Home Aze Ru Eng

Xəbərlər

HEYDƏR ƏLİYEV – Dövlət necə qurulur!
06/05/2020

“Müstəqilliyi əldə etmək nə qədər asandırsa, onu qoruyub saxlamaq o qədər də çətindir”. Heydər Əliyev!


| Ətraflı


E L A N
05/05/2020

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin təşkilatçılığı ilə12-13 may 2020-ci il tarixlərində Ümummilli Lider Heydər Əliyevinanadan olmasının 97-ci ildönümünə həsr olunmuş “GƏLƏCƏYİN ALİMLƏRİ” MÖVZUSUNDA TƏLƏBƏLƏRİN V RESPUBLİKA VİRTUAL ELMİ KONFRANSI keçiriləcəkdir. Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır. Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin 10 may 2020-ci il saat 17:00-dək  [email protected] ünvanına müraciət etməsi xahiş olunur.


| Ətraflı


BDU Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyəti fəaliyyətini onlayn formada davam etdirir
29/04/2020

29 aprel 2020-ci il tarixində Fizika Fakültəsi TEC-nin ilk dəfə onlayn seminarı keçirildi. Seminarda fakültə  müəllimləri, TEC üzvləri, tələbələr iştirak etdilər. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Bakı Dövlət Universitetinin Fizika fakültəsi Tələbə Elmi Cəmiyyəti də tələbələrin ənənəvi "Fizika bugün" adlı elmi seminarlarının məsafədən idarə olunmaqla həyata keçirilməsinə  başlanılmışdır. Onlayn seminarlar Microsoft Teams platforması üzərindən məsafədən təşkil edilir və daha geniş kontingenti əhatə edir. Sonra 2-ci kurs, Fzm 157 qr.  tələbəsi Kərimzadə Gülnaz  “Nikola Teslanın ortaya çıxmamış kəşfləri”  mövzusunda, Yarımkeçiricilər fizikası kafedrasınım 1-ci kurs magistrantı İbrahimova Aynur “Azərbaycan mütəfəkkirlərinin fiziki-fəlsəfi dünya görüşləri” mövzularında məruzələr  etdilər. Sonda Arif müəllim belə seminarların  davamlı olaraq keçiriləcəyini dedi və tələbələrin fəal olmasını xahiş etdi.

| Ətraflı


Bəşəriyyətin Koronavirus (COVİD-19) düşməni
12/04/2020

Qədimdə  insanlar ruhların və tanrıların qəzəbinə layiqlilərin  xəstəliklərə və ölümə məhkum olunduqlarına inanırdılar, bu da epidemiyalar zamanı onların fəaliyyətini, bir-birinə yardımı məhdudlaşdırırdı.  İnsanlığa sığmayan, elmi əsası olmayan  bu cür qavrayış çox vaxt milyonlarla insanların məhv olmasına gətirib çıxarırdı. Bizim eramızda epidemyaların tarixinə nəzər salsaq  görərik ki, çox sayda  insanın qırılmasının əsas səbəbi hər şeydən əvvəl tibb elminin inkişaf etməməsi, insanların fəaliyyətsizliyi, mübarizə üsulları haqqında təsəvvürlərin  olmaması və viruslar haqqında elmi əsaslandırılmış məlumatların qıtlığı ilə əlaqədardır...

| Ətraflı


Hörmətli Akademik Bəhram Mehralı oğlu Əsgərovun əziz xatirəsinə...
10/03/2020

Artıq altı ildir ki, Bəhram müəllim aramızda yoxdur. Bakı Dövlət Universitetinin "Bərk cisimlər fizikası" kafed­ra­sı­nın müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Mehralı oğlu Əsgərovun 2014-cü il mart ayının 12-də dünyasını dəyişmişdir. Akademik B.M.Əsgərovun elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymət­ləndirilmişdir.  O, 1974-cü ildə elm-texnika sahəsi üzrə Azərbaycan Dövlət Mükafatına, 2000-ci ildə Əməkdar Elm xadimi  fəxri adına layiq görülmüş, 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. B.M.Əsgərov 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, bərk cisimlər nəzəriyyəsinə böyük töhfələr vermiş və Azərbaycanda Bərk cisimlər fizikası sahəsində böyük elmi məktəbin yaradıcısı, elmin və ali təhsilin böyük təşkilatçısı kimi tanınmış alim olmuşdur...

