Kafedranın tarixi
Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrası 1924-çü ildə yaradılmıişdır . Ilk kafedra müdiri S.N.Usatıy secilmişdir . Kafedranın ilk azərbaycan mütəxəsisləri. M.М.Məlikov və B.R.Mirzəyev olmuşdur. Kafedrada işləmək üçün dəvət olunan E.E.Lopuxin, F.M.Qallerin, M.A.Poqrebnoy, L.S.Leybenzon, İ.V.Kurcatov, S.Q.Rjanov,Y.Q.Dorfman uzun müddət kafedrada işləmişlər. 1936-1937-ci tədris ilində bu kafedra tədris ilində bu kafedra əsasında 2 kafedra-təcrübi fizika, geofizka-astronomiya kafedraları yaradilmışdır. Təcrübi fizika kafedrasının müdiri Q.Dorfman olmuşdur. 1940-cı ildə isə təcrübi fizika kafedrası əsasında ümumi fizika, molekulyar fizika, nəzəri fizika kafedraları yaradılmışdır. 1956/57-ci tədris ilində kafedranın nəzdində olan "yarımkeçiricilər fizika" tədris laboratoriyası əsasında "yarımkeçiricilər fizika " kafedrası yaradılıb. 1960-ci ildən "təcrübi fizika " kafedrasına K.Ş. Кöçərli, 1965-70-ci illərdə dos. Q. Əfəndiyev kafedraya rəhbərlik etmişlər. 1971-ci ildən kafedra yenidən " Ümumi fizika" və "Fiziki elektronika" kafedralarına bölünüb, 1976-cı ilə кimi kafedraya dos. K.Ş. Кöçərli rəhbərlik edib. 1976-1992-ci ilə кimi kafedraya prof. А.H.Zeynallı, 1993-1995-ci illərdə dos. F. Yusifov, 1995-ci ildən isə prof. M.M. Pənahov rəhbərlik edir. Kafedra müdiri: prof. Pənahov Məzahir Məhəmməd oğlu 1951-ci ildə Tovuz rayonu Qaraxanlı kəndində anadan olub. 1972-ci ildə BDU-nu fərqlənmə diplomu ilə ilə qurtarıb, 1973-1976-cı illərdə Sankt-Peterburq şəhərində A.F.İoffe adına Fizika-texnika institutunda aspiranturanı qurtarmışdır. M.M. Pənahov 1979-cu ildə namizədlik, 1992-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Prof. M.M. Pənahov 1982-83-cü illərdə Böyük Britaniyada olmuş, Mançestr Universitetində Təbiət elmləri və Texnologiya institutunda (UMIST) tədqiqatlar aparmışdır.
Kafedranın strukturu
Hal-hazırda kafedra aşağıdakı tərkibdə elmi-pedaqoji fəaliyyətini davam etdirir: Kafedranın 23 əməkdaşı var, onların 5-i professor, 8-i dosent, 3-ü baş müəllim, 9-u laboant- texniki işçilərdir.
Professor-müəllim heyəti
1. f.r.e.d., prof. Qəhrəmanov Nadir Fərrux oğlu
2. f.r.e.d., prof. Nurullayev Yusif Quşu oğlu
3. f.r.e.n., dos. Cabbarov Cabbar Həsən oğlu
4. f.r.e.n., dos. Qarayev Eldar Səməd oğlu.
5. f.r.e.n., dos. Sədrəddinov Sədrəddin Ələkbər oğlu
6. f.r.e.n., dos. Ələkbərov Eldar Şahsuvar oğlu
7. f.r.e.n., dos. Orucov Arif Kabı oğlu
8. f.r.e.n., b/m. Rəhimov Rəhim Şükür oğlu
9. dos. Dadaşova Vüsalə Valeh qızı
10.f.r.e.n., 0.5 şt., m. İsmailova Radifa Nizami qızı
11. 0.5 şt., m.Sərməsov Süleyman Nüslət oğlu
Tədris-texniki köməkçi heyəti
1. Sərməsov Süleyman Nüslət oğlu. (lab .müd., 0,5 şt. müəllim)
2. Əhmədova Aidə Baba qızı. (baş.laborant)
3. İsmailova Radifa Nizami qızı. (0.5 şt. baş laborant)
4. Hüseynova Sevda Fuad qızı. (laborant)
5. Əhmədova Əsmər Rasim qızı. (baş laborant)
Kafedranın elmi fəaliyyəti
Ümumi fizika kafedrasinda iki istiqamət üzrə elmi-tədqiqat işləri aparılır:
1.Yarımkeclrlci mikroelektronika və optoelektronikanın əsasları.
2. Lazer şüalanmasının maddələrlə qarşılıqlı təsirinin tədqiqi.
Kafedra əməkdaşları fizika, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika,coğrafiya, geologiya fakültələrində dərs aparır.
Kafedranın tədris işləri
Kafedra əməkdaşları tərəfindən 14 dərs vəsaiti, 4 monoqrafiya çap olunub.
Tədris olunan fənlər
Ümumi fizika
Elektromaqnetizm
Kvant elektronikasının əsasları
Fizikanın tədrisi metodikası
Fizikanın tədrisində məsələ həlli
Məktəb fizika kursunda test tapşırıqlarının həlli metodikası
Ümumtəhsil Kurikulumun əsasları
Məktəb fizika eksperimenti
Xarici əlaqələr
Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə, İran , İngiltərə, Slovakiya və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar. Hazırda kafedrada İran İslam Respublikasından 2 nəfər aspiranturada təhsil alır.
Kafedranın son 10 ildə yenilikləri
BDU-nun 90 illiyi münasibəti ilə Təltiflər:
TƏRƏQQI medalı –prof.Qasimova Rəna
Təhsil Nazirliyinin FƏXRİ FƏRMANI-prof.Nurullayev Yusif
BDU-nun FƏXRİ FƏRMANI
1.prof.Əliyev İsfəndiyar
2.dos.Qarayev Eldar
3.dos.Ələkbərov Eldar
ŞÖHRƏT ORDENI
Prof. M.M. Pənahov
Prof. N.F. Qəhrəmanov
Yubiley döş nişanı
Prof. N.F. Qəhrəmanov
DƏRS VƏSAITI
2009 “Fizika kursunun tədrisi metodikasi “ -prof.Nurullayev Yusif
2012 “Радиасийа вя щяйат фяалиййяти” Гящряманов Н.Ф., Бархалов Б.Ш., Нуруллайев Й.Г.
2012 “Цмуми физика практикуму” (йенидян ишлянмиш IV няшри). Нуруллайев Й.Г., Гарайев Е.С.
2012 “Орта мяктябдя физиканын юйрянилмяси методикасы.” Оруъов А.К.
2015 “Ümumi fizika praktikumu” Qarayev E.S., Qəhrəmanov N.F. Nurullayev
2015 “Nazik təbəqələr elektronikası (Bakalavr və Magistr üçün dərs vəsaiti)” Y.Q. Sədrəddinov S.Ə.
2015 “Ümumtəhsil kurikulumunun əsasları (dərs vəsaiti)” Daşdəmirov A.O., 2016 “Ümumi fizika kursundan mühazirələr”. Əliyeva A.O. Nəsrullayev N.M.
2016 “Orta məktəb kursunda Molekulyar fizika və onun tədrisi”. Y.Nurullayev
2016 “Fizika tədrisi metodikasının müasir problemləri”. Y. Nurullayev, F. Məmmədov.
2016 “Вопросы современной науки: проблемы, тенденции и переспективы.”.Qəhrəmanov N.F.
Doktorluq diplomu–prof.Nəsrullayev Nazim