«YARIMKEÇIRICILƏR FIZIKASI» KAFEDRASI
Kafedranın tarixi
Bakı Dövlət Universitetinin “Yarımkeçiricilər fizikası” kafedrası 1958-ci ildə SSRİ EA-nın müxbir üzvü, akademik Həsən Abdullayevin təşəbbüsü və rəhbərliyi altında yaradılmış və ötən müddət ərzində respublikada yarımkeçiricilər fizikasının inkişafı sahəsində əhəmiyyətli rol oynamışdır. Məlum olduğu kimi Azərbaycanda fizikanın inkişafı keçən əsrin əllinci illərindən başlayaraq geniş vüsət almışdır və bu, sözün əsl mənasında akademik Həsən Abdullayevin adı ilə bağlıdır. 1954-cü ildən başlayaraq akademik Həsən Abdullayev respublikada elmin inkişafına nail olmaq üçün elmi kadrların seçilib hazırlanmasına başlamışdır. Çünki o yaxşı bilirdi ki, elmi işi yüksək səviyyədə və səmərəli aparmaqdan ötrü ilk növbədə yaradıcı, çox qabiliyyətli insanları seçib elmə cəlb etmək, onları yetişdirmək lazımdır. Eyni zamanda o, yaxşı bilirdi ki, gələcəyin belə keyfiyyətlərə malik olan elmi işçilərini, əsasən, o vaxtlar Azərbaycan Dövlət Universiteti adlanan, hazırkı Bakı Dövlət Universitetində və digər ali məktəblərdə təhsil alan tələbələrin içərsindən axtarıb tapmaq, istedad və qabiliyyətlərinə görə onları seçib uyğun elm sahəsi üzrə yetişdirmək lazımdır. Bu məqsədlə o, BDU-da ümumi fizika kursu və yarımkeçiricilər fizikasının ayrı-ayrı sahələri üzrə tədris aparmağa başladı. Onunla birlikdə çalışan yaşlı alimlərin xatırladıqlarına görə akademik Həsən Abdullayevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ 1956-cı ildən başlayaraq BDU-da “Yarımkeçiricilər fizikası” kafedrasının yaradılmasına hazırlıq işləri başlanıldı. Bu kafedra bütövlükdə keçmiş Sovetlər İttifaqında yarımkeçiricilər fizikası sahəsində yaradılmış ilk kafedralardan biri idi. Yeni yaradilmış kafedrada müdir vəzifəsində Həsən Abdullayevlə yanaşı kafedranın dosenti vəzifəsində akademik, əməkdar elm xadimi, professor Maksud İsfəndiyar oğlu Əliyev də çalışmışdır. Sonrakı tədris ilində Əliyev Məhərrəm Hüseyn oğlu və Əliyeva Adilə Hacı qızı tam ştat assistent kimi kafedranın ştat cədvəlinə əlavə edilmişdir. Ötən 58 il ərzində kafedrada 2 nəfər akademik, 2 nəfər AMEA-nın müxbir üzvü, 12 elmlər doktoru, professor və 14 elmlər namizədi, dosent və 1 nəfər baş müəllim, ümumiyyətlə yarımkeçiricilər fizikası sahəsində görkəmli mütəxəssis sayılan 30 nəfər çalışmışdır ki, onlardan da bir çoxu indi də kafedrada öz fəaliyyətini davam etdirirlər: akademik H.B.Abdullayev, akademik M.İ.Əliyev, AMEA-nın müxbir üzvü, prof.V.İ.Tahirov, AMEA-nın müxbir üzvü, prof.A.H.Kazımzadə, əməkdar elm xadimi, prof.B.R.Mirzoyev, prof.A.H.Zeynallı, prof.Q.Ə.Axundov, əməkdar müəllim, prof.V.M.Salmanov, prof.A.Ə.Baxışov, prof.Ə.Ş.Abdinov, prof.M.M.Rənahov, prof.N.M.Həsənli, prof.F.E.Fərəcov, prof.R.A.Süleymanov, prof.A.Z.Abasova, prof.Ə.O. Əliyev, prof.Ə.H.Hüseynov, dos.A.H. Əliyeva, dos.N.N. Bezdetnıy, dos.H.Z. Əmənov, dos.S.Ə. Axundov, dos.N.N. Lebedeva, dos.M.H. Əliyev, dos.M.D. Xomutova, dos.İ.S.Baukin, dos.İ.M.İsmayılov, dos.L.H. Həsənova, dos.E.Y.Salayev, dos.Ə.Z.Məhəmmədov, dos.S.Ə. Cahangirova, b/m.Ə.Ə.Məmmədov.