 

| Ətraflı


Milli Elmler Akademiyasında gənc tədqiqatçıların və tələbələrin ikinci beynəlxalq elmi konfransı keçirilmişdir
06/03/2020

3-6 mart 2020-ci il tarixində Azərbaycan Milli Elmler Akademiyasının yaranmasının 75-ci il dönümünə həsr olunmuş, gənc tədqiqatçıların və tələbələrin ikinci beynəlxalq elmi konfransı keçirilmişdir. "Fundamental və tədbiqi elmlərin modern problemlərinin həllində multidissiplinar yanaşma" adlı konfrans SOCAR-ın dəstəyi ilə, AMEA Gənc Alim və Mütəxəssislər şurası tərəfindən təşkil olunmuşdur. Bakı Dövlət Universiteninin Fizika fakültəsi, Nanomaterialların kimyəvi fizikası kaferdasının əməkdaşı f.ü.f.d.H.A.Şirinova, həmin kafedranın II kurs magistrantı  N.A.Hüseynzadə və fakültənin III kurs tələbəsi S.H.Fərziyeva beynelxalq konfransın Nanotexnologiya və materialşünaslıq bölməsində məruzə ilə çıxış etmiş, dinləyicilərin çoxsaylı suallarını cavablandırmışlar.

| Ətraflı


Fizika fakültəsinin Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilmişdir
02/03/2020

28 fevral 2020-ci il tarixdə Fizika fakültəsinin Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilmişdir. İclasın gündəliyinə ötən iki il ərzində Həmkarlar Təşkilatının fəaliyyəti barədə hesabat və təşkilatın yeni büro üzvlərinin seçilməsi daxil edilmişdir. İclasın sədri dekan prof. Məhəmmədəli Ramazanov və katib Donora Məmmədova seçilmişlər. İclası sədri, fakültə dekanı prof. Məhəmmədəli Ramazanov hesabat məruzəsi ilə çıxış etmək üçün sözü fakültə Həmkarlar Təşkilatının sədri Ənnağı Məhəmmədova  vermişdir. Məruzəçi hesabat dövründə fakültə Həmkarlar Təşkilatının fəaliyyəti barədə məlumat vermişdir. Məruzə ətrafında çıxış edənlər Həmkarlar Təşkilatının hesabat dövrü üçün fəaliyyətin qənaətbəxş qiymətləndirməklə yanaşı, bir sıra iradlarını və təkliflərini bildirmişlər. Məruzə səsə qoyularaq qəbul edilmişdir. İclas iştirakçılarının səsverməsi ilə Həmkarlar Təşkilatının hesabatı qənaətbəxş hesab olunmuşdur. Bundan sonra fakültənin Həmkarlar Təşkilatının bürosuna yeni üzvlərin seçkisi həyata keçirilmişdir.  Namizədliyi irəli sürülən şəxslər səsvermə ilə büroya seçilmişlər. Bununla iclas başa çatmışdır.

| Ətraflı


BDU-da milli-mənəvi dəyərlər müzakirə olunub
28/02/2020

Bakı Dövlət Universitetində (BDU) Sosial Elmlər və Psixologiya ilə Fizika fakültəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirilib. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimində Prezident cənab İlham Əliyevin əhatəli və təsirli təbrik nitqinin Universitet üçün fəaliyyət proqramı olduğunu diqqətə çatdırıb. Dəyirmi masada iştirak edən professorlar Əziz Məmmədov, Ləzifə Qasımova, Məcid İsmixanov Azərbaycan xalqına məxsus dini, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Məruzələrdən sonra tələbələrin iştirakı ilə keçən dialoq-müzakirədə suallar ətrafında fikir mübadiləsi aparılıb.

| Ətraflı


Fizika fakültəsində Fizika bu gün adlı seminar keçirilib
28/02/2020
28 fevral 2020-ci ildə Fizika fakültəsi, Tələbə Elmi Cəmiyyətinin "Fizika bugün" adlı seminarı keçirildi. Seminarda TEC-in elmi rəhbəri Arif Orucov, dekan müavini Şəhla xanım, fakültə müəllimləri,elmi cəmiyyətin üzvləri və tələbələr iştirak etdi. Seminarda II kurs magistr tələbəsi Güləhmədov Orxan "Triboelectric nanogenerator", III kurs tələbəsi Əsgərova Bənövşə və II kurs tələbəsi Səttarzadə Fidan isə "Ayın evalivasiyası" mövzularında çıxış etdilər. Hər çıxışın sonunda suallara cavab verildi və maraqlı müzakirələr aparıldı.Seminar iştirakçıların marağına səbəb oldu.

