Home Aze Ru Eng

Xəbərlər

Fizikanın aktual problemləri növbəti VII Respublika Elmi konfransı keçirildi
26/11/2012

2012-ci ilin 26 noyabr tarixində “Fizikanın aktual problemləri” adlı növbəti VII  Respublika elmi konfransı keçirildi. Konfransda məruzə edilmək üçün cəmi 73 iş təqdim edilmişdir. Konfransı giriş sözü ilə BDU-nun Rektoru akademik A.M.Məhərrəmov açaraq onun işinə uğurlar arzuladı.

| Ətraflı


Fizika fakültəsinin növbəti elmi seminarı olmuşdur
24/11/2012

Fizika fakültəsinin növbəti elmi seminarı 24 noyabr tarixində olmuşdur. Seminarda Ümumi fizika kafedrasının professoru R.C.Qasımova "Метаматериалы ГВГ" mövzusunda məruzə ilə çıxış etmişdir.

| Ətraflı


Magistrantların növbəti Elmi seminarı
20/11/2012

20 noyabr 2012-ci ildə saat 1000-da 111-ci auditoriyada Fizika fakültəsinin magistrantların aylıq növbəti Elmi seminarı keçirilmişdir. Seminarda təsdiq olunmuş cədvələ əsasən II kursdan aşağıdakı 5 magistrantların dissertasiya işi müzakirə olunmuşdur.

| Ətraflı


Fizika fakültəsinin növbəti seminarı
13/11/2012
Fizika fakültəsinin növbəti seminarı 24 noyabr saat 10-00 da auditoriya 437-də keçiriləcəkdir. Seminarda Ümumi fizika kafedrasının professoru R.C.Qasımova "Метаматериалы ГВГ" mövzusunda məruzə edəcəkdir.Arzu edən bütün müəllim və tələbələr siminarda iştirak edə bilərlər
| Ətraflı


Dr. Anar Rüstəmov Kiçik partlayışdan Böyük partlayışa doğru elmi məruzəsi
08/11/2012

08 noyabr saat 13-00 auditoriya 111-də , fakültənin seminarında Dr.  Anar Rüstəmov  "Kiçik partlayışdan Böyük partlayışa doğru" adlı məruzəsi etmişdir.

| Ətraflı


Fizika fakültəsinin seminarı
07/11/2012

08 noyabr saat 13-00 auditoriya 111-də , fakültənin seminarında Dr.  Anar Rüstəmovun "Kiçik partlayışdan Böyük partlayışa doğru" adlı məruzəsi olacaqdır.

| Ətraflı


Növbəti fakültə elmi seminarı
05/11/2012

Fizika fakültəsinin professor-müəllim heyətinin şənbə günləri keçirilən aylıq Elmi seminarı başlanmışdır. İlk seminar 3 noyabr 2012-ci ildə saat 1130-da 310-cu auditoriyada keçirilmişdir. Seminarda Maddə quruluşu kafedrasının müdiri, professor E.Ə.Məsimov “Bioloji sistemlərdə suyun termodinamik halı və rolu” mövzusunda məruzə etmişdir. Məruzə ətrafında geniş müzakirələr aparılmışdır.

Fizika fakültəsinin növbəti professor-müəllim heyətinin aylıq seminarı 17.11.2012 tarixdə keçiriləcəkdir. Məruzəçi-Ümumi fizika kafedrasının professoru R.C.Qasımova olacaqdır.

| Ətraflı


Magistrlərin növbəti elmi seminarı
05/11/2012

3 noyabr 2012-ci ildə saat 1000-da 310-cu auditoriyada Fizika fakültəsinin magistrantların aylıq Elmi seminarı başlanmışdır. Seminarda təsdiq olunmuş cədvələ əsasən II kursdan aşağıdakı 5 magistrantların dissertasiya işi müzakirə olunmuşdur.

  1. Quliyeva Vüsalə Mirzəli q.
  2. Atayev İbrahim İlqar o.
  3. Ağayeva Günel Firudin q.
  4. Məlikova Nərmin Abid q.
  5. Hümmətli Günel Tahir q.

