2011-2012-ci tədris ilində fizika fakültəsinin magistratura pilləsini bitirənlərin sayı 44 nəfər olmuşdur. Bunlardan 28 nəfəri Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Aşağıdakı 10 magistr fəxri fərmanla təltif olunmuşdur:
| ƏtraflıProf.M.Ə.Ramazanovun "Qafqaz" Azərbaycan-Turkiyə gimnaziyasının şagirdlərinin layihə olimpiadalarının işində fəal iştirak və koməyinə görə, ona "Çağ öyrətim işlətmələri" şirkəti təşəkkür və minnətdarlığını bildirir.
| Ətraflı26 may 2012-ci il tarixdə BDU-da Universitetin fizika fakültəsinin 1982-ci il məzunları ilə görüş keçirilmişdir. Məzunları Universitetin rektoru, akademik A.M.Məhərrəmov qəbul etmişdir. Akademik A.A.Məhərrəmov görüşdə çıxış edərək fizik məzunları 30 ildən sonra Universitetdə görüşmələri münasibəti ilə təbrik etdi və qeyd etdi ki, 1982-ci il fizika fakültəsinin məzunlarından 5 nəfər elmlər doktoru, 30 nəfər elmlər namizədidirlər. Onlardan 10 nəfəri BDU-da, 70 nəfəri isə Azərbaycan Respublikasının digər elm və təhsil müəssisələrində çalışırlar. 1 elmlər doktoru və 1 elmlər namizədi Sankt-Peterpurqda elmi fəaliyyətlərini davam etdirirlər. Onlar Universitetlə, yeni yaradılmış Nanoaraşdırmalar elmi tədqiqat laboratoriyası ilə tanış oldular. Sonra görüşün bədii hissəsi davam etdirildi.
| Ətraflı26 may 2012-ci il tarixində saat 1000-da Magitrantların və Gənc Tədqiqatçıların «FİZİKA VƏ ASTRONOMİYA PROBLEMLƏRİ» Respublika elmi konfransı olmuşdur. Konfransı giriş sözü ilə açan akad. Abel Məhərrəmov onun işinə uğurlar arzulayaraq qeyd etdi ki, Fizika fakültəsi Bakı Dövlət Universitetinin aparıcı fakültələrindən biridir. Fakültədə 9 kafedra, 13 tədris laboratoriyası fəaliyyət göstərir. Fizika fakültəsi 1919-cu ildə fəaliyyətə başlamış Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin nəzdində yaranmışdır və 1958-ci ildən müstəqil fakültə kimi formalaşmışdır. Hazırda fizika fakültəsinin 9 kafedrasında 93 professor-müəllim heyyəti çalışır ki, onlardan da 1 nəfəri AMEA-nın həqiqi üzvüdür, 4 nəfəri AMEA-nın müxbir üzvüdür, 27 nəfəri elmlər doktoru-professorudur, 63 nəfəri isə elmlər namizədi-dosentdir. Fakültədə 13 tədris laboratoriyası və 2 elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir. Böyük elmi potensiala malik bir fakültədə 2011-ci ildə 182 elmi məqalə, o cümlədən onlardan 64 məqalə xarici nüfuzlu jurnallarda öz əksini tapmışdır. Fakültə alimlərinin məqalələrinin 7-si A kateqoriyalı, 3-ü B kateqoriyalı və 16-sı C kateqoriyalı jurnallarda cap edilmişdir. Fakültə əməkdaşları 6 beynəlxalq 4 respublika əhəmiyyətli qrant layihələrini yerinə yetirmişdir. Fakültənin maddi texniki bazasının yaxşılaşdırılması Universitet rəhbərliyinin diqqətində olmuş və bu il də fakültəyə yeni cihazlar və avadanlıqlar alınacaqdır. Yaponiyanın Tokyo-Boyko şirkətindən ümumi dəyəri 1200000,0$ olan skanedici elektron mikroskopu və stolüstü rentgen difraktometri alınacaq və onun pulunun yarısı artıq ödənilmişdir. Tədris laboratoriyalarını muasir səviyyədə qurmaq üçün bu il ümumi dəyəri 240000,0 $ olan 7 dəst laboratoriya alınacaqdır. Bu laboratoriyaların işlərinin səviyyəsi elə seçilmişdir ki, bu işlərdə buraxılış və magistr dissertasiyalarını uğurla yerinə yetirmək olar. Daha sonra rektor, akad. Abel Məhərrəmov qeyd etdi ki, konfransın işində 82 məruzə ilə 89 magistrant və gənc tədqiqatçı çıxış edəcək. Fizika fakültəsinin dekanı prof. f.e.d.Məhəmmədəli Ramazanov rektor, akad. A.M.Məhərrəmova öz təşəkkürünü bildirdi. Sonra konfrans plenar iclasla öz işinə başladı. Plenar iclasdan sonra konfrans 4 bölmədə öz işini davam etdirdi. Konfransın işində cəmi 88 məruzə edildi. Bu məruzələedən 71-i Bakı Dövlət Universitetinin magistrantları, 11 nəfər digər universitetlərdən idi.