Sonralar artıq özülü akademik Həsən Abdullayev tərəfindən qoyulmuş kafedra sürətlə inkişaf etməyə başlamışdır və uzun illər respublikada elmi kadrların hazırlanmasında və yarımkeçiricilər fizikası sahəsinin inkişaf etdirilməsində mühüm rol oynamışdır. Akademik H.B.Abdullayevin səyi ilə bu kafedra üzrə ixtisaslaşan tələbələrə əlavə təqaüd təyin edilmişdir ki, bu da keçən əsrin 60-cı illərində daha çox ehtiyac hiss edilən yarımkeçiricilər fizikası sahəsi üzrə kadr hazırlığı prosesinə güclü təsir etmişdir. Təsadüfi deyil ki, hazırda yarımkeçiricilər fizikası sahəsi üzrə təkcə respublikada deyil, bütün dünyada şöhrət qazanmış görkəmli alimlərin bir çoxu ilk təhsilini məhz bu kafedrada almışdır.
Hal hazırda kafedraya f.r.e.d., professor Vaqif Müseyib oğlu Salmanov rəhbərlik edir.
Kafedranın seçilən məzunları:
Kafedranın strukturu və işci heyəti
Kafedrada yarımkeçiricilər fizikasının əsasları, yarımkeçirici cihazlar, yarımkeçiricilərin optik və fotoelektrik xassələri, yarımkeçiricilərin alınması və texnologiyası laboratoriyaları, “Yarımkeçirici cihazlar və qeyri-xətti optika”, “Yarımkeçiricilərdə kinetik effektlər”, “Yarımkeçiricilərin optikası və faza keçidləri” elmi araşdırma laboratoriyaları fəaliyyət göstərir.
Hazırda kafedrada ştat üzrə 9 nəfər professor-müəllim heyəti, 3 nəfər yardımçı heyət və 0,5 ştat üzrə 1 nəfər əvəzçi müəllim çalişır. Professor-müəllim heyətindən elmlər doktoru, professor (o cümlədən 1 nəfər AMEA-nın müxbir üzvü), 4 nəfər elmlər namizədi, dosent, 1 nəfər baş müəllimdir. Professor-müəllim heyətindən 8 nəfərin ixtisası 01.04.10-Yarımkeçiricilər və dielektriklər fizikası ixtisasına, 1 nəfər isə 01.04.07-Bərk cisim fizikası ixtisasına uyğun gəlir. Yardımçı heyət 1 laboratoriya müdirindən, 1 baş laborant və 1 laborantdan ibarətdir.
Professor-müəllim heyəti:
1. kafedra müdiri, f.r.e.d., prof. Salmanov Vaqif Müseyib oğlu
2.f.r.e.d., prof. Kazimzadə Aydın Həsən oğlu
3. f.r.e.d., prof. Abasova Adilə Ziyat qızı
4. f.e.d., prof. Cəfərov Maarif Ə.
5. f.e.d., prof. Hüseynov Əli Həsən oğlu
6. f.r.e.n., dos. Həsənova Lüdmila Həmid qızı
7. f.r.e.n., dos. Cahangirova Sona Əli qızı
8. f.r.e.n., dos. Məhəmmədov Əlinağı Zəkəray oğlu
9. f.r.e.n., dos. Məmmədov Rövşən Məmməd oğlu
Əvəzçiliklə:
1. Abasova Adilə Ziyad qızı - f.r.e.d., professor
2. İbrahimov Hüseyn Behbud oğlu - f.r.e.d., professor
Yardımçı heyət:
2. Abbasov Valeh Tumas oğlu- baş lab.
3. Məmmədova Donara Şükür qızı – lab.
Doktorantlar:
1. Cahangirova Sona Əli qızı - elmlər doktoru
2. Məmmədov Rövşən Məmməd oğlu- elmlər doktoru
3.İbrahimov Behbud Hüseyn oğlu - doktorant
4.Əhmədova Fidan Şirvan qızı –dissertant
5. Daşdəmirova Nərgiz Dilqəm qızı- doktorant
Kafedranın elmi fəaliyyəti
Kafedrada elmi-tədqiqat işləri aşağıdakı istiqamətlərdə aparılır:
Yarımkeçirici birləşmələrin nanoquruluşlarının alınması və onların fiziki xassələrinin tədqiqi.