Növbəti magistrantların Elmi seminarı 20.11.2012 tarixində keçiriləcəkdir. Seminarda qurulmuş cədvələ əsasən 5 nəfər II kurs magistrantların çıxışları dinləniləcək.

| Ətraflı


“ISESCO Prize in Science & Technology 2012” lauriatı
12/10/2012

Fizika fakültəsinin kollektivi hörmətli rektorumuzu akademik Abel Məhərrəmovu 11 oktyabr 2012-ci il tarixində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən “ISESCO Prize in Science & Technology 2012” lauriatı mükafatına layiq görülməsi  münasibəti ilə səmimi qəlbdən təbrik edir.

| Ətraflı


Nobel mükafatçısı BDU-da olmuşdur
03/10/2012

3 oktyabr 2012-ci il tarixində Amerika astrofiziki, ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi Nobel mükafatı laureatı George Fitzgerald Smoot Bakı Dövlət Universitetində olmuşdur. BDU-nun rektoru, akademik Abel Məhərrəmov alimi qəbul edib. Universitet haqqında məşhur alimə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Bildirib ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Amerika universitetləri ilə də səmərəli ikitərəfli əlaqələr qurub və bu münasibətləri daha da genişləndirmək niyyətindədir. Nanotexnologiya və innovasiyalardan danışan rektor, azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb. Sonra Nobel mükafatı laureatı George Fitzgerald Smoot Fizika fakültəsinin müəllim və tələbələrinə mühazirə oxumuşdur.Görkəmli alim müəllim və tələbələrin verdiyi suallara ətraflı cavab vermişdir. Sonra Nobel mükafatı laureatı George Fitzgerald Smoot BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olmuş, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olmuş, bu işlərə yüksək qiymət vermişdir. Alim tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini vermişdir.

| Ətraflı


prof. M.Ə.Ramazanov Kiyevdə Ukrayna Milli EA və Tokyo Boeki Technology Ltd. birgə təşkil etdiyi beynəlxalq forumun və sərginin işində iştirak etmişdir
01/10/2012

25 sentyabr 2012-ci il tarixdən 27 sentyabr 2012-ci il tarixinə qədər Fizika fakültəsinin dekanı prof. M.Ə.Ramazanov Kiyev şəhərində Ukrayna Milli EA və "Tokyo Boeki Technology Ltd." birgə təşkil etdiyi 5-ci "Laboratoriyaların komleks təhcizatı" adlı beynəlxalq forumun və sərginin işində iştirak etmək üçün Kiyev şəhərində ezamiyyətdə olmuşam. Forum zamanı dünyanın müasir laboratoriya cihazlarının istehsalçıları olan Yaponiyanın Jeol, Hitaci, Rigaku, Shimadze, Almaniyanın Carl Zeiss, Brukker, İngiltərənin Oksford İnstruments Ukraynanın bir sıra materiallar və avadanlıqlar istehsalçıları olan şirkətlərin təqdim etdiyi laborator avadanlıqlarla və cihazlarla tanış olmuşdur və gələcəkdə yuxarıda adları qeyd edilən şirkətlətlə BDU arasında əməkdaşlıqlar barədə razılıqlar əldə edilmişdir. Eyni zamanda ezamiyyət zamanı prof. Ukrayna Mikrobiologiya və virusologiya institutunda PEM JEM-1400 markalı işıqlanan mikroskopunun iş prinsipi və texniki imkanları ilə yaxından tanış olmuşdur. Ukrayna EA Metal fizikası institutunda Yaponiya istehsalı olan JSMP-4500 markalı skanedici atom, tunel mikroskopu və rentgen spektroskopiyası cihazı ilə tanış olmuş və onun texniki imkanlarını mütəxəssislərlə müzakirə etmişdir. Ukrayna EA Geokimya, mineralogiya və filizyaranma institutunda Yaponiyanın JEOL şirkətinin istehsal etdiyi JSM-6700F və Geokimya institutunda JSM-6490 markalı skanedici elektron mikroskopunun iş prinsipi ilə yaxından tanış olmuş və BDU-ya alınmış JSM-7600F mikrokopu ilə müqayisəli təhlillərini mütəxəssislərlə müzakirə etmişdir.