| ƏtraflıFizika fakültəsinin dekanı, prof. f.e.d. Məhəmmədəli Ramazanov 3 may 2012-ci il tarixdən 9 may 2012-ci il tarixinə qədər Almaniyanın Carl Zeiss şirkətinin rəsmi dəvəti ilə şirkətin istehsal etdiyi cihazların texniki imkanları ilə tanış olmaq üçün onun nəzdində olan sınaq laboratorilarında olmuşdur. 3 may tarixində Oberkochen şəhərində yüksək həssaslığa və geniş texniki imkanlara malik Merlin elektron mikroskopunda Dr Heiner Jakschla BDU-nun nanotədqiqatlar laboratoriyasında sintez olunmuş polimer nanokompozit nümunə tədqiq edilmiş və mikroskopun imkanları barədə məlumat alınmışdır. Həmin gün Carl Zeiss şirkətinin direktorlar şurasının üzvləri Dr. Frank Stic və Dr. Frank Stiezle görüş olmuş və BDU ilə Carl Zeiss arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Elə həmin gün şirkətin istehsal etdiyi Auriga elektron- ion mikroskopları ilə və Orion ion mikroskopu ilə yaxından tanış olunmuşdur. Səfər zamanı Carl Zeiss şirkətinin Münhen şəhərində yrləşən elmi araşdırma mərkəzində və bioloji laboratoriyasında flüorisent və İK mikroskopları ilə yaxında tanış olunmuş və real bioloji strukturlarda təcrübələr aparılmışdır. Prof. Ramazanov M.Ə. Ştuttqart şəhərində Maks Plank adına institutda elektron mikroskopu mərkəzi laboratoriyasının direktoru Dr.Prof. Peter van Aken ilə görüşmüş və laboratoriyanın cihazları və elmi tədqiqat işləri ilə yaxından tanış olmuşdur. Səfər zamanı nanotexnologiya mərkəzinin direktoru prof. Sebastyan Rexler ilə görüş olmuş və gələcəkdə mərkəzlə birgə beynəlxalq layihələrin hazırlanması ilə əlaqədar razılıqlar olmuşdur. Sonda 9 mayda Berlin şəhərində qələbə bayramı münasibəti ilə sovet ordusunun naməlum əsgərinin heykəli önünə gül dəstələri qoyulmuşdur. Səfər çərçivəsində Carl Zeiss şirkətinin rəhbərliyi Bakı Dövlət Universiteti ilə birgə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildirmiş və hədiyyə olaraq tədris proseslərində və tədqiqat işlərində istifadə üçün 10 ədəd Primo Star optik mikroskopunlarını vermək barədə razılıga gəldikləri barədə sənədlərin hazırlanmasına qərar vermişlər. Səfərin yüksək səviyyədə təşkil olunmasında Carl Zeiss şirkətinin MDB üzrə Nanotexnologiya və elektron mikroskopları departementinin rəhbəri Aleksandr Ulyanenko və Azərbaycan üzrə nümayəndəsi Natalya Qamzayeva böyük səy göstərmişlər.
