sı saat 10-30 da auditoriya 437-də keçirilmişdir. Seminarda Nanomaterialların Kimyəvi Fizikası kafedrasının dosenti Naqif Nəbiyev "Polimer-metal, polimer-yarımkeçirici nanokompozitlərin elektron fəza quruluşu və spektroskopik xüsusiyyətləri" mövzusunda məruzə etmişdir.
| Ətraflı


İlin Ən Yaxşı Tələbəsi
24/01/2013

26 dekabr 2012-ci il tarixində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu səpkili müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Sonra akademik A.Məhərrəmov “İlin ən yaxşı tələbəsi” adını qazanan tələbələri təbrik edib.

| Ətraflı


professor İsmət Məhəmməd oğlu Nəcəfovun 80 yaşı tamam olmuşdur.
21/01/2013

21 yanvar 2013-cü il tarixdə BDU-nun fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru “Şöhrət” ordenli, əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor  İsmət Məhəmməd oğlu Nəcəfovun 80 yaşı tamam olmuşdur.

| Ətraflı


Fizika Fakültəsinin Elmi Seminarı
16/01/2013
Fizika fakültəsinin növbəti elmi seminarı yanvarın 26-sı saat 10-30 da auditoriya 437-də keçiriləcəkdir. Seminarda Nanomaterialların Kimyəvi Fizikası kafedrasının dosenti Naqif Nəbiyev " Polimer-metal, polimer-yarımkeçirici nanokompozitlərin elektron fəza quruluşu və spektroskopik xüsusiyyətləri" mövzusunda məruzə edəcəkdir. Arzu edən bütün müəllim və tələbələr siminarda iştirak etməyə dəvət olunurlar.
| Ətraflı


Pedaqoji təcrübə
09/01/2013

Fizika fakültəsinin fizika müəllimliyi ixtisası üzrə ixtisaslaşan IV kurs tələbələri noyabr ayının 26-dan dekabr ayının 29-a kimi pedaqoji təcrübədə olmuşlar. Onlardan 36 nəfəri pedaqoji təcrübəni BDU-nun Gənc istedadlar liseyində keçmişlər.

| Ətraflı


Yeni ilinizi təbrik edirik
28/12/2012

Fizika fakültəsinin dekanlığı  fakültənin müəllim və tələbə kollektivini qarşıdan gələn yeni il münasibəti ilə təbrik edir, təhsil və elmi işlərində müvəffəqiyyətlər arzulayır.

Yeni iliniz mübarək!

| Ətraflı


Fizika fakültəsinin elmi seminarı
22/12/2012
Fizika fakültəsinin növbəti elmi seminarı 22 dekabr saat 10-00 da auditoriya 437-də keçirilmişdir. Seminarda Bərk Cisimlər Fizikası kafedrasının prof. Tariyel İsmayilov  " Nanostrukturların Kvant Mexanikası" mövzusunda məruzə etmişdir.

 

| Ətraflı


Sank Peterburq Universitetinin Prof. A.F.Xaltıqinin elmi seminarda çıxışı
21/12/2012

Sank Peterburq Universitetinin Prof. A.F.Xaltıqinin elmi seminarda " Qalaktikanın planetar dumanlıq və kimyəvi evolyasıya parametrlərinin təyini" mözusu ilə çıxışı etmişdir.

| Ətraflı


Beynəlxalq Avadanlıq, İstehsalat texnologiyaları, Metal və Polad Sənayesi sərgisində iştirak
19/12/2012

BDU-nun Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə I, II, III kurs tələbələri və magistrantları 14.12.12-ci il tarixdə Bakı Expo Mərkəzdə keçirilən “ Beynəlxalq Avadanlıq, İstehsalat texnologiyaları, Metal və Polad Sənayesi sərgisi ”ndə iştirak etmişdir.

| Ətraflı


Fizika fakültəsinin növbəti elmi seminarı
10/12/2012
Fizika fakültəsinin növbəti elmi seminarı 22 dekabr saat 10-00 da auditoriya 437-də keçiriləcəkdir. Seminarda Bərk Cisimlər Fizikası kafedrasının professoru Tariyel İsmayilov  " Nanostrukturların Kvant Mexanikası" mövzusunda məruzə edəcəkdir.
Arzu edən bütün müəllim və tələbələr siminarda iştirak edə bilərlər.
| Ətraflı


Növbəti magistrantların Elmi seminarı
05/12/2012

4 dekabr 2012-ci ildə saat 1000-da 111-ci auditoriyada Fizika fakültəsinin magistrantların aylıq növbəti Elmi seminarı keçirilmişdir. Seminarda təsdiq olunmuş cədvələ əsasən II kursdan aşağıdakı 5 magistrantların dissertasiya işi müzakirə olunmuşdur.

 

  1. Ramazanova Sevinc Fərman q.
  2. Xəlilova Lamiə Yasin q.
  3. Mirələmova Fərqanə Vaqif q.
  4. Məmmədov Fuad Elman o.
  5. Səfərova Türkan Hacəddin q.

Növbəti magistrantların Elmi seminarı 25.12.2012 tarixində keçiriləcəkdir. Seminarda qurulmuş cədvələ əsasən 5 nəfər II kurs magistrantların çıxışları dinləniləcək.

Magistrantların elmi seminarında çıxış edən tələbələrin nəzərinə, prezentasiya təqdimatı aşağıdakı şəkildə olmalıdır:

  1. Dissertasiya mövzusunun adı, elmi rəhbərinin adı və soyadı;
  2. İşin məqsədi,  aktuallığı;
  3. Magistrant qarşısında qoyulan məsələlər;
  4. Magisrant tərəfindən qoyulan məsələlər istiqamətində görülən  iş, rəhbərlə birgə aparılan  təhlil və müzakirənin nəticələri;
  5. Müdafiəyə qədər olan müddətdə qarşıya qoyulan məsələlərin yerdə qalan hissəsinin yerinə yetirilməsi haqda məlumat.
| Ətraflı


Professor Vladimir Tahirovun 80 illik yubiley mərasimi keçirilmişdir
29/11/2012

29 noyabr 2012-ci il tarixində  Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmlər doktoru, professor Vladimir Tahirovun 80 illik yubiley mərasimi keçirilib. Yubiley mərasimini giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov deyib ki, professor Vladimir Tahirov görkəmli alim olmaqla yanaşı, həm də gözəl pedaqoqdur.

| Ətraflı


Fizika fakültəsinin seminarı
28/11/2012

18.12.2012-ci il tarixində saat 1100-da 111 saylı otaqdaFizika fakültəsinin seminari keçiriləcəkdir. SeminardaSankt-Peterburq Dövlət UniversitetininMexanika-Riyaziyyat fakültəsinin Astronomiya kafedrasinin professoru prof. Aleksandr FyodoroviçXoltiqin «Planetar dumanliqlarin parametrlərinin təyini və qalaktikanin kimyəvi təkamülü» mövzusu ilə çixiş edəcəkdir.

ARZU EDƏNLƏR İŞTİRAK EDƏ BİLƏR.

DEKANLIQ

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 |