Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib.Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Quliyeva Aydan, Məmmədova Kəbirə, İsmayılova Şəlalə və Rəciyeva Ülviyyə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar 26.04.2018 tarixinə təyin edilib.
Bakı Dövlət Universitetinin Fizika fakültəsində İtaliyanın Pavia Universitetinin professoru, İNFN-nın üzvü (Italian Institute for Nuclear Physics) Lorenzo Makkonen ilə görüş olub. Görüşdə universitetlərarası əlaqələrin əhəmiyyəti, o cümlədən birgə layihələrin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Bakı Dövlət Universiteti Nanoaraşdırmalar mərkəzində 05 Aprel 2018-ci il saat 10:00-da İtaliyanın Pavia Universitetinin professoru Lorenzo Maccone "Kvant Mexanikasının müasir aspektləri" mövzusunda Elmi seminarı keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilərlər.
Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib.Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Əhmədova Elnarə, Muradova Yeganə, Hacıyeva Nabat, Məmmədova Gülnar, Rzazadə Aytəkin apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar 12.04.2018 tarixinə təyin edilib. Fakültənin magistrantları dəvətlidir.
Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Əsədova Şəbnəm, Eyvazlı Çinarə, Mikayılova Nəzrin, Quliyeva Səlimə və Baxşiyeva Gülnaz apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar 29.03.2018 tarixinə təyin edilib. Arzu edənlər iştirak edə bilər.
Fizika fakültəsinin növbəti elmi seminarı 3 mart 2018-ci il tarixində 437 saylı auditoriyada keçirilmişdir. Seminarda 2211.01. – “Bərk cisim fizikası” ixtisası ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini аlmaq üçün, Həşimova Aynur İxtiyar qızı “Ge-Si yarımkeçirici binar bərk məhlulların kristallaşma cəbhəsində ifrat soyumanın aradan qaldırılması” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə seminar iştirakçılarının marağına səbəb olmuşdur.
Fizika fakültəsinin növbəti elmi seminarı 3 mart saat 1030 -da auditoriya 437-də keçiriləcəkdir. Seminarda 2211.01. – “Bərk cisim fizikası” ixtisası ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini аlmaq üçün, Həşimova Aynur İxtiyar qızı “Ge-Si yarımkeçirici binar bərk məhlulların kristallaşma cəbhəsində ifrat soyumanın aradan qaldırılması” mövzusunda məruzə edəcəkdir. Arzu edən bütün müəllim və tələbələr seminarda iştirak etməyə dəvət olunurlar.
Sizi fevral ayının 19-dan 28-dək elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş onlayn seminarlarımızda iştirak etməyə dəvət edirik. İnformasiya resurslarının hansı funksiyaları məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində sizə faydalı ola bilər? Öz sahəmdə ən münasib və nüfuzlu nəşrləri necə tapa bilərəm? Beynəlxalq jurnalda nəşr olunma prosesi necədir? Elmi məqalələrə olan tələblər hansılardır? Yırtıcı jurnallarda nəşr olunmaqda necə qorunmaq olar? Bir elmi təşkilatın bütün nəşrlərini necə tapa bilərəm? Elmi təşkilatın nəşriyyat fəaliyyətini qiymətləndirmək və onun effektivliyini analoji təşkilatlar ilə necə müqayisə etmək olar? Seminar boyu bu və bir çox digər aktual mövzulara toxunacağıq və Sizi maraqlandıran suallara cavab verəcəyik!
| Ətraflı
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 22 fevral 2018-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Aidə Baba qızı Əhmədovanın “PP+Ti və PVDF+Ti əsasında alınmış polimer nanokompozitlərin quruluşu və xassələri” mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.
Fizika fakültəsinin növbəti elmi seminarı 8 fevral 2018-ci il tarixində 437 saylı auditoriyada keçirilmişdir. Seminarda 2206.01 – Molekulyar fizika” ixtisası üzrə doktorluq elmi dərəcəsi almaq üçün Gülnara Əhməd qızı Haqverdiyevanın “BİOLOJİ AKTİV MOLEKULLARIN TƏSİR MEXANİZMİNİN KONFORMASİYA-ELEKTRON ASPEKTLƏRİ” mövzusunda məruzə ilə çıxış etmişdir.
Bakı Dövlət Universitetinin fizika fakültəsinin Elmi Seminarında 8 fevral 2018-ci il tarixdə saat 10.30-da 437 saylı auditoriyada Gülnara Əhməd qızı Haqverdiyevanın "BİOLOJİ AKTİV MOLEKULLARIN TƏSİR MEXANİZMİNİN KONFORMASİYA-ELEKTRON ASPEKTLƏRİ" mövzusunda “2206.01 – Molekulyar fizika” ixtisası üzrə doktorluq elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilərlər.
