Bakı Dövlət Universitetində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 28 iyun 2018-ci il tarixdə saat 13.00-da əsas bina-111 saylı auditoriyada Həbibə Aslan qızı Şirinovanın “PP+Fe3O4 VƏ PVDF+Fe3O4 ƏSASLI POLIMER NANOKOMPOZITLƏRIN ALINMASI, QURULUŞU VƏ XASSƏLƏRI” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər!
Bakı Dövlət Universitetinin əməkdaşları - Səbinə Hüseynli, İlahə Həsənova və Fizika fakültəsinin doktorantı Ceyran Sultanova Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (JINR) təcrübədə olublar. Gənc alimlər elmi seminarlarda, o cümlədən nüvə texnologiyasının ayrı-ayrı elm sahələrinə təsiri və müasir qurğularının işləmə prinsipləri barədə müzakirələrdə iştirak ediblər. Təcrübə müddətində elmi əlaqələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, innovativ layihələrinin hazırlanması texnologiyaları barədə məlumatlar verilib. İştirakçılar elmi ideyalarını əks etdirən layihələrini təqdim etdikdən sonra sertifikatlara layiq görülüblər.
BDU nun rektoru akademik Abel MəhərrəmovYaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir və görüş zamanı rektor Azərbaycan-Yaponiya əlaqələrindən, BDU-da yapon dilinin tədrisindən, elmi əməkdaşlıq və təhsil məsələlərindən danışıldı. Görüş zamanı gələcəkdə birgə elmi əlaqələrin davam etdirilməsi, Kumamoto Universitetində və BDU arasında tələbə, magistr və doktorant mübadilə məsələləri müzakirə edilmişdir.
13 iyun 2018-ci il tarixində “Nanomaterialların kimyəvi fizikası” kafedrasının elmi seminarında “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dissertantı Şirinova Həbibə Aslan qızının 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “PP+Fe3O4 və PVDF+Fe3O4 ƏSASLI POLİMER NANOKOMPOZİTLƏRİN ALINMASI, QURULUŞU VƏ XASSƏLƏRİ” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilər. Fizika fakültəsi, 161 saylı auditoriya, saat 12:00.
08 iyun 2018-ci il tarixində Fizika fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Gündəlikdə yekun dövlət attestasiyası imtahanlarının nəticələrinin müzakirəsi, müsabiqələrin keçirilməsi kimi məsələlərə baxılmışdır. Elmi Şüranın sədri prof. M.Ə.Ramazanov iclası açaraq məlumat verdi ki, Nəzəri fizika kafedrasının professoru Sərhəddin Abdullayev Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilmiş və ona akademiyanın diplomu təqdim edilmişdir. Sədr və şüra üzvləri prof. S.Abdullayevi təntənəli şəkildə təbrik etdilər. Daha sonra gündəlikdə olan digər məsələlərə baxıldı. Müsabiqələrdə iştirak edənlər dinlənildi, hesablayıcı komissiya üzvləri seçildi. Gizli səsvermə yolu ilə namizədlərin müsabiqəsi keçirildi. Sonda hesablayıcı komissiyanın sədri nəticələri elan etdi. Elmi şüranın sədri prof. M.Ə.Ramazanov və şura üzvləri kafedra müdiri, dosent və müəllim vəzifələrinə seçilmiş namizədləri təbrik etdi. Bununla da iclas yekunlaşdı.
Keçən əsrin 70-ci illərindən başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – inteqrallaşma tendensiyası üstünlük təşkil etməyə başladı. Ayrıca bir elm sahəsinin inkişafı digər elmlərlə üzvi əlaqədə olmadan inkişafı çox çətindir. Ona görə də dünya alimləri apardığı tədqiqat işlərini digər elmlərlə əlaqəli inkişaf etdirir və elmin inkişafı artıq öz yerini innovasiya ilə təsdiqləyir. Bu cür multidisçiplinar tədqiqatçılardan biri də indi 60 illik yubileyini qeyd etdiyimiz Fərhad müəllimdır.
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 31 may 2018-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Billurə Təvəkkül qızı Hacıyevanın “Xarici maqnit sahəsində neytrino-elektron qarşılıqlı təsir proseslərində asimmetriyalar” mövzusunda, “2212.01 – “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.
| Ətraflı
24-25 may 2018-ci il tarixində Bakı Dövlət Universitetində Təhsil Nazirliyi və STAR-NET-in birgə təşkilatçılığı ilə magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Konfransda 118 məruzə ilə100-dan cox magistrant və gənc tədqiqatçı çıxış etmişdir. Iştirakçılar Rusiyanın Tomsk Politexnik Universitetinin, Ukraynanın Odessa Milli Politexnik Universitetinin, Turkiyənin Sakarya Universitetinin, Bakı Dövlət Universitetinin, AMEA-nın Fizika institutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Mühəndislik Universitetinin, Xəzər Universitetinin, Şamaxi Astrofizika rəsədxanasının və s. magistrantları və doktorantları idilər. Plenar iclasdan sonra konfrans işini “Nəzəri fizika və astrofizika”, “Bərk cisimlər və yarımkeçiricilər”, “Fiziki elektronika”, “Biofizika və molekulyar fizika”, Nanomateriallar və nanotexnologiyalar”, Fizikanın tədrisi üsiulları” bölməsində davam etdirilmiş və ümumilikdə 116 məruzə dinlənilmişdir. Konfransın sonunda xüsusi çəkisi olan məqalələri rəyə göndərildikdən sonra seçib WEB OF Science təqdim edilməsi qərara alındı.
