Kafedranın tarixi
«Maddə quruluşu» kafedrası 1967-ci ildə yaradılmışdır. İlk kafedra müdiri dosent Həsənov Rəhmi Həsən oğlu olmuşdur. Universitetdə fizika elminin inkişafında və tədrisində böyük xidmətləri olmuş dos. R.H.Həsənov 1972-ci ilə kimi kafedraya rəhbərlik etmişdir. 1972-1992-ci illərdə «Maddə quruluşu» kafedrasına AMEA-nın müxbir üzvü, prof. Hacıyev Sabir Abdulmanaf oğlu rəhbərlik etmişdir. 1992-ci ildən indiyə qədər «Maddə quruluşu» kafedrasına f.r.e.d., prof., Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının akademiki Məsimov Eldar Əli oğlu rəhbərlik edir. Yarandığı dövrdən BDU-nun aparıcı kafedralarından biri olan «Maddə quruluşu» kafedrasında böyük elmi nəaliyyətlər əldə olunmuş və yüksək ixtisaslı kadr potensialı hazırlanmışdır. 5 elmlər doktoru və 47 elmlər namizədi müdafiyə etmişdir. Kafedrada atom və nüvə fizikası, polimerlərin fiziki-kimyası laboratoriyası, qamma-rezonans spektroskopiyası tədris laboratoriyaları fəaliyyət göstərir. 2007-ci ildə kafedranın atom və nüvə fizikası tədris laboratoriyası yeni, müasir avadanlıqla təchiz olunmuşdur.
1989-cu ildə kafedranın bazasında «Makromolekul məhlullarının fiziki-kimyası» ETL-sı yaradılmış və 2005-ci ildə bu laboratoriyanın əsasında BDU-nun «Fizika problemləri» ETİ-nun «Bioloji sistemlər fizikası» şöbəsi yaradılmışdır. Kafedrada hal-hazırda 9 müəllim çalışır:
Professor-müəllim heyyəti
1. Kafedrasının müdiri, Rusiya Pyotr Elmlərc və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiya təbiətşünaslıq Akademiyasının həqiqi üzvü,
fizika-riyaziyyat elmləri doktoru, professor Məsimov Eldar Əli oğlu
2. f.r.e.d., prof. Əbdülvahabova Sacidə Qafar qızı
3. f.r.e.n., dos. Abdullayev Xanvəli Şahvəli oğlu
4. f.r.e.n., dos. Prudko Valentina Vasilyevna
5. f.r.e.n., dos. Bayramova Tünzalə Oqtay qızı
6. f.r.e.n., 0,5 şt. b/m Həsənov Alim Əhməd oğlu
7. f.r.e.n., 0,5şt. m. Əhmədov Nicat Faiq oğlu
8. f.ü.f.d. Ağayeva Leyla Namiq qızı
Tədris-texniki köməkçi heyəti
1. Paşayev Oqtay Mahmud oğlu, lab.müd.
2. Həsənov Niyazi Həsən oğlu,f.r.e.n., mühəndis
3. Musayeva Senzura Mahmud qızı,baş laborant
4. Nəsirova Bənövşə Cəniyar qızı, baş laborant
5. Bağırova Hökümə Şamil qızı, laborant
6. Turabova Gülnarə Əliabbas qızı, baş laborant
Kafedrada 3 professor, 6 dosent, 1 müəllim və 7 texniki işçi çalışır ki, onlardan 1-i fizika-riyaziyyat elmləri namizədidir. Kafedra əməkdaşlarının 40 dərslik, dərs vəsaiti, monoqrafiyalar və çoxlu sayda metodik vəsaitlər və metodik göstərişləri, 800-ə yaxın elmi məqalələri nüfuzlu xarici jurnallarda vərespublika jurnallarında çap olunmuşdur. Elmi işlərin nəticələri Beynəlxalq və Reqional konfranslarda çıxış edilmişdir. Bir çox dünya alimlərinin məqalələrində kafedra əməkdaşlarının işlərinə istinadlar olunmuşdur. Son 5 ildə (2012-2016) 11 dərs vəsaiti, 2 dərslik, 18 proqram, 170 elmi məqalə və tezislər çap edilmişdir.
Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə ABŞ, İran, Türkiyə, İngiltərə, Slovakiya, Çexiya və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqələr saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar.
Elmlər doktorları
Rusiya Pyotr Elmlərc və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiya təbiətşünaslıq Akademiyasının həqiqi üzvü,
fizika-riyaziyyat elmləri doktoru, professor, Məsimov E.Ə.
İxtisaslar və ixtisaslaşmalar:
Bakalavriat:
Fizika
Fizika müəllimi
Magistratura:
1. Bioloji sistemlər fizikası
2. Atom və nüvə fizikası
3. Radiasiya materialşünaslığı
Doktorantura:
Tədris olunan fənlər
Bakalavr üzrə:
“Atom fizikası”,
“Nüvə fizikası”,
“Maddə quruluşu”,
“Bioloji sistemlər fizikası”
Maqistratura üzrə:
“Bioloji sistemlər fizikası” ixtisası üzrə:
“Yüksəkmolekullu birləşmələr fizikası”,
“Bioloji sistemlərin quruluş və xassələri”,
“Biopolimerlərin fiziki-kimyəvi tədqiqat metodları”,
“Çoxfazalı sistemlərdə maddələrin paylanması”,
“Biotermodinamika”,
“Tibbi biofizika”,
Seçmə fənnlər:
“Polimerlərin fiziki-kimyası”,
“Suyun bioloji sistemlərdə halı və rolu”,
“Bioloji sistemlərdə suyun fiziki və kimyəvi xassələri”,
“Məhlulların fiziki-kimyəvi xassələri”;
“Atom və nüvə fizikası” ixtisası üzrə:
“Atom nüvəsinin nəzəriyyəsi”,
“Atom nüvələrinin bölünməsi fizikası”,
“Nüvə reaksiyaları”,
“Səpilmənin kvant nəzəriyyəsi”,
“Zərrəciklərin maddədən keçməsi zamanı baş verən fiziki proseslər”,
“Nüvə və elementar zərrəciklər fizikasının təcrübi əsasları”,
“Standart model. Lepton və kvarkların xassələri”,
“Elementar zərrəciklər fizikası”,
Seçmə fənnlər:
“Neytron fizikası”,
“Nüvə enerjisi”,
“Nüvə fizikasında hesablama üsulları və riyazi modelləşmə”,
“Feynman diaqramları”,
“Fundamental qarşılıqlı təsirlər”,
“Böyük birləşmə və supersimmetriya nəzəriyyəsi”;
“Radiasiya materialşünaslığı” ixtisası üzrə:
“Bərk cisimlərdə radiasiya effektləri”,
“Reaktor materiallarına ionlaşdırıcı şüallanmanın təsiri”,
“Radiasiya materualşünaslığının əsasları”,
“Nüvə reaktorlarının fizikası”,
“Nüvə materiallarının parametrlərinin ölçmə üsulları və cihazları”,
“Nüvə reaktorlarının materialları”,
“Atom nüvəsinin nəzəriyyəsi”,
“Atom nüvələrinin bölünməsi fizikası”,
Seçmə fənnlər:
“Neytron fizikası”,
“Maddənin ekstremal hallarının fizikası”,
“Reaktorların parametrlərinin hesablama üsulları və riyazi modelləşmə”,
“Nüvə materiallarının müdafiə, nəzarət və uçot sistemlərinin əsasları”,
“İnsanın və ətraf mühitin radiasiya müdafiəsi”,
“Radiasiyanın təsirinin biofizikası” fənləri tədris olunur.
