Fizika fakültəsində “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib
02.02.2022-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Microsoft Teams platforması üzərindən "Gənclər Günü" nə həsr olunmuş Panel görüş təşkil olunub. Görüşü Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Fidan İsmailova açıq elan etdi. Sonra Fizika fakultəsinin 1-ci kurs tələbələri Nazlı Qasımova "Gənclər Günü" nün tarixi haqqında ətraflı məlumat verdi, Rəhimə Cavadzadə isə Tələbə Gənclər Təşkilatının onda yaratdığı təəssüratlar haqqında danışdı. Daha sonra Tələbə Gənclər Təşkilatının sədr müavini Fidan İsmailova Bakı Dövlət Universiteti Fizika fakültəsinin şəhid məzunları haqqında danışdı.Görüş zamanı Tələbə Gənclər Təşkilatının aktiv üzvü olan Nigar Məmmədova Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tarixi və fəaliyyəti haqqında iştirakçıları məlumatlandırdı. Sonda Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Təranə Məmmədova Gənclər sekrotu haqqında məlumat verib, görüşü yekunlaşdırdı.
| Ətraflı
BDU Fizika fakültəsinin Elmi Şurasının 27-28 yanvar 2022-ci il tarixində keçirilmiş iclasında Fizika fakültəsinin vakant kafedra müdiri vəzifələrinə seçkilər keçirilib. Gizli səsvermənin nəticələrinə əsasən professor Əhməd Şahvələd oğlu Abdinov “Fiziki elektronika” kafedrasının, professor Rəna Cümşüd qızı Qasımova “Optika və molekulyar fizika” kafedrasının, professor Vaqif Müseyib oğlu Salmanov “Yarımkeçiricilər fizikası” kafedrasının, dosent Məmməd Rəcəb oğlu Rəcəbov “Nəzəri fizika” kafedrasının, dosent Kəmalə İlyas qızı Alışeva “Astrofizika” kafedrasının, dosent Rəhim Şükür oğlu Rəhimov “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının və dosent Mehdi Müqabil oğlu Mahmudov “Bərk cisimlər fizikası” kafedrasının müdiri vəzifəsinə seçiliblər. Fizika fakültəsinin dekanlığı və professor-müəllim heyəti seçilmiş kafedra müdirlərini təbrik edir, onlara uğurlar arzulayır...
FİZİKA Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş DİSSERTASİYA
| ƏtraflıCovid-19 virusu daha bir əməkdaşımızı bizlərdən ayırdı. Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikasının dosenti, f-r.e.n. Sədrəddin Sədrəddinov vəfat etmişdir. Sədrəddin Sədrəddinov 1941-ci ildə anadan olub. 1968-1974-cü illərdə BDU-nun Fizika fakültəsində ali təhsil alıb. 1965-ci ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasında laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildə „Nazik təbəqəli ftalosianin və onun metal komplekslərində yükdaşınma mexanizmlərinin tədqiqi“ mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
Allah rəhmət eləsin!
Kosmik hava durumu – ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2927 (S20W66, Hsx/alpha) oblastı sakit olmuş, heç bir aktivlik nümayiş etdirməmişdir. 2929 (N07W71, Дао/бета) oblastı stabil olmuş, lakin B sinif alışmalar yaratmışdır. 2930 (N21W72, Dao/beta) oblastı B sinif alışmalar yaradaraq sahəsini nisbətən artırmışdır. 2933 (S22W35, Cao/beta) oblastı alışma vermədən parçalanma əlamətləri nümayiş etdirmişdir. Koronoqraf şəkillərində Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır. Ötən period ərzində baş vermiş M1/Sf alışmaları ilə əlaqədar yaranan CME –in Yerə sürüşkən zərbə təsiri olacağı təyin edilmişdir. Atışın sürəti və trayektoriyasına görə bu 22 yanvar 2022-ci il tarixində ola bilər.
