28 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Qəhrəmanlı Lalə Rasim qızının “2222.01 – Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “Texnoloji şəraitin CdxZn1-xS nanohissəciklərinin fiziki xassələrinə təsiri” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş BFD 2.19 Birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib. İclası Dissertasiya Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadə açıq elan edərək bildirdi ki, Şura üzvlərinin hamısı iclasda iştirak etdiyi üçün Dissertasiya Şurasının iclası səlahiyyətlidir. O, gündəlikdə olan "Texnoloji şəraitin CdxZn1-xS nanohissəciklərinin fiziki xassələrinə təsiri" mövzusu üzrə dissertasiya işi ilə bağlı Şura üzvlərinə məlumat verdi. Dissertasiya Şurasının elmi katibi fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova iddiaçı və Şuraya daxil olmuş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Sonra iddiaçı Lalə Qəhrəmanlı “Texnoloji şəraitin CdxZn1-xS nanohissəciklərinin fiziki xassələrinə təsiri” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, tədqiqat metodları və əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi.
18 mart 2022-ci il tarixində BDU-nun Tələbə Evinin həyətində ağacəkmə tədbiri keçirilib. Fizika fakültəsinin müəllim-tələbə heyəti də yaza təslim olmaq istəməyən qışın gətirdiyi qar yağıntısına baxmayaraq baharın gəlişini BDU ailəsi ilə birlikdə ağac əkməklə qarşılayıb. Ərazidə çoxlu fidanlar əkilib.
Fizika fakültəsində 27 Mart “Elm günü” ilə bağlı tədbirlər davam etdirilir. Bu tədbirlərçərçivəsində 16 mart 2022-ci il tarixində Fiziki elektronika kafedrasının elmi sminarı keçirilib. Seminarda kafedranın dosenti, fizika elmləri doktoru Tərlan Hüseynov “QAZ BOŞALMASI PLAZMASININ PARAMETRLƏRİ” mövzusunda məruzə etmişdir.
15 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetində “Elm günü” ilə bağlı tədbirlər planına uyğun olaraq Fizika fakültəsinin “Maddə quruluşu” kafedrasının müdiri, prfessor Eldar Məsimov tərəfindən “Bioloji sistemlərdə suyun rolu. Hidrofobluq” mövzusunda ustad dərsi keçirilib. Eldar Məsimov suyun təbiətin ən möcüzəvi maddəsi olduğunu, bu möcüzəni su molekulları arasında mövcud olan spesifik, hidrogen rabitəsi adlanan qarşılıqlı təsirlər nəticəsində formalaşan rəngarəng strukturların yaratdığını qeyd edərək, canlı orqanizmdə baş verən bütün biokimyəvi və fiziki-kimyəvi proseslərdə, bioloji funksiya daşıyan makromolekulların aktiv konformasiyalarının formalaşmasında, fermentativ reaksiyaların gedişində, osmos və diffuziya vasitəsilə canlı orqanizmdə maddələrin, o cümlədən dərman preparatların daşınmasında iştirak edən suyun rolunun əvəzedilməz olduğunu bildirdi
Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Gələcəyin Alimləri" mövzusunda tələbələrin VII Respublika elmi konfransı keçiriləcəkdir.
11 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Optika və molekulyar fizika kafedrasının dissertantı Məmmədova Vüsalə Cəlali qızının “2211.01 "Bərk cismlər fizikası" ixtisası üzrə “Elektrokimyəvi çökdürülmüş Cd1-xZnxO nazik təbəqələri və onlar əsasındakı strukturların elektrik, fotoelektrik və optik xassələri” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının iclası keçirilib.
09 mart 2022-ci il tarixində BDU Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib. Seminarda fakültə rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər. Seminarı fakültə TEC-in elmi rəhbəri Aida Əhmədova açıq elan edərək sözü fakültə dekanı Bəxtiyar Paşayevə verdi. Bəxtiyar Paşayev pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq son iki il ərzində fakültə TEC tərəfindən elmi seminarların online formada müntəzəm olaraq keçirildiyini, uzun fasilədən sonra bu günkü seminarın əyani şəkildə təşkil olunduğunu qeyd etdi. O, bu cür seminarların tələbələrin bir tədqiqatçı kimi formalaşmasında mühüm rol oynadığını bildirdi. Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbli, Optika və molekulyar fizika kafedrasının müdiri Rəna Qasımova tələbələrə uğurlar arzuladılar. Sonra Fizika fakültəsi II kurs Fzing01 qrupunun tələbəsi Aysu Aslanzadə “Kainatın canavarları - qara dəliklər” mövzusunda məruzə ilə çıxış etdi. Məruzəçi şəxsi araşdırmalarının nəticəsi olaraq qara dəliklər barədə mövcud bilikləri təqdim etdi. Məruzə barədə Məmməd Rəcəbli müsbət fikirlərini bildirdi.