Elmi istiqamət
Kafedrada 2 istiqamətdə – bioloji sistemlər fizikası və nüvə fizikası istiqamətində elmi-tədqiqat işləri aparılır. Elmi istiqamətlərindən biri makromolekul məhlullarında və bioloji sistemlərdə qarşılıqlı təsirlərin öyrənilməsi və ondan irəli gələn struktur dəyişiklikləri və faza keçidlərinin tədqiqi probleminə həsr olunmuşdur. Belə bir problemin həlli üçün prof. E.Ə.Məsimovun rəhbərliyi ilə üç istiqamətdə elmi-tədqiqat işləri aparılır: polimer-su sistemlərinin sistematik tədqiqi ilə polimerlər fizikasının aktual problemlərindən olan bir həlledicidə iki polimerin uyuşmazlığı məsələsinin təhlili və həmin sistemlərdə fazaəmələgəlmə mexanizminin izahı; farmakologiya, təbabət və mikrobiologiyada preparativ məqsədlərlə (bioloji hissəciklərin ayrılması və təmizlənməsi, polimerlərin fraksiyalara ayrılması, bəzi xəstəliklərin ilkin diaqnozunun verilməsi və s.) istifadə olunan və bəzi parametrlərinə görə mövcud ikifazalı sistemlərdən üstün olan yeni polimer-su ikifazalı sistemlərinin tapılması və onların tətbiqinin elmi və iqtisadi effektivliyinin artırılması; müxtəlif fiziki və fiziki-kimyəvi metodlarla su-polimer, su-kiçikmolekullu birləşmələr və ümumiyyətlə, su mühitində strukturlaşmanın (gellərin, müxtəlif molekulüstlü hissəciklərin, fazaların əmələ gəlməsi və s.) tədqiqi.
Digər bir elmi-tədqiqat işi nəzəri nüvə fizikasının quruluşu və onda baş verən hadisələrin müxtəlif nəzəri üsullarla tədqiqinə həsr olunmuşdur. Metod kimi ifratkeçirici, optik modellərdən, difraksiya, eykonal yaxınlaşmalarında müxtəlif potensiallardan istifadə edilərək və zərrəciklərin kvark quruluşu nəzərə alınaraq müxtəlif səpilmələrin effektiv kəsikləri, zərrəciklərin polyariləşməsi və digər fiziki kəmiyyətlər tədqiq edilir. Tədqiqatlar beynəlxalq konfranslarda səslənmiş və jurnallarda nəşr edilmişdir.
HESABAT
2012 ci il, Reytinq 2012 ci il
ELMİ PLAN
2013-cü il
MAGİSTR PİLLƏSİNİN TƏDRİS PLANI
MAGİSTRLƏR 030014 - «Bioloji sistemlər fizikası»ixtisası
2011/2013 tədris ili
2012/2014 tədris ili
2013/2015 tədris ili
DƏRSLIKLƏR
Mühazirələr
ВОДА - Э.А.Масимов
MƏQALƏLƏR
2012/2013
XARİCİ DÖVLƏTLƏRİN TƏHSİL VƏ ELMİ MÜƏSSİSƏLƏRİ İLƏ ƏLAQƏLƏR
MDB ölkələri, ABŞ, Türkiyə
MÜKAFATLAR
2013 ildə professor Eldar Məsimov Avropa Elm və Sənaye Palatası tərəfindən Keyfiyyət diplomuna və Avropa qızıl medalına layiq görülüb
2011-ci ildə prof.E.Ə.Məsimov Rusiyanın Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir və həmin Akademiyanın təsis etdiyi V.İ.Vernadskiy adına medal, A.Nobel adına medal, «Elmi məktəbin yaradıcısı», «Əməkdar elm və təhsil xadimi» fəxri adlarına layiq görülmüş və «Rusiyanın Elmi məktəbləri» ensiklopediyasına daxil edilmişdir
MÜHAZİRƏLƏR
Biotermodinamika.Hasanov N
Coxfazali sistemlerde maddelerin paylanmasi
Hasanov A.A. Yuksekmolekullu birlesmeler fizikasi.maqistr
ATOM FIZIKASI MASIMOV E.
NUVE- muhazireler- Barxalova N
FOTO-TARİX