Bakı Dövlət Universiteti Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "20 Yanvar" adlı tədbir keçirilib. Tədbir Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Ləyaqət Qasımovanın aparıcılığı ilə baş tutub. İlk olaraq Dekan müavini Məhəmməd Məhərrəmov 20 Yanvar faciəsi haqqında öz təəssüratlarını bölüşüb. Daha sonra Tələbə Gənclər Təşkilatının üzvü Aysun İbrahimli Aysun və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri Rəna Mehrəliyeva və Aynur Mirzəzadə çıxış etmişlər. Tələbə Gənclər Təşkilatının üzvləri Şəfa Məmmədova və Nigar Məmmədova 20 Yanvar haqqında şeir demişlər. Sonda Tələbə Gənclər Təşkilatının sədr müavini Fidan İsmayılovanın hazırladığı videoçarx nümayiş etdirilmişdir.
19 yanvar 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Milli Aerokosmik Agentliyinin doktorantı Sultanova Ceyran Rafiq qızının “2222.01– Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “Polipropilen, polivinildenflüorid və dəmir nanohissəcikləri əsasındakı nanokompozitlərin quruluşunun formalaşması və xassələrinin tədqiqi” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilmişdir. İclası AMEA-nın Biofizika İnstitutunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oktay Qasımov açıq elan edərək bildirdi ki, Milli Aerokosmik Agentliyinin doktorantı Ceyran Sultanova dissertasiya işinin məzmunu 9 məqalə və 3 konfrans materialında nəşr olunub.
| ƏtraflıÖtən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2929 (N08W30, Dki/beta) oblastı görünən diskdə ən mürəkkəb ləkə olmuşdur. Oblastda 16/2021 UTC -də bu period ərzində ən böyük alışma- C2 alışması baş vermişdir. Tacda baş verən hadisələr səbəbindən CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) baş verməsini dəqiqləşdirmək üçün əlavə koronoqrafik şəkillərə ehtiyac olmuşdur. Son 24 saat ərzində ləkədə çox zəif parçalanma müşahidə olunmuşdur. 2933 (S21E06, Cso/beta) oblastı genişlənmişdir. Digər sıralanmış oblastlar stabil olmuş və ya parçalanma mərhələsindədir.Koronoqraf şəkillərində Yerə tərəf yönələn CME müşahidə olunmamışdır.17-19 yanvar tarixlərində günəş aktivliyi açağı səviyyəyə düşəcəkdir. M (R1-R2 zəif- nəzərə alınmayan) sinfinə aid alışmalar ola bilər. C sinif alışmaların baş vermə ehtimalı 75%, M sinif alışmaların baş vermə ehtimalı 20%, X sinif alışmaların isə baş vermə ehtimalı 1% dən kiçik olacağı ehtimal olunur.Günəşdən gələn elektron selinin parametrləri yüksəlmiş, protonlar seli isə fon səviyyəsində olmuşdur. 17-19 yanvar 2022-ci il tarixləri üçün zərrəciklər selinin parametrlərinin normal fon səviyyəsində qalacağı gözlənilir.