Bakı Dövlət Universitetinin böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Turnir qaliblərindən biri Fizika fakültəsinin dekanı prof. Ramazanov Məhəmmədəli Əhməd oğludur. Fakültə adından onu təbrik edir və yeni uğurlar arzu edirik.
Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Məhərrəmova Güllər, Quliyeva Gülşən və Hüseynsoy Rahid apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar 24.05.2018 tarixinə təyin edilib.
Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Həsənova Mətanət, Novruzova Günay və Dadaşova Nərminə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Sonda müəllim-tələbə heyətinin sualları cavablandırılıb. Növbəti seminar 24.05.2018 tarixinə təyin edilib. Arzu edənlər iştirak edə bilərlər.
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 15 may 2018-ci il tarixdə saat 16.00-da 437 saylı auditoriyada Aynur İxtiyar qızı Həşimovanın "Ge-Si yarımkeçirici binar bərk məhlulların kristallaşma cəbhəsində ifrat soyumanın aradan qaldırılması" mövzusunda “2211.01 – Bərk cismlər fizikası” ixtisasında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.
Bakı Dövlət Universitetdə fizika fakültəsinin müəllim-tələbə heyətinin iştirakı ilə “Mənim elmdə ilk addımlarım” adlı III Respublika elmi konfransı keçirilib. BDU-nun Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasında giriş sözü ilə çıxış edən Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə son illər təhsil sahəsində çoxsaylı dövlət proqramlarının qəbul edildiyini, universitet alimlərinin həmin proqramlarda uğurla təmsil olunduqlarını bildirib. Fizika fakültəsinin müəllim-tələbə heyətinin elmi uğurları barədə məlumat verən dekan, professor Məhəmmədəli Ramazanov fakültədə mütəmadi olaraq üç istiqamətdə - professor-müəllim, magistr və bakalavr səviyyəsi üzrə təhsil alan tələbələr üçün seminarlar təşkil edildiyini söyləyib. Konfransa 50-dək məruzənin təqdim edildiyini vurğulayan dekan hər bir iştirakçıya uğurlar arzulayıb. Plenar iclasda BDU-nun Fizika fakültəsinin tələbələri – Dilarə Piriyeva və Rəvanə Sadıxlının məruzələri dinlənildikdən sonra konfrans işini üç bölmədə davam etdirib.
"MƏNİM ELMDƏ İLK ADDIMLARIM" tələbələrin III respublika elmi konfransının açılış mərasimi 4 may 11:00-da 437-ci auditoriyada keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilər.
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 15 may 2018-ci il tarixdə saat 14.00-da 437 saylı auditoriyada Gülnara Əhməd qızı Haqverdiyevanın "Bioloji aktiv molekulların təsir mezanizminin konformasiya-elektron aspektləri" mövzusunda “2206.01 – Molekulyar fizika” ixtisasında fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.
30 aprel – 2 may 2018-ci il tarixində Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin 95-illik yubileyi münasibətilə Respublika tələbələrinin elmi-texniki konfransı keçirilmişdir. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bir qrup tələbəsi həmin konfransda uğurla iştirak etmişlər. II kurs Fz ing 06-cı qrupun tələbəsi Dilarə Piriyeva I dərəcəli, Fz121-ci qrup tələbəsi Muhamedova Jalə II dərəcəli, II kurs Fzing06-cı qrupun tələbəsi Yusifova Simuzər və IV kurs tələbəsi Güləhmədov Orxan xüsusi diplomla mükafatlandırılmışlar. Fizika fakültəsinin dekanlığı qeyd olunan tələbələri təbrik edir və yeni uğurlar arzulayır.
Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Mürsəliyeva Xədicə, Məmmədli Gülçin, Məmmədli Jalə, Növbəti seminar 10.05.2018 tarixinə təyin edilib. Atakişiyeva Jalə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.
Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova Fəxri fərmanla təltif olunub.
Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun direktor müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) şöbə müdiri Anar Rüstəmov Rusiya Federsiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) elmi səfərdədir. Səfərin məqsədi BNTİ – nin NICA (Nuclotron-based Ion Collider fAсility ) megaproyektinin ilk kolaborasiya toplantısında iştirak etmək, proyektin qarşısında duran fiziki problemləri müzakirə etməkdir.
Qeyd edək ki, NICA kompleksindən başqa, oxşar tədqiqatlar CERNin Super Proton Sinxrotronu, Almaniyanın FAIR mərkəzi və Amerika Birləşmiş Ştatlarının RHIC kollayderində yerinə yetirilir. BDU və MNTM bu mərkəzlərin hər biri ilə əməkdaşlıq edir. Artıq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universiteti və FAIR arasında anlaşma memorandumu imzalanmışdır. Azərbaycan Respublikasının bu cür beynəlxalq layihələrdə iştirakı yüksək texnologiyaların, müasir cihazların, informasiya texnologiyaları sahəsidə innovativ üsulların vətənimizndə inkişafına və tətbiginə təkan verəcəkdir və yüksək kvalifikasiyalı kənc kadrların yetişməsinə şərait yaradacaqdər.