Yarımkeçiricilər elektronikasının müasir problemlərindən biri də yüksək tezlikli siqnalların işlənməsi üçün 2D-kristallar əsasında müxtəlif funksiyalı cihazların hazırlanmasıdır. Bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin sırasında laylı kristal quruluşlu InSe və GaSe yarımkeçirici birləşmələri xüsusi yer tuturlar. Qalınlığı bir neçə nanometr təşkil edən İnSe və GaSe kristalları 2D-formatlı kristal kimi fiziki xassələri kəskin şəkildə kristal külçənin xassəsindən fərqli olur. Sonuncu bir ildə laylı quruluşlu InSe, GaSe, -tipli birləşmələrin ultranazik təbəqələri sadə mexaniki üsulla alınmış, optik və fotoelektrik xassələri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, GaSe nanoquruluşların yüksək optik həyəcanlanması ilə lüminessensiya spektrində yüksək enerjili şüalanma zolağı yaranır. Ultranazik InSe təbəqələrində fotokeçiriciliyin relaksasiyası ifrat yüksək tezlikli rekombinasiya kanalı vasitəsilə baş verir. kristalının nazik təbəqələrinin fotoelektrik parametrləri fotoçeviricilər hazırlanması üçün münasib qiymətli olduğu göstərilmişdir. Birləşmələr əsasında mürəkkəb yarımkeçirici materialların alınması və tədqiqi.
Optoelektron cihazlar sırasında işıq diodlarının parametrləri çoxsaylı və geniş diapazonludır. Bunun əsas səbəbi işıq diodlarında istifadə olunan lüminessensiya edici materialların çeşidlərinin çox olması ilə bağlıdır. Bu materiallar arasında tipli birləşmələr xüsusi yer tuturlar. Fotoelektrik və lüminessent xassələrinə görə birləşmələri geniş praktiki tətbiq tapmışdırlar. Son zamanlar nanoölçülü materialların müxtəlif üsullarla alınma texnologiyasının işlənməsi yarımkeçiricilərinə elmi marağı daha da artırmışdır. Kimyəvi çökdürmə üsulu ilə ZnS:Mn və ZnCdS nanoquruluşlu nazik təbəqələrin alınma texnologiyası işlənmiş, fotoelektrik və lüminessent xassələri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, intensiv lüminessensiya edən ZnS:Mn nanoquruluşlarında nanozərrəciklərin ölçülərinin azalması ilə lüminessensiyanın intensivliyi kəskin artır. Alınmış nanoquruluşlu nazik təbəqələr intensiv lüminessensiya edici material kimi praktiki əhəmiyyət kəsb edirlər. Kafedrada «yarımkeçiricilər fizikası» və «yarımkeçirici cihazlar» kurslarının tədrisi üçün kompüterlərlə təchiz olunmuş müasir laboratoriya işləri quraşdırılmış auditoriyalar istifadəyə verilmişdirlər.Elmi-tədqiqat laboratoriyaları müasir lazer və elektron qurğuları ilə təchiz olunmuşdurlar. Tədris proqramlarının tələbələr tərəfindən yükcək səviyyədə mənimsənilməsi üçün azərbaycan və rus dillərində ədəbiyyatlar çap olunmuşdurlar.
Kafedranın tədris fəaliyyəti:
Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə fizika, kimya, biologiya fakültələrində ümumi fizika və yarımkeçiricilər fizikasının ayrı-ayrı sahələri üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı kafedrada “Yarımkeçiricilər fizikası” və “Yarımkeçirici cihazlar və mikroelektronika” ixtisasları üzrə magistr hazırlığı həyata keçirilir.
Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmışdır. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlar və sillabuslara uyğun olaraq aparılır. Kafedra ixtisasartırma təhsili üzrə baza kafedrası kimi təsdiq edilmişdir və hər il bir neçə nəfər kənar müəssisələrdən stajkeçmə üçün kafedraya göndərilir.