"Bu gün, yanvarın 14-də BDU Fizika fakültəsinin professor-müəllim heyətinin ümumi iclasında fakültə dekanının seçkisi keçirilmişdir. Optika və molekulyar fizika kafedrasının dosenti Bəxtiyar Paşayev mütləq səs çoxluğu ilə Fizika fakültəsinin dekanı seçilmişdir. Bu münasibətlə Bəxtiyar müəllimi təbrik edir, ona uğurlar arzulayırıq. "
Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2924 (S31W14, Eho/beta) oblastında aralıq ləkələrdə dəyişikliklər müşahidə olunmuş və bu oblastda 12/16:49 UTC-də B4 alışması baş vermişdir. 2925 (S33E19, Hsx/альфа) oblastı ötən periodda olduğu kimi stabil və sakit olmuşdur. Yeni 2926 (N22W48, Cro/beta) oblastında aktivlik müşahidə olunmamışdır. Ötən periodun sonunda N08E24 oblastı ətrafında yeni sadə ləkələr meydana gəlmiş və onlar davam edəcəkləri təqdirdə növbəti period üçün yeni oblast kimi sıralanacaqlar. Bu oblastda həmçinin 12/04:23-də B7 alışması baş vermişdir. Bu alışma (sürəti 535 km/s qiymətləndirilir) II növ radiopozulma və onunla bağlı CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) ilə müşayət olunmuşdur. Güman edilir ki, B7 alışmasından sonra bir neçə saat davam edən B8 alışması baş vermişdir. B sinif alışmalar sakit alışmalar sinfinə aiddir.Koronoqraf şəkillərində Yerə tərəf yönələn CME müşahidə olunmamışdır.
Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2924 (S31W14, Eho/beta) oblastında aralıq ləkələrin parçalanması müşahidə olunmuşdur. 2925 (S33E19, Hsx/альфа) oblastı stabil və sakit olmuşdur. Ötən üç gün ərzində yeni 2926 (N21, L=033) və 2927 (S20E66, Hsx/alpha) oblastları qeydə alınmışdır. Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır.Qarşıdakı üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyyədə qalacağı, 10-12 yanvar 2022-ci il tarixlərdə 40% ehtimalla C sinif və 10% ehtimalla M sinif alışmaların olacağı gözlənilir.Ötən sutka ərzində Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsində olmuşdur. 10-12 yanvar 2022-ci il tarixləri üçün zərrəciklər selinin paramaetrlərinin normal fon səviyəsində qalacağı gözlənilir.Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2924 (S31W14, Eho/beta) oblastında aralıq ləkələrin parçalanması müşahidə olunmuşdur. 2925 (S33E19, Hsx/альфа) oblastı stabil və sakit olmuşdur. Ötən üç gün ərzində yeni 2926 (N21, L=033) və 2927 (S20E66, Hsx/alpha) oblastları qeydə alınmışdır. Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır.Qarşıdakı üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyyədə qalacağı, 10-12 yanvar 2022-ci il tarixlərdə 40% ehtimalla C sinif və 10% ehtimalla M sinif alışmaların olacağı gözlənilir.Ötən sutka ərzində Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsində olmuşdur. 10-12 yanvar 2022-ci il tarixləri üçün zərrəciklər selinin paramaetrlərinin normal fon səviyəsində qalacağı gözlənilir.
Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuş, rentgen şüalanması B səviyyəsinə yüksəlmişdir. 2924 (S31E34, Cao / beta) oblastı parçalanmış, lakin sakit olmuşdur. 2925 (S34E69, Dso / beta) oblastı həmçinin SE (Solar event-günəş hadisələri) görə aktiv olmamışdır. Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır.Ötən üç sutka ərzində Günəş aktivliyinin aşağı səviyədə olmuşdur. 06 yanvar 2022-ci il tarixində Günəşdə C sinif aktivlik müşahidə olunacaqdır. Böyük olmayan ehtimalla aktivliyin çox aşağı səviyyədən R1-R2 (nəzərə alınmayacaq-zəif) radiodalğaların kəsilməsi səviyyəsinə qalxacağı gözlənilir. Bu 08 yanvar 2022-ci il tarixədək davam edə bilər.Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsindədir. 08 yanvar 2022-ci il tarixədək zərrəciklərin sel parametrləri normal və ya daha aşağı səviyyədə olacağı gözlənilir.
