Yaranma tarixi
1959-1971- ci illər. Bakı Dövlət Universitetinin Fizika fakültəsində Eksperimental fizika kafedrasının bazasında fakültənin III-IV kurs tələbələrinin qisminin hər il “Fiziki elektronika » üzrə ixtisaslaşması aparılıb.
1971- ci ildə Bakı Dövlət Universitetinin və Fizika fakültəsində “Eksperimental fizika” kafedrasının ərasında fizika-riyaziyyat elmləri doktoru, professor Qafar İbrahim oglu Əfəndiyevin təşəbbüsü ilə və ciddi elmi-pedaqoji dəstəyi ilə “Fiziki elektronika” kafedrası yaradılıb.
1971-1994- ci illərdə “Fiziki elektronika” kafedrasında Fizika fakültəsinin III-IV kurs tələbələrinin bir qisminin “Fiziki elektronika” istiqamətində ixtisaslaşması aparılıb.
1994-ci ildə Fizika-riyaziyyat elmləri doktoru Əhməd Şahvələd oglu Abdinovun təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Fizika fakültəsində “Fiziki elektronika” kafedrasının bazasında “TT-12000 – Fiziki elektronika” istiqamətində “ Fiziki elektronika- TT1201000” ixtisası üzrə bakalavr pilləsinə tələbə qəbulu və ali təhsilli mütəxəsis hazırlığı başlanıb.
1997-ci ildə fizika-riyaziyyat elmləri doktoru Əhməd Şahvələd oglu Abdinovun təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Fizika fakültəsində Fiziki elektronika kafedrasını bazasında “TT-070000 – Fiziki elektronika istiqamətində “TTM 07001 – Bərk cisim elektronikası”, “TTM 07002 – Plazma elektronikası”, “TTM 07003 – Optoelektronika” ixtisaslaşmaları üzrə magistratura açılıb və magistr hazırlıgına başlanıb.
Kafedraya rəhbərlik:
1971-1992: Kafedranın yaradılmasının təşəbbüskarı olan, Fizika-riyaziyyat elmləri doktoru, professor Qafar İbrahim oglu Əfəndiyev
1992- ci ildən, Fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Şahvələd oglu Abdinov.
Kadr potensialı :
Elmi pedaqoji kadrlar 16 nəfər
Elmlər doktoru, professor 5 nəfər
Elmlər namizədi, dosent 7 nəfər
Elmlər namizədi, müəllim 4 nəfər
Kafedranın professor-müəllim heyəti:
1. kafedra müdiri, f.r.e.d., prof. Abdinov Əhməd Şahvələd oğlu
2. f.r.e.d., prof.(0.5) Mehdiyev Nizami Mikayıl oğlu
3. f.ü.e.d., prof. Məmmədov Hüseyn Mikayıl oğlu
4. f.ü.e.d., prof. Hüseynov Tərlan Xanbaba oğlu
5. f.ü.e.d. , dos. Əfəndiyeva İzzət Məhəmməd qızı
6. f.r.e.n., dos. Qəribov Qeys İbrahim oğlu
7. f.r.e.n., dos. Davudov Benyaməddin Bəyağa oğlu
8. f.r.e.n., dos. Səfərov Vaqif Hüseynqulu oğlu
9. f.r.e.n., dos. Ağayev Mustafa Nuhbala oğlu
10. f.r.e.n., dos. Rəsulov Eldar Aydin oğlu
11. f.r.e.n., dos. Ələkbərov Şahin Şəmşəd oğlu
12. f.r.e.n., m., Rəhimova Nailə Əli qızı
13. f.r.e.n., m., Əmirova Səbinə İkram qızı
14. f.r.e.n., m. Allahverdiyev Şəmsəddin Allahverdi oğlu
15. f.ü.f.d. , m. Aslanova Əminə Rasim qızı
Tədrisə köməkçi heyət: 6 nəfər
Doktorant: 4 nəfər
Tədris olunan fənlər:
Bakalavriat pilləsində:
Ümumi fizika, Radiofizika, Fiziki elektronikanın əsasları, Elektron cihazlarının fizikası. Tələbələr IV kursda pedaqoji praktika keçirlər.
Qəbul Ümumrespublika vahid test imtahanları əsasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Tələbə Qəbulu Komissiyası tərəfindən həyata keçirilir.
Təhsil ödənişsiz (dövlət hesabına) və ödənişli əsaslarladır.