| Ətraflı


Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir
17/02/2020

17 fevral 2020-ci il tarixdə Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclasın gündəliyinə qış imtahan sessiyasının nəticələri barədə hesabatı, dövlət proqramı üzrə fəlsəfə doktoru hazırlığı ilə doktorantların hesabatı və cari məsələlər daxil edilmişdi. Elmi Şura üzvlərinin səsverməsi ilə fakültənin hesabatı qənaətbəxş hesab olunmuşdur. Dövlət proqramı üzrə elmlər doktoru hazırlığı çərçivəsində “Nanomaterialların kimyəvi fizikası” kafredrasının doktorantı Hicran İbrahimova, fəlsəfə doktoru hazırlığı çərçivəsində “Astrofizika” kafedrasınım doktorantı Sevinc Rəcəbova, “Yarımkeçiricilər fizikası” kafedrasının doktorantları Behbud İbrahimov və Fidan Əhmədova, “Nanomaterialların kimyəvi fizikası” kafredrasının doktorantları Almara Rəhimli və Sevinc Məmmədyarova, “Maddə quruluşu” kafedrasının doktorantı Sənubər Bağırova, “Optika və molekulyar fizika” kafedrasının doktorantı Günel Səfərli, “Nəzəri fizika” kafedrasının doktorantı Şahnaz Tağıyeva, “Bərk cisimlər fizikası” kafedrasının doktorantı Əsmər Əhmədova ötən bir il ərzində dissertasiya mövzusu üzrə görülmüş işlər, həmin işlərin nəticələrinin nəşri barədə məlumat verdilər. Hesabatlar Elmi Şura üzvləri tərəfindən müsbət qiymətləndirildi və doktorant və dissertantlar attestasiyadan keçmiş hesab olundular. Cari məsələlərə baxıldıqdan sonra Elmi Şuranın iclası başa çatmışdır.

| Ətraflı


BDU-də Astrofizika kafedrasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə növbəti ASTROSEMİNARı keçirilib
07/02/2020

29-yanvar 2020-ci ildə Bakı Dövlət Universitetində (BDU),  Astrofizika kafedrasının AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə birgə növbəti "ASTROSEMİNAR"ı keçirilib. F-r.ü.f.d., dos.Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu və məruzəçi haqqında məlumat verib. Sonra ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f-r.ü.f.d., dos. Canməmməd Rüstəmov “Massiv ulduzların təkamül xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Seminarda massiv ulduzlarda kimyəvi təkamülün  də kiçik  kütləli ulduzlardan fərqli ssenari üzrə getdiyi diqqətə çatdırılıb. Son illər bəzi massiv ulduzlarda aşkar edilən kimyəvi anomallığı izah etmək nəzəri tədqiqatlarda  xeyli çətinliklərlə üzləşdiyini qeyd edilib. Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

| Ətraflı


Fizika fakültəsi TEC-in təşkilatçılığı ilə tələbələr arasında Çaturanqa adlı şahmat turniri keçirilib
20/12/2019

9-20 dekabr 2019-cu il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə tələbələr arasında "Çaturanqa" adlı şahmat turniri keçirildi. Ümumilikdə 32 nəfərin qatıldığı yarış 4 turdan ibarət idi. Final turunda birinci yerə II kurs tələbəsi Nəsrullazadə Hamiz, ikinci yerə II kurs magistr Quluzadə Hüseyn və üçüncü yerə III kurs tələbəsi Xəlilli Gülməmməd çıxdı. 27 dekabr tarixində mükafatlandırma mərasimi keçirildi. Tədbirdə Fizika fakültəsinin dekanı Ramazanov Məhəmmədəli çıxış edərək təşkilatçılığa görə təşəkkürünü bildirərək qalib gələn tələbələri təbrik etdi. Daha sonra Fizika fakültəsi TEC elmi rəhbəri Arif Orucov çıxış etdi. Qaliblər təşəkkürnamə və müxtəlif hədiyyələrlə mükafatlandırıldı.