| Ətraflı


I kurs tələbələrlə görüş
20/09/2012

20 sentyabr 2012 tarixdə Fizika fakültəsində fakültə rəhbərliyi, kafedra mudirləri fakültənin tarixi, elmi istiqamətləri, təhsil proqramları, maddi texniki bazası haqqında ətraflı məlumat vermək üçün  fakültənin I kurs tələbələri ilə görüş keçirdi. Görüşdə fakültə dekanı prof. M.Ə. Ramazanov fakültədə mövcud olan kafedralar haqqında məlumat verdi. Bərk cisimlər fizikası kafedrasının müdiri akad.B.M.Əsgərov, Astrofizika kafedrasının müdiri prof.C.M.Quluzadə, Nəzəri fizika kafedrasının müdiri dos.M.R.Rəcəbov, Ümumi fizika kafedrasının prof. İ.M.Əliyev, Optika və molekulyar fizika kafedrasının prof.R.Q.Məmmədov, Maddə quruluşu kafedrasının müdiri prof. E.Ə.Məsimov, Yarimkeçiricilər fizikasının  dos L.Həsənova, Fiziki Elektronika kafedrasının dos. T. Hüseynov  kafedranın elmi fəaliyyətindən, onun tarixi və kadr hazırlığı sahəsində gördüyü işlər barədə  geniş məlumat verdilər.      Görüş zamanı tələbələrə onları maraqlandıran bir sıra suallara ətraflı cavablar verildi.

| Ətraflı


Bilik günü
18/09/2012

Bu ilin 15 sentyabr tarixində Bakı Dövlət Universitetində Bilik Günü keçirildi. Fizika fakültəsinə yüksak balla  FzM bölməsinə daxil olan iki tələbəyə Vəliyeva Günay Cəbrayil qızına (586 bal) və Mirzəyeva Elnarə Mürsəl qızına (504 bal) rektor tərəfindən tələbə biletləri təqdim olundu.

Elmi yeniliklərinə gəldikdə bu tədris ilində Yaponiyanın Tokyo Boeki Technology MMC ilə bağlanmşı müqavilə əsasında ümumi dəyəri 1200000,0$ və JEOL şirkətinin istehsalı olan və son dərəcə böyük texniki imkanlara və ayrıd etmə qabiliyyətinə malik JSM-7600F skanedici elektron mikroskopu və polikristallarda struktur analizləri aparmaq üçün rentgen difraktometri alınmışdır. Bu cihazlar nanostrukturların təhlili və araşdırılması üçün ideal vasitədir. Bu cihazlar ilə müxtəlif birləşmələrin nanohissəciklərini tədqiq etmək və onların miqdari analizini yerinə yetirmək, fiziki, kimyəvi və bioloji obyektləri araşdırmaq mümkündür. Mikroskop 1000000,0 dəfə böyütmək imkanına malikdir. JSM-7600F – skanedici elektron mikroskopları arasında JEOL şirkətinin elektron  optika sisteminin ən son nailliyyətlərini özündə birləşdirən ən yeni model mikroskoplardan biri hesab olunur. Diametri kiçik olan zond və optimal şəraitlər  nanometr tərtibində olan  nümunələrin element analizini  aparmağa imkan verir. "Gentle Beam" sistemi keçirici olmayan nümunələrdə yüklənmənin azalmasını və sürətləndirici gərginliyin kiçik qiymətlərində yüksək ayırdetmə imkanını təmin edir. Bilik günü rektor tərəfindan həmin laboratoriyanın açılısı olmusdur.

2012-ci tədris ilində BDU-nun Fizika fakültəsinin maddi-texniki bazasını gücləndirmək məqsədi ilə ümumi dəyəri 240000,0$ olan tədris laboratoriya  avadanlıqları alınmışdır. Laboratoriya avadanlıqları Fiziki elektronika, Ümumi fizika, Yarımkeçiricilər fizikası, Optika və molekulyar fizika kafedralarının nəzdindəki tədris laboratoriyalarını ən müasir səviyyədə qurulmasına xidmət edəcəkdir. Fakültədə virtual laboratoriya işlərinin hazırlanması üçün interakriv lövhələr quraşdırılmışdır. Yalnız yarımkeçiricilər fizikası kafedrasının tədris laboratoriyasına alınmış qurğularda tədris proqramına uyğun olaraq yarımkeçiricilər fizikası, yarımkeçirici cihazlar və mikroelektronikanın əsasları fənnləri üzrə 29 laboratoriya işi yerinə yetirmək mümkün olacaq. Eyni zamanda bu qurğular vasitəsi ilə magistr və doktorantlar da elmi-tədqiqat işləri apara bilərlər. Bilik Günü Ümumi fizika kafedrasının iki tədris “Elektromaqnetizim” adlı laboratoriyasının, Yarimkeçiricilər fizikası kafedrasında bir tədris laboratoriyasının açilişi oldu.