Kafedrada «yarımkeçiricilər fizikası» və «yarımkeçirici cihazlar» kurslarının tədrisi üçün kompüterlərlə təchiz olunmuş müasir laboratoriya işləri quraşdırılmış, auditoriyalar istifadəyə verilmişdir. Elmi-tədqiqat laboratoriyaları müasir lazer və elektron qurğuları ilə təchiz olunmuşdur. Tədris proqramlarının tələbələr tərəfindən yükcək səviyyədə mənimsənilməsi üçün azərbaycan və rus dillərində dərs vəsaitləri çap olunmuşdurlar.
Kafedranın tədris laboratoriyaları:
Bakalavriatura pilləsində tədris olunan fənlər:
Fizika fakültəsi
Kimya və Biologiya fakültələri üzrə:
Magistratura pilləsində tədris edilən fənlər:
Yarımkeçiricilər fızikası ixtisası üzrə:
Yarımkeçirici cihazlar və mikroelektronikaixtisası üzrə:
Beynəlxalq əlaqələr:
Kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə, Almaniya, İngiltərə, Slovakiya, Çexiya,Əlcəzair və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlayır, birgə elmi-tədqiqat işləri aparır. Müxtəlif ölkələrin görkəmli alimləri kafedraya dəvət edilmiş, yarımkeçiricilər fizikasının aktual məsələlərinə dair onların məruzələri dinlənilmişdir. Kafedrada bir sıra xarici ölkələr üçün elmi kadrlar hazırlanmışdır: Misir Ərəb Respublikası, Əlcəzair, Əfqanıstan, Monqolustan, Koreya,Vyetnam, Özbəkistan, İran İslam Respublikası və s.
Kafedra əməkdaşlarının əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Amerikada, Almaniyada, İngiltərədə, Fransada, Slovakiya, Yaponiyada Rusiyada, Ukraynada, Belorusiyada, Litvada, Özbəkistanda, Gürcüstanda, Polşada, Türkiyədə, İran İslam Respublikasında və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda məruzə edilmiş və elmi jurnallarda məqalələr dərc edilmişdirlər.
Kafedranın əməkdaşları tərəfindən son 5 ildə (2018) Tomson Reyter və indeksli xarici jurnallarda 76 məqalə çap edilmişdir.
Monoqrafiya, dərslik və dərs vəsaitlərinin hazırlanması
Kafedranın professor-müəllim heyəti tərəfindən aşağıdakı monoqrafiya, dərslik, dərs vəsaiti hazırlanaraq çap edilmişdir:
1. Abdullaev Q.B., Salaev E.Y, Salmanov V.M. Взаимодействие лазерного излучения с полупроводниками типа A3V6. Elm, Baku, 1979.
2. Tahirov V.İ.. Yarımkeçiricilər fizikasının əsasları. Bakı, 1984.
3. Abasova A.Z., Tağıyev İ.D. İfrat yüksək tezlikli elektron və kvant cihazları. Bakı, 1997.
4. Tahirov V.İ. Ümumi fizika kursu. Mexanika, Bakı, 1998.
5. Tahirov V.İ. Ümumi fizika kursu. Molekulyar fizika, Bakı, 1999.
6. Tahirov V.İ. Ümumi fizika kursu. Elektrik və maqnit hadisələri, Bakı, 2000.
7. Tahirov V.İ. Ümumi fizika kursu. Optika. Bakı – Sumqayıt, 2005.
8. Tahirov V.İ., Tahirov E.V. Ümumi fizika kursu üzrə məsələlər. Mexanika, Molekulyar fizika, Bakı, 2002.
9. Тагиров В.И., Гахраманов Н.Ф., Гусейнов А.Г. Новый класс тройных полупроводниковых соединений типа . Баку, 2001.
Kazımzadə A., Məmmədxanov T., Əliyev V., Abbasov T. Ekologiya dünyasına səyahət (azərbaycan və rus dillərində), Bakı, 2003.
11. Tahirov V.İ., Tahirov E.V., Qəhrəmanov N.F. «Ümumi fizika kursu» üzrə məsələlər (həlli ilə). «Elektrik və maqnit hadisələri», 2005.
12. Керимов М.К., Мехтийев А.Ш., Салманов В.М. Современная оптика полупроводников. Елм, Баку, 2006.
13. Джахангирова С.А., Нуруллаев Ю.Г. Руководство к лабораторным работам по курсу физики: «Механика и молекулярнайа физика». Баку, Бакы университети, 2006.