Magistratura pilləsində:
Fiziki elektronikanın nəzəri əsasları, Fiziki elektronikanın müasir problemləri, Bərk cisimlərin elektron nəzəriyyəsi, Bərk cisimlərdə kontakt və səth hadisələri, Plazma və qaz boşalması fizikasının əsasları, Rəqslər nəzəriyyəsi, Plazmanın diaqnostikası, Lazerli optoelektronika, Qaz lazerləri, İnformasiyanın optik işlənməsi, Optoelektronikanın əsasları, Optoelektron cihaz, qurğu və sistemləri, Materialşünaslıq, Nanotexnalogiyanın fiziki əsasları, Elektron cihazlarının texnalogiyası və layihələndirilməsi, Mikrosxemlərin texnologiyası və yarımkeçirici mikroelektronika, Plazma-ion-elektron texnologiyası, Bərk cisim elektronikasının və mikroelektronikanın nəzəri əsasları, Radioelektronika.
Tədris laboratoriyaları
Radiofizika və radioelektronika, Qaz boşalması və plazma fizikası, Bərk cisim elektronikası, Optoelektronika.
Həyata keçirdiyi təhsil pillələri
Fizika istiqamətində “Fizika” və “Fizika müəllimliyi” ixtisasları üzrə - bakalavriat;
“Fizika” ixtisasında - “Bərk cisim elektronikası”, “Optoelektronika”, “Qaz boşalması və plazma elektronikası” ixtisaslaşmaları üzrə - magistratura;
“Bərk cisim fizikası”, “Yarımkeçiricilər fizikası” və “Elektronika” ixtisasları üzrə doktorantura.
Mütəxəssis hazırlığı:
Kafedranın mütəxəssis hazırlığı prosesində iştirakı:
Bakalavriat:
“Fizika” və “Fizika müəllimliyi” ixtisasları üzrə Azərbaycan və rus bölmələrinin II-IV kurslarında ümumi fizika, radiofizika, peşə və ixtisas seçmə fənnlərindən mühazirə, məəşqələ, lobaratoriya dərsləri, kurs və buraxılış işlərinə rəhbərlik.
Magistratura:
“Fizika” istiqaməti üzrə “Bərk cisim elektronikası”, “Optoelektronika”, “Qaz boşalması və plazma elektronikası” ixtisaslaşmaları üzrə magistr hazırlığında bütün təhsil müddəti (2 il) ərzində, əyani, Azərbaycan və rus bölmələri, ixtisasın peşə hazırlığının əsas , ixtisaslaşma və seçmə fənnlərindən mühazirə, məşqələ və lobaratoriya dərsləri, magistrantların dissertasiya işlərinə, elmi-tədqiqat və elmi-pedaqoji praktikalarına rəhbərlik.
Kafedranın elmi fəaliyyəti:
Elmi İstiqamət və problemləri:
Fiziki elektronikanın bəzi problemləri:
Bərk cisim elektronikasının bəzi problemləri
Plazma və qaz boşalması elektronikasının bəzi problemləri
Kafedra əməkdaşlarının çap etdirdiyi dərsliklər, dərs vəsaitləri və metodiki vəsaitlər (2010-2018-ci illər):
1.Ə.Ş.Abdinov, V.H.Səfərov, Elektron texnikasının materialları və nanotexnologiyanın əsasları, Bakı, Təhsil, 2010
2.Ə.Ş.Abdinov, İ.S.Həsənov, T.X.Hüseynov, Elektron cihazları və emissiya elektronikasının əsasları, Bakı, Təhsil, 2011.
3.K.M.Daşdəmirov, T.X.Hüseynov Qaz boşalması və plazma fizikası, Bakı, Bakı Universiteti, 2014.
4.Ə.Ş.Abdinov, R.F.Babayeva,E.A.Rəsulov Materialşünaslıq, Bakı, Təhsil, 2017.
5.H.M.Məmmədov və başqaları, Radiophyzika (ingilis dilində), Bakı, Müəllim, 2018
6. “Fizika” və “Fizika müəllimliyi” ixtisaslarının bakalavr təhsil pilləsində tədris olunan əsaas və seçmə fənlərin proqramları,Bakı, Bakı Universiteti, 2018.
Kafedra əməkdaşlarının aldığı mükafatlar (2010-20189-ci illər):
1. Ə.Ş.Abdinov- Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərmanı”-2015-ci il
1.Q.İ.Qəribov Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişan-2016-cı il.
2. V,H.Səfərov Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı-2016-cı il.
Kafedra əməkdaşları tərəfindən dərc olunmuş elmi məqalələrin sayı (2010-2018-ci illər):
Respublika elmi jurnallarında -125, Xarici ölkələrin elmi jurnallarında - 74, o cümlədən A – 3, B- 26, C- 18, D-27 kotekoriyalı elmi jurnallarda .
Kafedra əməkdaşlarının iştirak etdikləri elmi konfransların sayı (2010-2018-ci illər):
Respublika miqyaslı - 105, Beynəlxalq miqyaslı- 91