7 mart 2022-ci il tarixində Fizika fakültəsində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə onlayn tədbir keçirilib. Tədbirdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. Əvvəlcə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev fakültənin qadın əməkdaşlarını və tələbə qızlarını bayram münasibətilə təbrik etdi. O, 8 mart gününün tarixindən, Azərbaycan qadınlarının cəmiyyətdə oynadığı roldan, şərqdə ilk dəfə seçmək və seçilmək hüququnun Azərbaycan qadınlarına malik olmasından, elm və təhsil sahəsində çalışan qadınlarımızın fədakarlığından danışdı. Sonra dekan müavini Məhəmməd Məhərrəmov və Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbli tədbirdə iştirak edən qadın müəllimləri və tələbələri, onların simasında Fizika fakültəsinin bütün qadın kollektivini təbrik etdilər və xoş arzularını çatdırdılar. Fakültənin elmdə və təhsildə uğur qazanmış müəllimləri, Maddə quruluşu kafedrasının professoru Səcidə Əbdülvahabova və Optika və molekulyar fizika kafedrasının müdiri, professor Rəna Qasımova öz həyat yolları, tələbəlik illəri, uğur qazanmağın yolları barədə danışdılar, tələbələrə dəyərli tövsiyələr verdilər. Sonra fakültə tələbələri maraqlı çıxışlarını təqdim etdilər.
| Ətraflı
04 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika və Kimya kafedrasının dissertantı İsayeva Aida Əjdər qızının 2211.01 – “Bərk cismlər fizikası” ixtisasından fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "(CoFe)75Si10B15 və CoFe amorf maqnetiklərin maqnit və maqnitooptik xassələri" mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının iclası keçirilib. İclası Dissertasiya Şurasının sədri, fizika üzrə elmlər doktoru, dosent Hüseyn Məmmədov açıq elan edərək 12 nəfər Şura üzvündən 11 nəfərin iştirak etdiyi üçün Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi.
| Ətraflı
01 mart 2022-ci il tarixdə BDU Fizika fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov “Şamaxı Astrofizika Rəsədxanasının 2-metrlik teleskopunun Optik Lifli Eşelle Spektroqrafı –ShaFES” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzəçi spektroqrafın optik sxemi, əhəmiyyəti, üstünlükləri və tətbiq sahələri haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, yüksək ayırdetmə qabiliyyətinə (λ/Δλ=55000 və 27500) malik bu spektroqraf səma cisimlərinin yüksək ayırdedilən spektrlərini almağa imkan verir. Spektroqrafda işıq qəbuledicisi kimi ölçüsü 4000 x 4000 piksel olan, maye azotla soyudulan böyük CCD kameranı istifadə etməklə spektrin çox geniş dalğa uzunluğu oblastını (λ 3600- 9000Å) eyni zamanda 1 kadrda almaq mümkün olur. Spektroqrafda müşahidə zamanı 2-metrlik teleskopda ulduzun izlənmə prossesi avtomatlaşdırılıb və xəyal birbaşa olaraq müşahidə otağındakı monitora ötürülür.
28 fevral 2022 il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika və Kimya kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Hüseynov Hüseynağa İbrahim oğlunun 2211.01 – “Bərk cismlər fizikası” ixtisası üzrə fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının iclası keçirilib. İclası Dissertasiya Şurasının sədri, fizika üzrə elmlər doktoru, dosent Hüseyn Məmmədov açıq elan edərək bildirdi ki, 12 nəfər Şura üzvündən 11 nəfərin iştirak etdiyi üçün Dissertasiya Şurasının iclası səlahiyyətlidir. O, gündəlikdə duran "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusu üzrə dissertasiya işinin müdafiəsi ilə bağlı Şura üzvlərinə məlumat verdi. Dissertasiya Şurasının elmi katibi Bəxtiyar Paşayev iddiaçı və Şuraya daxil olmuş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Sonra iddiaçı Hüseynağa Hüseynov "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi.
28 fevral 2022-ci il tarixdə Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Almara Rəhimlinin 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “TiO2 nanohissəcikləri ilə modifikasiya olunmuş PVX əsaslı polimer nanokompozitlərin fotolüminessensiya və elektret xassələri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib
| Ətraflı24 fevral 2022-ci il il tarixində Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda fakültənin 2021-ci il üçün elmi hesabatı, qış imtahan sessiyasının nəticələri və cari məsələlər müzakirə olunub. Fakültənin elmi hesabatı ilə və qış imtahan sessiyasının nəticələri barədə məlumatla fakültə dekanı Bəxtiyar Paşayev çıxış etdi. O, əvvəlki illərə müqayisədə hesabat ilində fakültə üzrə göstəricilərin yaxşılaşdığını bildirdi. Cari məsələlərin müzakirəsindən sonra Elmi Şuranın iclası başa çatdı.