14. Ağamalıyev R., Kazımzadə A., Abbasov Ə. Dünya təhsil sistemini öyrənirik: Fasiləsiz müəllim hazırlığının Avstraliya modeli, Bakı, 2006.
15. Nurullayev Y.Q., Məhəmmədov Ə.Z. Ümumi fizika kursundan laboratoriya işlərinə rəhbərlik. Bakı Universiteti nəşriyyatı, 2007.
16. Tahirov V.İ., Tahirov E.V., Qəhrəmanov N.F. Ümumi fizika kursu üzrə məsələlər (həlli ilə) Optika SDU-nin nəşriyyatı, Sumqayıt, 2007.
17.Тагиров В.И., Тагиров Е.В., Гахраманов Н.Ф. Физика полупроводников Издателство БДУ, Баку-Сумгаит 2007.
Тагиров В.И., Ахундов Г.А., Бахышов А.Э., Хомутова М.Д., Гахраманов Н.Ф. Методы исследований и физические свойства соединений элементов III и VI груп. Издателство СГУ, Баку-Сумгаит, 2007.
19. Мехрабов А.О., Казым-заде А.Г. Гандилов Р.Т. Методические принципы разработки учебной программы и учебного процесса. Баку, 2007.
20. M.İ.Əliyev,V.M.Salmanov, İ.M.Əliyev - İngilis-Rus-Azərbaycanca Fizika terminləri lüğəti 9000 sözdən ibarət. “Elm nəşriyyatı”,Bakı,2010
21. А.З.Абасова, Р.С.Мадатов, В.И.Стафаев – Радиационно-стимулированные процессы в халькогенидных структурах. «Элм», Баку, 2010
22. N.F.Qəhrəmanov, Y.Y.Hüseynov, V.M.Salmanov, R.M.İsmayılov – Kvant elektronikasından laboratoriya işləri. SDU-2013
23. A.H.Kazımzadə, V.M.Salmanov, A.Z.Abasova, M.Ə.Cəfərov, Ə.H.Hüseynov, L.H.Həsənova, R.M.Məmmədov, S.Ə.Cahangirova, Ə.Z.Məhəmmədov – Yarımkeçiricilər fizikası üzrə praktikum. “Müəllim”nəşriyyatı, Bakı,2013
24.А.Г.Кязым-заде, В.М.Салманов, М.А.Джафаров, А.Г.Гусейнов, Р.М.Мамедов – Практикум по физике полупроводников. «Муаллим», Баку, 2013
25. А.Г.Кязым-заде, В.М.Салманов, A.A.Salmanova, L.H.Həsənova – Yarımkeçirici opto-və fotoelektronika. “Bakı Universitet” nəşriyyatı, Bakı,2013
M.А.Джафаров, Э.Насиров – Электронные свойства наноструктированных материалов соединений (монография). Lap Lambert Academic Publishing, 2013
27.В.М.Салманов.–Взаимодействие лазерного излучения с полупроводниками и диэлектриками. LAP LAMBERT Academic Publishing. 2014, 272 pp.
28. A.H.Kazımzadə, V.M.Salmanov, Ə.H.Hüseynov, M.Ə.Cəfərov, L.H.Həsənova, R.M.Məmmədov – Yarımkeçiricilər fizikasından məsələlər. “Müəllim” nəşriyyatı, Bakı, 2014
29. Ə.H.Hüseynov, M.B.Cəfərov – Ümumi fizika kursu. “Müəllim nəşriyyatı” Bakı-2015, 222 səh.
30. В.М.Салманов , Мамедов Р.М. Курс обшей физики. dərs vəsaiti, “Müəllim nəşriyyatı” Bakı-2016.
31. А.Г.Кязым-заде В.М.Салманов А.А.Салманова. Современные проблемы физики dərs vəsaiti, “Ляман Няшриййат Полиграфия” Bakı-2016.406 стр.
32. A.H.Kazımzadə, V.M.Salmanov. Fizikanın müsir problemləri (mühazirələrin qısa icmalı).dərs vəsaiti.”Ləman nəşriyyat Poliqrafiya” 2016
33. В.М.Салманов, А.Г.Гусейнов, Р.М.Мамедов – «Оптические квантовые генераторы» (конспект лекции). “Ляман Няшриййат Полиграфия”, 2017, 204 стр.
34. V.M.Salmanov. “Optical Quantum Generators (Lasers)” Dərs vəsaiti. Bakı-2017