Bakı Dövlət Universitetində bu ali təhsil ocağı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib.
Memorandumda elmi əməkdaşlığı gücləndirmək, texnoloji yenilik, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq, ixtisaslaşdırılmış seminarlar, simpoziumlar və digər elmi görüşlərin təşkili, birgə tədqiqat layihələri, mübadilə tədbirləri, professor-müəllim heyəti və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.
Almaniyanın Höte adına Frankfurt Universitetinin professor , HADES təcrübəsinin sədri, Prof. Dr. Joachim Stroth Bakı Dövlət Universitetinin Fizika fakültəsində elmi məruzə edib. Fakültə müəllim və tələbələrinin iştirak etdiyi görüşdə “Adronmateriyasının virtual fotonlarla tədqiqi” mövzusunda çıxış edən məruzəçi müasir nüvə fizikasının fundamental problemləri, onların HADES təcrübəsində öyrənilməsi və alınmış nəticələr, elementar proton-proton, eləcədə proton-Nüvə və Nüvə-Nüvə toqquşmalarında alınmış nəticələrin əlaqələri və onların müqayisəli təhlili barədə ətraflı danışıb. Alim “Ağır İonların Elmi Tədqiqatları Mərkəzi”nin gələcək planları və genişləndirilməkdə olan sürətləndirici kompleksindən, FAİR proyektindən bəhsedib.
Sonda məruzəçi mövzu haqqında sualları cavablandırıb.
Bakı Dövlət Universiteti davamlı olaraq beynəlxalq konfranslar, simpoziumlar təşkil edir, Azərbaycan elmini dünya müstəvisində layiqincə təmsil edir, dünya elminə inteqrasiyanı gücləndirmək və BDU-nun 100 illik yubileyini layiqincə qarşılamaq məqsədi ilə yeni beynəlxalq səviyyəli elmi jurnalların nəşrinə xüsusi diqqət yetirir.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun baş redaktoru olduğu New Materials, Compounds and Applications (Yeni materiallar, birləşmələr və tətbiqləri) və Low Dimensional Systems jurnallarının ilk sayı çapdan çıxıb. New Materials, Compounds and Applications jurnalı Jomard Publishing nəşriyyaytı, Low Dimensional Systems jurnalı isə Bakı Dövlət Universiteti tərəfindən təsis edilib. Jurnalın redaksiya heyətinə dünyanın inkişaf etmiş 15-dən çox ölkəsini təmsil edən tanınmış alimlər daxildir. Jurnalın ilk nömrəsi Bakı Dövlət Universitetinin qarşıdan gələn 100 illik yubileyinə həsr edilib. Redaksiya heyətinin tərkibi, çap edilmiş məqalələrin coğrafiyası və elmi səviyyəsi jurnalların tezliklə dünya elmi mühiti tərəfindən qəbul ediləcəyinə və elmi indeksləmə bazalarına daxil olacağına əsas verir.
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 8 yanvar 2018-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Anar Canməmməd oğlu Rüstəmovun “Müxtəlif Nüvələrin 1 GeV - 157 GeV Kinetik Enerji İntervalında Toqquşma Proseslərində Yaranmış Adronların Spektrləri və Kimyəvi Fluktuasiyaları” mövzusunda, 2207.01 – “Atom və Nüvə fizikası” ixtisası üzrə fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 21 dekabr 2017-ci il tarixdə saat 14.00-da əsas bina-437 saylı auditoriyada Rəfiqə Zabil qızı Mehdiyevanın “Влияние температуры, давления и радиации на структуру и электрофизические свойства сегнетоэлектрических оксидов со структурами типа перовскита и тетрагональной калиево – вольфрамовой бронзы” mövzusunda, 2223.01 – “Kristalloqrafiya. Kristallar fizikası”, 2211.01 – “Bərk cisim fizikası” ixtisasları üzrə fizika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.
BDU-nun Fizika fükltəsinin Elmi Şurasının iclasını giriş sözü ilə açan dekan, professor MəhəmmədəliRamazanov gündəlikdə olan məsələlər barədə məlumat verib.Dekan gündəliyə fakültə əməkdaşları tərəfindən 2017-ci il ərzində həyata keçirilən elmi-tədqiqat işlərinin hesabatının və cari məsələlərin daxil edildiyiniqeyd edib. Daha sonra doktoranturanın fəlsəfə doktoru və elmlər doktoru pillələrində təhsil alan doktorantların cari ildəki fəaliyyətləri barədə hesabatları dinlənilib və onların növbəti kursa keçirilmələribarədə qərar qəbul edilib. İclas digər cari məsələlərin müzakirəsi ilə başa çatıb.
| Ətraflı