Fakültə rəhbərliyi I kurs bakalavr və magistr pillələrinə qəbul olunmuş tələbələrlə görüş keçirdi. Fakültanin tarixindən, ən-ənələrindən, tədris olunan ixtisaslardan ətraflı məlumat verildi. Bundan əlavə fakültə kafedralarında tələbələrlə görüş təşkil olunmuşdur.

| Ətraflı


Fakültə Elmi Seminarı
17/09/2012

Bakı Dövlət Universitetinin Fizika Fakültəsində kafedralarda elmi işlərin canlandırılması, habelə kafedralardakı elmi nailiyyətləri və tədqiqat istiqamətlərini  tələbələrə aydınlatmaq, onların bu işlərə maraqlandırılması və qoşulmasını təmin etmək məqsədilə fakültənin elmi seminarı fəaliyyətə başlayır. Seminar ayda bir dəfə olmaqla həftənin 6-cı günü saat 11-30-a nəzərdə tutulur. İlk seminar oktyabr ayında planlaşdırılır. Professor-müəllim heyətinin bu seminarda iştirakı zəruridir. Kafedralar növbə ilə bu seminara öz məruzəçilərini müəyyənləşdirəcək. Seminar haqqında elan iştirakçıların elektron-poçt ünvanlarına göndəriləcək, fakültənin elanlar lövhəsində və veb səhifəsində yerləşdiriləcək. Çıxışların faylları seminarın saytinda yerləşdiriləcək. Respublikamıza gələn qonaq professorların da bu seminarda çıxışları arzuolunandır.

Seminarda könüllü iştirakla və digər suallarla seminarın katibi BDU-nun Fizika problemləri İnstitutunun aparıcı elmi işçisi Məmmədov Şahinə müraciət edə bilərsiz. (e-mail [email protected] . tel: 050 532 56 54)

| Ətraflı


Fizika fakültəsinin tələbələrinin nəzərinə
06/09/2012

Fakültənin bütün tələbələrin nəzərinə çatdırılır ki, 15 sentyabr 2012 il tarixində bilik günü münasibəti ilə əlaqədar olaraq universitetin əsas binasının qarşısında təntənəli tədbir keçiriləcəkdir. Tədbirdən sonra fizika fakültəsi dekanlığının tələbələr ilə görüşü keçiriləcəkdir. Bütün tələbələrin iştirakı vacibdir.

| Ətraflı


BDU alimləri İsveçrədə elmi ezamiyyətdə
13/08/2012

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f.e.d. Məhəmmədəli Ramazanov və kafedranın dosenti, Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi b.e.n. İsmət Əhmətov  1 Avqust 2012-ci il tarixdən  İsveçrənin Elm Fondu tərəfindən maliyələşdirilən SCOPES proqramı çərçivəsində (Project - IZ73Z0_128068) Lozanna Politexnik Federal İnstitutunda (EPFL) elmi ezamiyyətdədirlər.  Ezamiyyətdə bu institutun  əməkdaşları  professor Lazslo Forro və professor Andrzej Sienkieviçlə birlikdə Mürəkkəb materialların fizikası laboratoriyasında nanohissəciklərin bitkilərdə toplanması, hərəkəti  və hüceyrələrə təsirinin toksik effektləri  EPR metodu ilə  öyrənilir. SCOPES əməkdaşlıq layihəsi  sayəsində nanomaterialların  canlı sistemlərə təsirinin öyrənilməsi  - nanotoksikologiya istiqamətində yeniliyi ilə fərqlənən  nəticələr alınmışdır və bu elmi nəticələr Bakı Dövlət Universitetində  bu istiqamətdə elmi tədqiqatların inkişafında və beynəlxalq əlaqələrin genişlənməsində mühüm rol oynayır.