23 fevral 2022-ci il tarixində Bakı Dövlət Universiteti Fizika, Gelogiya və Mexanika-riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültələrin rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndilidi. Sonra tədbiri açıq elan edən Geologiya fakültəsinin dekanı Mamoy Mansurovun rəklifi ilə Xocalıda və Qarabağın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Razyev Xocalı faciəsinin baş vermə səbəbləri, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər barədə məlumat verdi, faciənin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülməli işlərdən danışdı. Geolgiya fakültəsinin dekan müavini Ruslan Şəmiyev faciə barədə, törədilmiş cinayətin hüquqi qiymətinin alınması barədə fikirlərini bildirdi. Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov belə faciələrin təkrarlanmaması üçün bizim bir xalq olaraq necə davranmalı olduğumuz, bunun üçün düzgün siyasi qərarların verilməsinin zəruriliyi barədə danışaraq, Gürcüstan və Ukraynan missal kimi göstərdi və onların yanlış siyasi qərarlar səbəbindən ərazilərini itirdiyini diqqətə çatdırdı. O, həmçinin, 44 günlük savaşda qazanılan qələbədən sonra hər birimizin, xüsusən tələbələrin öz vəzifələrinə daha məsuliyyətlə yanaşmasının əhəmiyyətini qeyd etdi. Tədbirdə Xocalı hadisələrinə həsr olunmuş videoçarx nümayiş olundu.
28 fevral 2022-ci il, saat 15-00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika və Kimya kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Hüseynov Hüseynağa İbrahim oğlunun Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasında 2211.01 – Bərk cismlər fizikası ixtisası üzrə fizika üzrə elmlər doktoru adı almaq üçün təqdim etdiyi "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcək. Dissertasiya işinin müdafiəsi 316 nömrəli auditoriyada canlı olaraq və Microsoft Teams platforması üzərindən online keçiriləcək. Arzu edənlər iştirak edə bilər.
| Ətraflı
16.02.2022-ci il tarixində YAP Yasamal təşkilatında Fizika fakültəsinin professoru Şahlar Əsgərovun gənclərlə görüşü keçirilib. Görüş 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycanda milli maraqlar və xarici siyasət mövzusu çərçivəsində keçirilən görüşdə Şahlar Əsgərov gənclər qarşısında çıxış etdi. O, hazırkı dövrdə gənclərin qarşısında duran vəzifələrdən, onların milli ruhda və vətənpərvər kimi yetişməsi üçün görülməli olan işlərdən danışdı, gənclərə öz tövsiyyələrini verdi. Elm və təhsil mövzusunda gənclərlə dialoq şəklində müzakirələr apardı. Görüşdə iştirak edən II Qarabağ savaşının iştirakçısı olmuş qazilər qazanılmış qələbədə vətənpərvərliklə bərabər elmin nailiyyətlərinin də əhəmiyyətli rol oynadığını qeyd etdilər. Şahlar Əsgərov tariximizə toxunaraq "Vətəni gənclərə tarixi öyrədərək sevdirmək lazımdır" deyə bildirdi. Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması medalları ilə təltif olunmuş Məbud Əhmədov gənclər qarşısında çıxış edərək "Qarabağ" musiqisini səsləndirdi. Sonda isə gənclərimizə Şahlar Əsgərov tərəfindən kitablar, qazilərimizə isə YAP Yasamal Təşkilatı tərəfindən hədiyyələt təqdim olundu.
10 fevral 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı Hümbətov Şirxan Ərəstun oğlunun “2222.01 – Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş BFD 2.19 Birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib. İclası Dissertasiya Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadə açıq elan edərək bildirdi ki, Şura üzvlərinin hamısı iclasda iştirak etdiyi üçün, Dissertasiya Şurasının iclası səlahiyyətlidir və gündəlikdə duran "Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fizimki xəqdiassələri" mövzusu üzrə dissertasiya işinin müdafiəsi ilə bağlı Şura üzvlərinə məlumat verdi. Dissertasiya Şurasının elmi katibi fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova iddiaçı və Şuraya daxil olmuş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Sonra iddiaçı Şirxan Hümbətov “Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi.
10 fevral 2022-ci il, saat 1500-da "Nanomaterialların kimyəvi fizikası" kafedrasının dissertantı Hümbətov Şirxan Ərəstun oğlunun Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya şurasında 2222.01 – Nanoquruluşların fizikası və texnologiyası ixtisası üzrə "Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri" mövzusunda fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçiriləcək.
Dissertasiya işinin müdafiəsi 316 nömrəli auditoriyada canlı olaraq və Microsoft Teams platforması üzərindən online keçiriləcək. Arzu edənlər iştirak edə bilər.
| ƏtraflıFİZİKA Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş DİSSERTASİYA
| ƏtraflıFizika fakültəsinin magistrantı mükafatlandırılmışdır.
01 fevral 2022-ci il tarixdə Bakı Dövlət Universitetində 2 Fevral Gənclər günü ilə bağlı tədbir keçirilib. Bu tədbir Gənclər Gününün təsis edilməsinin 25 illiyinə təsadüf edib. Tədbirdə BDU-nun təhsildə və ictimaifəaliyyətdə fərqlənən gənclərinin mükafatlandırılması həyata keçirilib. Fizika fakültəsinin I kurs magistrantı Gülarə Ələsgərova təşşəkkürnamə və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. Təbrik edirik!