| Ətraflı


BDU-da Fizika fakültəsində Elmi Şuranın növbəti iclası keçirilmişdir
17/12/2019

16 dekabr 2019-cu il tarixdə Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. İclası giriş sözü ilə açan dekan prof. M.Ə.Ramazanov BDU-100 illik yubileyi münasibətilə Elmi Şuranın üzvlərini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Fizika fakültəsinin Elmi hesabatı  Şura üzvləri tərəfindən qənaətbəxş qiymətləndirilmişdir. Sonda cari məsələlər müzakirə edilmişdir. Bununla da Elmi Şuranın iclası başa çatmışdır.

| Ətraflı


BDU-da AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə ASTROSEMİNAR keçirilib
04/12/2019

28 noyabr 2019-cu il tarixində Bakı Dövlət Universitetində AMEA Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə birgə ilk ASTROSEMİNAR-ı keçirilib. Astrofizika kafedrasının müdiri vəzifəsini icra edən f.r.e.n.,dos. Kəmalə Alışeva seminarı acaraq bildirib ki, AMEA ŞAR-da BDU –nun Astrofizika kafedrasının filialının fəaliyyətinin stimullaşdırılması məqsədi ilə ASTROSEMİNAR-ın ayda bir yığıncağının  BDU-da keçirilməsi nəzərdə tutulub. İlk seminarın Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsinə düşməsini əlamətdar bir hadısə olduğunu vuruqlayaraq, o, iştirakçıları bu bayram münasibətilə təbrik etdi. Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı.

| Ətraflı


Konfrans otağında Beynəlxalq Seminar keçirilmişdir
25/11/2019

25 noyabr 2019-cu il tarixində Fizika fakültəsinin onlayn konfrans zalında Qara Dəniz Universitetlər şəbəkəsinin baş katibi prof. Eden Mamut, Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının əməkdaşlarının, Optika və molekulyar fizika kafedrasının əməkdaşlarının, Fizika Problemləri İnstitutunun əməkdaşlarının və Rumıniyanın Ovidus universitetinin Xərçəng tədqiqatlar mərkəzinin əməkdaşlarının onlayn iştirakı ilə birgə seminarı keçirilmişdir.Məruzələr ətrafında geniş müzakirələr oldu və birgə əməkdaşlığın konturları razılaşdırıldı.

| Ətraflı


Yeni uğur
20/11/2019

19 noyabr 2019-cu il tarixində Avropa İttifaqının (Aİ) “Erasmus+” Ali təhsil-beynəlxalq potensialın əlaqələndirilməsi mərkəzi tərəfindən bu il qalib elan olunan  “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi, İTACA” adlı qrant layihəsinin başlanması münasibəti ilə layihədə iştirak edən Avropa və Azərbaycan tərəfdən layihənin yerinə yetirilməsində məsul olan tərəfdaşların onlayn konfrasları oldu. Konfransin işində İtaliyanın La Sapienza Universitetindən layihənin kordinatoru Luca Di Palma, Danimarkanın Aalotg Universitetindən prof. Cristiano Varrone, İspaniyanın Granada Universitetindən prof.Jesus Gonzalez-Lopez, Yunanıstanın Patras Universitetindən prof. Petros Koutsoukos, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH” şirkətindən Dr. Horst Niebelschütz,  Azərbaycan tərəfdən Bakı Dövlət Universitetindən prof Məhəmmədəli Ramazanov, dosent İsmət Əhmədov və dosent Flora Hacıyeva,  Bakı Mühəndislik Universitetindən Pərviz Həsənov, Etibar Qəhrəmanov,  Bakı Ali Neft Məktəbindən Rima Quliyeva və Nərgiz Tarverdiyev,  Azərbaycan Memarlıq və İnşaat Universitetindən Fərhad Əliyev,, “Azecolab” şirkətindən Bəhruz Suleymanov, Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutundan prof. Fərda İmanov və Ceyhunə Məmmədova iştirak edirdi. Qeyd etmək lazımdır ki, Layihənin ümumi büdcəsi 956987,00 avrodur.