Elm və təhsil bəşəriyyətin yaratdığı ən böyük mənəvi sərvət olub, dahilərin qoyduğu kərpiclərlə tikilən və bu günkü öz ecazkar mənzərəsini almış möhtəşəm bir məbəddir. Bu məbədin bu günkü mənzərəsinin yaranmasında, formalaşmasında minlərlə elm və təhsil adamları öz ömrlərini sərf ediblər. Bu ənənəni şərəflə və uğurla davam etdirən alimlərimizdən biri də Azərbaycan fizika məktəbinin tanınmış nümayəndəsi, Bakı Dövlət Universitetinin "Nəzəri fizika" kafedrasının müdiri Məmməd Rəcəb oğlu Rəcəbovdur. Məmməd Rəcəbov 1962-ci il yanvar ayının 5-də ziyalı bir ailədə - Rəcəb müəllim və Nazilə xanımın ailəsində dünyaya göz açıb. Məmməd Rəcəbovun əsli Azərbaycanın dilbər guşələrindən olan Qax rayonunun "İlisu" kəndindəndir. Dağlar qoynunda yerləşən bu səfalı diyar Azərbaycan ictimaətinə, təhsilinə və elminə dəyərli ziyalılar bəxş edib. Məmməd Rəcəbovun atası Rəcəb müəllim də məhz belə ziyalılardan biridir.
Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2918 (N19W36, Dai / beta-gamma) oblastında, 28/1611 UTC-də bu periodun ən böyük M1/Sf alışması baş vermişdir. 2916 (S17W15, Ekc / beta) oblastı diskdə ən böyük ləkə olmuş və çox az dağıntıya məruz qalmışdır. 2921 (N29W74, Dso / beta) oblastının sahəsi son 24 saat ərzində artmışdır. Digər sıralanmış oblastlar sakit olmuşlar. Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır.Günəş aktivliyinin aşağı və 31 dekabr 2021-ci il tarixədək çox böyük olmayan ehtimalla M sinif ((R1-R2; nəzərə alınmayan, zəif -radiosiqnalların pozulması) alışmaların olacağı gözlənilir.Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsindədir. 30 dekabr 2021-ci il tarixi üçün elektronlar selinin enerjisinin artacağı ehtimal olunur.
Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuş, bir neçə C sinif alışmalar baş vermişdir. C-sinif alışmalar Yerə demək olar ki, təsir etməyən alışmalardır. 2916 (S18E14, Eks/beta) diskdə ən böyük oblast olaraq qalmışdır. Bu oblast ötən periodda əsasən sakit olmuş, qamma və delta konfiqrasiyanı itirmişdir. 2918 (N19E45, Dki/beta) oblastında bir neçə C sinif alışmalar, o cümlədən C2 alışması 26/0441 UTC də baş vemiş və ən böyük olmuşdur. Bu oblastda heç bir başqa dəyişiklik baş verməmişdir. Ötən periodda diskdə yeni 2920 (S17W31, Cro / beta) oblastı yaranmışdır. 26/1859 UTC-də bu oblastda C1 alışması baş vermişdir. Digər oblastlar sakit və stabil olmuşlar. Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır.Günəş aktivliyinin aşağı olacağı və çox böyük olmayan ehtimalla M sinif ((R1-R2; nəzərə alınmayan, zəif -radiosiqnalların pozulması) alışmaların olacağı gözlənilir.
Ötən sutka ərzində izolə olunmuş M alışmalar hesabına Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. Görünən diskdə doqquz ləkə qrupu müşahidə edilmişdir: NOAA/ SWPC 2918 (N20E52, Cro/beta) oblastı maqhit sahə baxımdan sadə, qeyri-aktiv olmuş və yeni yaranan qrupa aid edilmişdir. 2907 (S21W50, Eai/beta-gamma) oblastı bölünməyə davam etmişdir. Bu oblastda periodik olaraq C sinif alışmalar, həmçinin 22/1808 UTC-də C8/1n alışması olmuşdur. 2908 (S20W39, Dai/beta-gamma) oblastı qeyristabil olaraq qalmış, optik alışmaların və C sinif olmaqla 22/0706 UTC-də M1/1n alışmasının mənbəyi olmuşdur. 2909 (S21W26, Hsx/alpha) oblastı praktik olaraq dəyişməmiş, stabil qalmışdır. Koronoqrafda alınmış şəkillərində bu gün baş vermiş M1 alışması ilə əlaqələndirilə biləcək, Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır. Dünən baş vermiş C4 alışması ilə əlaqədar yaranmış CME -in analizi isə davam edir.
Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyəyə olmuşdur. Ötən period ərzində 2907 (S21W14, Dki/beta-gamma) oblastında bir neçə C1 alışmaları müşahidə olunmuşdur. 2908 (S21E02,Eai/beta) oblastı öz SE-NW oxu istəqamətdə dartılmış və bir neçə ləkənin və oblastların parçalanmasını nümayiş etdirmişdir. 2809 (S21E16, Cao/beta) oblastının sahəsi azalmışdır. 2910 (N13W53, Hrx/alpha) oblastı öz sahəsini bir az artırmışdır. 2906 (S29W45, Hrx/alpha) və 2911(N20E25, Hax/alpha) oblastları çoxda böyük olmayan ləkəyə malik olmuş və ötən period ərzində bu ləkələr parçalanmışlar.
Ötən sutka ərzində C alışmalar nəticəsində Günəş aktivliyi çox aşağı səviyyəyə düşmüşdür. C-sinif doğumlular Yerə demək olar ki, təsir etməyən doğumlulardır. Görünən diskdə beş ləkə qrupu müşahidə olunmuşdur. 2907 (S21E39, Dki/beta-gama) oblastı ötən birinci gün olarak artmış, sonra azalmışdır. Ləkə qrupu delta konfiqrasiyanı itirdiyi üçün maqnit sahəsinin dəyişməsi və aktivlik səviyyyəsi azalmışdır. Bu oblast əsas alışmaların mənbəyi olaraq qalmışdır. 2908 (S21E58, Dko/beta) oblastı genişlənmişdir. Lakin bu oblast aktiv olmamış. Yeni qeydə aldı NOAA/SWPC 2909 (S21E70,Dao|beta) oblastı ötən üç sutka ərzində stabil və qeyriaktiv olmuşdur. Günəşin şimal yarımkürəsində ləkələrin potensial artacağı ehtimal olunur. Koronoqraflarda bir neçə ensiz CME (Koronal kütleav – Tac külə atışları) müşahidə olunur ki, onların heç biri Yerə tərəf yönəlməmişdir.
12/2114 UTC-də baş verən C1/Sf alışması nəticəsində S20E80 oblastı yaxınliğikı sahənin böyüksinin səbəbindən günəş günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. NE və SE sektorlarında yeni ləkələr inkişaf etməyə aşıkdır. 2905 (S11E44, Cro/beta) oblastı yeni sıra nömrəsi aldıdır.Hazırda koronoqraflarda aleral şəkillərdə Yerə tərəf istiqamətlənmiş CME (Koronal Mass Ejections- Tac kütlə atışları) müşahidə edilməmişdir.Gözlənilirki, Günəş aktivliyi 13-15 dekabr tarixlərdə C alışmalar baş baş vermə ehtimalını nəzərə almaqla aşağı səviyyədə qalacaq, Günəşdən gələn zərrəciklər selinin energisi isə fon səviyyəsində olacaqdir. Cφφlar Yerin geomaqnit sahəsinə təsir edə bilmir.
Ötən üç sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2904 (S26, L = 083) oblastı piqmentasiyaya kimi parçalanmışdır. Hazırda koronoqraflarda alınmış şəkillərdə Yerə tərəf istiqamətlənmiş CME (Coronal Mass Ejections- Tac kütlə atışları) müşahidə edilməmişdir. Gözlənilirki, Günəş aktivliyi 11 dekabr 2021-ci tarixinədək aşağı səviyyədə qalacaq, Günəşdən gələn zərrəciklər selinin energisi fon səviyyəsində olacaqdır.