| Ətraflı


Magistirlərin MDB ölkələrinin V ali kurs və konfransında iştrakı
10/07/2012

Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nanomateriallarin kimyəvi fizikası" kafedrasının I kurs magistrantları Nəcəfova Afət Şirin qızı və Quliyeva Vüsalə Mirzəli qızı 17 iyun - 5 iyul 2012-ci il tarixlərində Dubna və Moskva şəhərlərində keçirilən MDB ölkələrinin gənc alim, aspirant və yuxarı kurs tələbələri üçün Nanosistem və materialların müasir tədqiqat metodlarına dair V Ali Kurs və Konfransında iştirak etmişlər.  Ali kursların Dubna mərhələsində "Elementar hissəciklərin aktual fiziki problemləri", " Neytronların köməyi ilə nanosistemlərin tədqiqi", "Gənc alimlərin innovasion proyektlərinə dəstək" və s. mövzularda mühazirələri dinləməklə yanaşı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Объединенный Институт Ядерных Исследований) laborator praktikalarda iştirak etmişlər. V Ali kursların Moskva mərhələsində isə  magistrantlar Kurçatov İnstitutunda (НИЦ “Курцатовский Институт”) "Nanomaterialların sinxrotron şüalanma metodu ilə tədqiqi", "Nano- və bioobyektlərin elektron mikroskopiyası" və s. mövzularda mühazirələrdə iştirak etmiş və Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda  (Институт Кристаллографии РАН) laborator praktikada olmuşlar. Kursun sonunda magistrantlar sertifikatla təltif edilmişdilər.

| Ətraflı


Magistirlərin MDB ölkələrinin V ali kurs və konfransında iştrakı
10/07/2012

Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nanomateriallarin kimyəvi fizikası" kafedrasının I kurs magistrantları Nəcəfova Afət Şirin qızı və Quliyeva Vüsalə Mirzəli qızı 17 iyun - 5 iyul 2012-ci il tarixlərində Dubna və Moskva şəhərlərində keçirilən MDB ölkələrinin gənc alim, aspirant və yuxarı kurs tələbələri üçün Nanosistem və materialların müasir tədqiqat metodlarına dair V Ali Kurs və Konfransında iştirak etmişlər.  Ali kursların Dubna mərhələsində "Elementar hissəciklərin aktual fiziki problemləri", " Neytronların köməyi ilə nanosistemlərin tədqiqi", "Gənc alimlərin innovasion proyektlərinə dəstək" və s. mövzularda mühazirələri dinləməklə yanaşı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Объединенный Институт Ядерных Исследований) laborator praktikalarda iştirak etmişlər. V Ali kursların Moskva mərhələsində isə  magistrantlar Kurçatov İnstitutunda (НИЦ “Курцатовский Институт”) "Nanomaterialların sinxrotron şüalanma metodu ilə tədqiqi", "Nano- və bioobyektlərin elektron mikroskopiyası" və s. mövzularda mühazirələrdə iştirak etmiş və Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda  (Институт Кристаллографии РАН) laborator praktikada olmuşlar. Kursun sonunda magistrantlar sertifikatla təltif edilmişdilər.

| Ətraflı


MDU-nun rektoru Nanoaraşdırmalar laboratoriyasında olmuşdur
07/07/2012

MDU-nun rektoru akademik V.А. Sadovniçiy Nanomaterialların kimyəvi fizikası kafedrasının Nanoaraşdirmalar laboratoriyasında olmuşdur. O burada aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmuşdur. Elmi maraq doğuran problemlər barəsində müzakirələr aparilmışdır.

 

| Ətraflı


Təhsillərini Moskva Fizika Mühəndisləri İnstitutunda (MFTİ) davam etmək istəyən tələbələr üçün imtahanlar keçirilmişdir
04/07/2012

1 iyul 2012-ci il tarixdə saat 9.30–da BDU-da təhsillərini Moskva Fizika Mühəndisləri İnstitutunda (MFTİ) davam etmək istəyən tələbələr üçün imtahanlar keçirilmişdir. İmtahanlar MFTİ müəllimləri dos. Slobodyanin Valerii Pavloviç (fizika fənni üzrə) və dos. Agaxanov Nazar Xangeldıyeviç (riyaziyyat fənni üzrə) tərəfindən aparılmışdır. İmtahan BDU-nun aşağıda qeyd olunan tələbələri arasında keçirilmişdir.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 |