| Ətraflı


Parlaq zəka viktorinası yekunlaşdırılmışdır
01/11/2019

1 noyabr 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Fizika fakültəsi, Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən "Parlaq zəka" viktorinasının mükafatlandırılması mərhələsi baş tutdu. Tədbirdə fakültə dekanı professor Məhəmmədəli Ramazanov, fakültə TEC elmi rəhbəri dosent Arif Orucov, dekanlığın əməkdaşları, fakültə müəllimləri və yarışma qalibləri iştirak etdi. Sonra M.Ramazanov I yer qaliblərini diplom və hədiyyələrlə, II və III yer qaliblərini sertifikat və hədiyyələrlə, təşkilat komitəsinin üzvləri isə tərifnamə ilə təltif etdi.Layihə rəhbəri Orxan Güləhmədov və təşkilat komitəsinin üzvləri yarışmanın təşkilində köməyi üçün TEC elmi rəhbəri Arif Orucova fəxri fərman təqdim etdilər.

| Ətraflı


Parlaq zəka viktorinası yekunlaşdırılmışdır
26/10/2019

26 oktyabr 2019-cu il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən BDU-nun 100 illiyinə həsr edilmiş "Parlaq zəka" viktorinasının final turu baş tutdu. Ümumilikdə 36 nəfərdən ibarət 7 finalist komanda arasında qızğın mübarizə getdi. Yarışmanın sonunda hesab bərabər olduğu üçün III yer uğrunda 3 komanda yenidən mübarizə apardı. I yerə 9 doğru cavab ilə Da Vinçi, II yerə 8 doğru cavab ilə Kript10, III yerə isə 7 doğru cavab ilə Viva la Vida komandası çıxdı. Hər bir komandanı təbrik edirik. Digər komandalara isə gələcək yarışmalarda uğurlar arzulayırıq. Mükafatlandırma mərasimində yer tutan komandalar sertifikat və hədiyyələrlə təltif olunacaq.

| Ətraflı


Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir
22/10/2019

22 oktyabr 2019-cu il tarixində Fizika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir. Elmi Şuranın sədri, fakültə dekanı ptof. Məhəmmədəli Ramazanov iclası açaraq iclasda iştirak etdiklərinə görə BDU-nun Tədris-Metodiki Şurasının sədri akad. Vasif  Babazadəyə, həmin Şuranın üzvü prof. L.H.Qasımovaya və digər qonaqlara öz təşəkkürünü bildirdi. O iclasın gündəliyini Şura üzvlərinin diqqətinə çatdırdı. Tədris metodiki şuranın illik hesabatı haqqında prof. Ə.Abdinov ətraflı məlumat verdi.Elmi Şura üzvlərinin səsverməsi nəticəsində dos.R.Rəhimov yekdilliklə Fizika fakültəsi TMŞ-nin sədri vəzifəsinə təsdiq olundu.İkinci məsələ ilə bağlı prof. M.Ramazanov AMEA-nın illik hesabatına daxil edilmək üçün elmi nəticələrin siyahısını təqdim etdi və həmin siyahı səsvermə ilə qəbul edildi. Cari məsələlərlə də bağlı Elmi Şura müsbət qərar qəbul etdi. Bununla da Elmi Şuranın iclası başa çatdı.

| Ətraflı


TEC-nin təşkilatçılığı ilə BDU-nun 100 illiyinə həsr edilmiş Parlaq zəka viktorinasının birinci turu keçirilmişdir
21/10/2019

19 oktyabr 2019-cu il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən BDU-nun 100 illiyinə həsr edilmiş "Parlaq zəka" viktorinasının birinci turu baş tutdu. Yığıncaqda müxtəlif Universitetlərin tələbələri iştirak etmişlər.  İki hissədən ibarət olan yarışda ümumlikdə 15 sual səsləndirildi. Birinci hissədə komandalara fizikaya aid 10 sual, ikinci hissədə isə dünya görüşünə aid 5 sual verildi. Qızğın mübarizə aparan, ümumilikdə 72 nəfərdən ibarət 12 komandadan yalnız 7-si ikinci tura keçə bildi. Qeyd edək ki, birinci yeri tutan komandaya kubok və diplom, ikinci və üçüncü yerləri tutan komandalara isə sertifikat və hədiyyələr veriləcək.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 |