| ƏtraflıAzərbayan Respublikasınn Prezdenti yanında Elmin İnkişafı Fondunun 2010-cu il üçün 1-ci qrant müsabiqəsinin qalibi olmuş 40 lahiyədən biri, Bakı Dövlət Universitetini təmsil edən lahiyənin müəllifləri - lahiyə rəhbəri BDU-nun əməkdaşları f.r.e.d., prof. Rəna Cümşüd qızı Qasımova, lahiyə icraçısı BDU-nun Fizika Problemləri ETİ-nun kiçik elmi işçisi Gülnarə Ərəstun qızı Səfərovadır. Fizika-riyaziyyat və texnika elmləri sahəsinin kvant elektronikası, lazer fizikası və spektroskopiya istiqmətləri üzrə fundamental-tətbiqi xarakterli “Yüksək effektli dəyişən tezlikli lazer şüa mənbələrinin işlənib hazırlanması üçün dalğaların kvazisinxron qeyri-xətti qarşılıqlı təsirinin öyrənilməsi” elmi-tədqiqat lahiyəsi qrant müsabiqəsinin qalibi olmuş və uğurla yerinə yetirilmişdir. Lahiyə tamamlanmış 8 lahiyədən biri olaraq 01.03.2012-ci ildə setrifikata layiq görülmüşdür.
| ƏtraflıIV kurs tələbələrinin dövlət imtahanı may ayının 25-də olacaqdır.
Əlavə məlumat üçün dekanlığa müraciət edin.
19 may 2012-ci il tarixdə “Fizika vs astronomiya” adlı magistrantların və gənc tsdqiqatcıların Respublika elmi konfransı keçiribcakdir
| ƏtraflıFizika fakültəsinin dekan əvəzi prof. M.Ə.Ramazanov 03 aprel 2012-cı il tarixdən 06 aprel 2012-cı il tarixinə qədər dövrdə Dubna və Moskva şəhərlərində MDB ölkələrinin Nanotexnologiya üzrə İnnovasiya Mərkəzinin təşkil etdiyi "İnnovasiya. MDB. Sabah " adlı forumunun işində iştirak etmişdir. O, forumda "Azərbaycanın iqtisadiyyatının inkişafında nanotexnologiya sahəsində innovasiya layihələrinin rolu haqqında" məruzə ilə çıxış etmişdir. Eyni zamanda Moskva şəhərində OOO "RUSUÇPRİBOR" təşkilatı ilə fakültəyə laboratoriya işlərinin alınması ilə əlaqədar danışıqlar aparmış. Zeleneqrad şəhərində yerləşən NT-MDT təşkilatından BDU-ya 2010-cu ildə alınmış İnteqra Prima atom qüvvə mikroskopunun əsas skanerinin yoxlanılmasında iştirak etmiş və onun dəyişdirilərək yenisi ilə əvəz olunması barədə razılıq əldə edilmişdir.
| ƏtraflıBizim tələbələrə iki institut arasında rektorlar tərəfindən imzalanmış sazişə əsasən hər il MFTİ müəllimləri tərəfindən BDU-da keçirilən fizika və riyaziyyat fənnləri üzrə qəbul imtahanlarında iştirak etmək imkanı verilmişdir. Keçirilən imtahanlarının nəticələrinə görə seçilmiş ən yaxşı tələbələr xarici ölkələrdə Dövlət Təhsil Proqramına əsasən MFTİ-də təhsillərini davam etdirirlər. Bu yayda BDU-dan göndərilmış MFTİ-də təhsil alan magistrlarin ilk buraxılışı olmuşdur. Bunlar aşağıdakı şəxslərdir: Şeyda İsmayilova və Nağı Qasımov. 9 iyul 2012-ci il tarixində həmin şəxslərlə BDU-nun fizika fakültəsində bakalavr və magistr pilləsində təhsil alan tələbələrin görüşü keçirilmişdir. Görüş şox maraqlı olmuşdur, MFTİ-dən gələn tələbələr bizim tələbələrin elm və məişət sahəsinə aid olan çox saylı suallara cavab vermisdilər. Bundan əlavə 17 iyun-5 iyul tarixində Dubna şəhərinin BNTİ-tunda və Moskva şəhərinin Kurçatov institutunda gənc tədqiqatçılırının “Nanosistemlərinin sinxotron və neytron tədqiqatlari”nə həsr olunmuş MDB ölkələrinin V Ali kurslarında iştirak etmiş tələbələr Nəcəfova Afət və Quliyeva Vüsalə öz təəssuratlarını bizim tələbələrlə bölüşmüşlər. Fizika fakültəsinin magistrləri də müvafiq olaraq öz fakültələrində keçdikləri təhsil prosesindən, elmi tədqiqat işlərindən danışmış və onlar belə görüşlərin davamlı olaraq keçirilməsini vacib olduğunu qeyd etmişlər.
