Bakı Dövlət Universitetinin Fizika fakültəsinin professoru Sacidə Əbdülvahabova Azərbaycanın bir qrup nümayəndə heyəti tərkibində Londonda səfərdə olub. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun Azərbaycan Milli Fəaliyyət Planının yazılmasında Böyük Britaniyanın təcrübəsinin öyrənilməsi məqsədilə reallaşan səfər çərçivəsində çoxsaylı görüşlər təşkil edilib. Belə ki, nümayəndə heyəti Böyük Britaniya Xarici İşlər Nazirliyində, London İqtisadiyyat və Siyasi Elmlər Universitetində, Royal Birləşmiş Xidmətlər İnstitutunda, Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində və digər təşkilatlarda keçirilən görüşlərdə iştirak edib, təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparıb.
Iyunun 21-də Fizika fakültəsində növbəti elmi seminar keçirilib. Əvvəlcə dekan, professor Məhəmmədəli Ramazanov keçirilən seminarın mövzusu və əhəmiyyəti barədə məlumat verib. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Fizika” kafedrasının müdiri, dosent Cahangir Hüseynov “Ln-Sn-S(Se) (Ln-Pr,Gd,Er,Dy) sistem ərinti və birləşmələrində elektron, fonon prosesləri” mövzusunda məruzə ilə çıxış edib. Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, dinləyicilərin sualları cavablandırılıb.
Türkiyənin İstanbul şəhərində keçirilən 26-cı Beynəlxalq Tədqiqat Layihələri Olimpiadasında Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasında yerinə yetirilmiş Bakı Avropa Liseynin X R1 sinif şagirdi Fidan İbrahimovanın elmi tədqiqat layihəsi I yerə layiq görülüb. BDU-nun fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədovun rəhbərliyi ilə “Şoran torpaqlarda nanohissəciklərin bitkilərin inkişafına təsir effektləri” mövzusunda hazırlanan layihə təbiət elmləri bölməsinin Biologiya sahəsində təqdim edilən 79 namizəd içərisindən qalib hesab edilərək mükafatlandırılıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetində istedadlı şagirdlərin respublika və beynəlxalq olimpiadalara hazırlanması istiqamətində layihələr həyata keçirilir. Belə ki, 2008-ci ildən etibarən BDU-nun Nano Araşdırmalar laboratoriyasında istedadlı şagirdlərlə mütəmadi olaraq elmi tədqiqat layihələri hazırlanaraq beynəlxalq olimpiadalarda uğurlu nəticələr əldə edilir.
26 may 2017-ci il tarixdə BDU-nun Fizika fakültəsində magistrantların və gənc tədqiqatçıların «FİZİKA və ASTRONOMİYANIN PROBLEMLƏRİ» XIX RESPUBLİKA ELMİ KONFRANSI keçirilmişdir. Konfransın açılışı BDU-nun Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Konfransı giriş sözü ilə açan Fizika fakültəsinin dekanı prof. M.Ə.Ramazanov Fizika fakültəsinin əməkdaşlarının və gənc tədqiqatçıların elmi tədqiqat sahələrində əldə etdiyi uğuları diqqətə çatdırmış, son illərdə BDU-nun elmi nailiyyətlərində fakultənin çox önəmli paya malik olduğunu, bir çox göstəricilərə görə universitet üzrə qabaqcıl yer tutduğunu qeyd etmişdir. Daha sonra konfransda bölmələr üzrə 84 məruzə ilə 90-dan cox magistrant və gənc tədqiqatçı çıxış etmişdir. Konfranda Bakı Dövlət Universitetinin, AMEA-nın Fizika institutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantları və doktorantları məruzələrlə iştirak etmişlər.
25 may 2017-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri dosent Arif Orucov açıq elan edib və belə seminarların tələbələrin elmi dünya görüşünün inkişafındakı əhəmiyyətini qeyd edib. Sonra üçüncü kurs tələbəsi Cənnət Səmədov və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin birinci kurs tələbəsi Məmmədli Əli "Süni intellektin təkamülü", birinci kurs tələbəsi Piriyeva Dilarə "Fizikanın xəritəsi" və birinci kurs tələbəsi Rüstəmli Çiçək "Dünyanın fiziki mənzərəsi" mövzularında məruzələr ediblər. Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhərrəmov Məhəmməd, fakültənin müəllim və tələbələri iştirak etmişdir.
Seminar tədbir iştirakçılarının marağına səbəb olub.