| ƏtraflıFakültənin dekan əvəzi prof., f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlu BDU Böyük Elmi Şurasının qərarı ilə 2011 ildə elmi işlərin yerinə yetirilməsinə görə BDU üzrə ilIlin alimi adına layiq görülmüşdür. Bu münasibətlə fakültənin müəlim və tələbə heyyəti professor, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlunu təbrik edir və ona gələcək elmi işlərində uğurlar arzu edirlər.
| ƏtraflıBakl Dövlət Universiteti ümumui reyting üzrə 2011-ci ildə keçirilmiş elmi konfransların və analitik çempionatların nəticələrinə əsasən 15 ölkə - iştirakçısı ilə universitetlər arası beynəlxalq elmlər akademiya və Ali təhsil qiymətləndirilməsi elmi - tədqiqat fəaliyyətinə görə birinci yer tutub (UGRAR) http://gisap.eu
| Ətraflı15 mart 2012-ci il tarixinde fizika fakültəsində növbəti fənn olimpiadası keçirilmişdir. Olimpiadada 1-ci turda ən yüksək nəticə göstərərək qalib gəlmiş tələbələr aşağıdakılardır.
1.Hüseynova Aygun Mehman qızı
2. Bayramova Günel Asəf qızı
3. Əzizli Aysel Əlizamin qızı
4. İsmayılova Mədinə İsmayıl qızı
5. Səttarov Ramin Həsən oğlu
Onları təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq.
15 mart 2012-ci il tarixinde fizika fakültəsində növbəti fənn olimpiadası keçirilmişdir. Olimpiadada I, II və III kurs tələbələri iştirak etmişlər. Fizika fakültəsinin dekanı əvəzi prof.M.Ə.Ramazanov olimpiadanı açıq elan edib, tələbələrə uğurlar arzulamışdır. Olimpiada komissiyasınin tərkibi:
BDU rektorunun əmri ilə
f.r.e.n., dos. Ələkbərov Eldar Şahsuvar oğlu dekan müavini
f.r.e.d., prof. Qasımova Rəna Cümşüd qızı magistr və elmi işlər üzrə dekan müavini
təyin olunmuşdur. Bu münasibətlə fakültənin kollektivi onları təbrik edir və işlərində müvəffəqiyyətlər arzulayır.
BDU fizika fakültəsinin dekanlığı, fakültənin bütün qadın heyyətini Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edir və gələcək işlərində müvəffəqiyyətlər arzulayır.
| Ətraflı“Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri professor, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlu BDU Böyük Elmi Şurasının qərarı ilə 6 mart 2012-ci il tarixindən Fizika fakültəsinin dekan əvəzi vəzifəsinə təyin olunmuşdur. Bu münasibətlə fakültənin müəlim və tələbə heyyəti professor, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlunu təbrik edir və ona gələcək işlərində uğurlar arzu edirlər.
| ƏtraflıBDU fiziklərinin ilk dəfə olaraq real metal – yarımkeçirici kontaktlarda (MYK) elektrofiziki və termoelektriki metodlarla aşkar etdiyi əlavə elektrik sahəsi (ƏES) son illərdə Rusiyanın nüfuzlu Elmi Mərkəzlərində Atom - Qüvvə Mikroskopu ilə bilavasitə ölçülmüş və ətraflı tədqiq edilmişdür. Artıq, müasir mikroelektronika və nanotexnologiya üçün çox ehtiyac duyulan, yeni xassələrə malik ƏES-li MYK diodlar işlənib hazırlanmışdır.
| ƏtraflıRektorun 14.10.2011 tarixdə R-101 nömrəli sərəncamı əsasında mövcud əsasnaməyə uyğun olaraq Fakültənin Elmi Şurası yenidən təşkil olunmuşdur.
| ƏtraflıBakı Dövlət Universitetində 15.12.2012-ci ilə qədər fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasına daxil olan dissertasiyaların ilkin müzakirəsini keçirən Elmi seminar tərkibi təsdiq edilmişdir.
| Ətraflı