Bakı Dövlət Universitetində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının Elmi Seminarında 25 may 2017-ci il tarixdə saat 13.00-da 111 saylı auditoriyada Nərmin Cəfər qızı Hüseynovanın “Mezon və barionların qarşılıqlı təsirinin AdS/KXD modellərində öyrənilməsi” mövzusunda, “2212.01 – “Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.
16.05.17-ci il tarixində magistrların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Ağayeva Aysel, Məmmədova Turanə, Məcnunova Fəridə, və Məmmədova Arzu apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
04 may 2017-ci il tarixində Bakı Dövlət Universitetində tələbələrin Fizikaya aid “Mənim elmdə ilk addımlarım” adlı II respublika elmi konfransı öz işinə başlayıb. Konfransı akademik Abel Məhərrəmovun adından BDU-nun Elm və innovasiyalar üzrə prorektoru AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açıq elan edərək çıxış etmişdir. Daha sonra Fizika Fakultəsinin dekanı professor Məhəmmədəli Ramazanov çıxış edərək istedadlı tələbələrin aşkar edilməsi və bu konfransın beynəlxalq müstəviyə çıxarılması istiqamətində öz tövsiyələrini vermişdir. Konfrans işini Fizika-1, Fizika-2, Fizika -3 bölmələrində davam etdirib. Konfransın materialları dərc edilmişdir...
02.05.17-ci il tarixində magistrların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Xuduyeva Hafizə, Hüseynova Şəfəq, Talıbova Aysel, Nadirova Gülnar, Əlizadə Lalə və Cəlilli Ümidə apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
20-22 aprel 2017-ci iltarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya), STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığıRegional şəbəkə (Avstriya) və Roma Sapienza Universitetinin (İtaliya) birgə təçkilatçılığı ilə Bakı Dövlət Universitetində “FİZİKAYA MÜASİR BAXIŞ” (“Modern Trends in Physics”) adlı Beynəlxalq Elmi konfrans keçirilmişdir.
20 Aprel 2017-ci il tarixində Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” (“Modern Trends in Physics”) adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkəsi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasını BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq onun işinə uğurlar arzulayıb. Sonra konfrans işini Nanotexnologiyalar və materialşünaslıq, Opto-nano elektronika, Nəzəri, riyazi və yüksək enerjilər fizikası, Biologi və tibbi fizika, Kondensləşmiş mühitlər fizikası, Astrofizika bölmələrində davam etdirib. İki gün davam edəcək konfransda 130-dək məruzə dinləniləcək.
18.04.17-ci il tarixində magistrların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi.Seminarda Fizika fakültəsinin II kurs magistrantları Cavadova Natəvan, Huseynova Sona, Rəsulova Tünzalə və Bəhmənova Aygün apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
2016-cı ildə təhsilini bitirmiş Bakalavr və Magistrantların diplomları hazırdır. Diplomların verilmə vaxtı həftənin I-V -ci günləri saat 11:00-dan 16:00-dəkdir. Qeyd edək ki, 13:00-dan 14:00-dək nahar fasiləsidir. DEKANLIQ!!!
Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının 2016-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasdan öncə Bakı Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlıq və BDU-nun astrofizika kafedrasının rəsədxanada filialının yaradılması barədə müqavilə imzalanıb.
İclasda elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü A.Kazımzadə BDU-nun 2016-cı il üçün elmi hesabatını təqdim etmişdir. Hesabatdan sonra xüsusilə fərqlənmiş fakültə, kafedra və alimlər mükafatlandırılmışlr. 2016-cı ildə elmi-tədqiqat işlərində uğurlu nəticələr əldə etdiyinə görə Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrası Bakı Dövlət Universiteti üzrə “İlin kafedrası” adına layiq görülmüşdür.
04.04.17-ci il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Məstəliyeva Günay və Hüseynova Elnurə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
Fizika fakültəsinin növbəti elmi seminarı 01 Aprel 2017-ci il tarixində keçirilmişdir. Seminarda Naxçıvan Dövlət Universitetinin doktorantı Billurə Təvəkkül qızı Hacıyeva "XARİCİ MAQNİT SAHƏSİNDƏ NEYTRİNO-ELEKTRON QARŞILIQLI TƏSİR PROSESLƏRİNDƏ ASİMMETRİYALAR" mövzusunda məruzə ilə çıxış etmişdir.
17 mart 2017-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri dosent Arif Orucov açıq elan edib və belə seminarların tələbələrin elmi dünya görüşünün inkişafındakı əhəmiyyətini qeyd edib.Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhərrəmov Məhəmməd, Nəzəri fizika kafedrasının müdiri dosent Rəcəbov Mamed, fakültənin müəllim - tələbə heyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak etmişdir.