Home Aze Ru Eng

Xəbərlər

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib
14/04/2018

Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş  Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova  Fəxri fərmanla təltif olunub.

| Ətraflı


BDU və Milli Nüvə Tədqiqatları Mərkəzi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun NICA megaproyektinə qoşuldu
13/04/2018

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun direktor müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) şöbə müdiri Anar Rüstəmov Rusiya Federsiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) elmi səfərdədir. Səfərin məqsədi BNTİ – nin NICA (Nuclotron-based Ion Collider fAсility ) megaproyektinin ilk kolaborasiya toplantısında iştirak etmək, proyektin qarşısında duran fiziki problemləri müzakirə etməkdir. 
Qeyd edək ki, NICA kompleksindən başqa, oxşar tədqiqatlar CERNin Super Proton Sinxrotronu, Almaniyanın FAIR mərkəzi və Amerika Birləşmiş Ştatlarının RHIC kollayderində yerinə yetirilir. BDU və MNTM bu mərkəzlərin hər biri ilə əməkdaşlıq edir. Artıq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universiteti və FAIR arasında anlaşma memorandumu imzalanmışdır. Azərbaycan Respublikasının bu cür beynəlxalq layihələrdə iştirakı yüksək texnologiyaların, müasir cihazların, informasiya texnologiyaları sahəsidə innovativ üsulların vətənimizndə inkişafına və tətbiginə təkan verəcəkdir və yüksək kvalifikasiyalı kənc kadrların yetişməsinə şərait yaradacaqdər.

| Ətraflı


Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib
13/04/2018

Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib.Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Quliyeva Aydan, Məmmədova Kəbirə, İsmayılova Şəlalə və Rəciyeva Ülviyyə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar 26.04.2018 tarixinə təyin edilib.

| Ətraflı


Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi seminar keçirilib
09/04/2018
Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bu gün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri, dosent Arif Orucov açıb və belə seminarlarda digər fakültələrin tələbə və müəllimlərinin iştirak etməsini yüksək qiymətləndirib. Sonra Fizika fakültəsinin ikinci kurs tələbələri Aytən Məmmədli və Firuzə İsmayılova "Təbiətdə elektrik hadisələri", dördüncü kurs tələbəsi Orxan Güləhmədov və ikinci kurs tələbəsi Dilarə Piriyeva "Şredinger pişiyi" mövzularında məruzələr ediblər. Tədbirdə dekan müavini Məhəmməd Məhərrəmov, Yusif Nurullayev iştirak ediblər.

| Ətraflı


İtaliyalı professor BDU-da mühazirə oxuyub
06/04/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsində İtaliyanın Pavia Universitetinin professoru, İNFN-nın üzvü (Italian Institute for Nuclear Physics) Lorenzo Makkonen ilə görüş olub. Görüşdə universitetlərarası əlaqələrin əhəmiyyəti, o cümlədən birgə layihələrin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


| Ətraflı


ELAN
04/04/2018

Bakı Dövlət Universiteti Nanoaraşdırmalar mərkəzində 05 Aprel 2018-ci il saat 10:00-da İtaliyanın Pavia Universitetinin professoru Lorenzo Maccone "Kvant Mexanikasının müasir aspektləri" mövzusunda Elmi seminarı keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib
02/04/2018

Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib.Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Əhmədova Elnarə, Muradova Yeganə, Hacıyeva Nabat, Məmmədova Gülnar, Rzazadə Aytəkin apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar  12.04.2018 tarixinə təyin edilib. Fakültənin magistrantları dəvətlidir.

| Ətraflı


ELAN
19/03/2018

| Ətraflı


Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib
15/03/2018

Dekan müavini, dosent Eldar Ələkbərovun rəhbərliyi ilə baş tutan seminarda II kurs magistrantları Əsədova Şəbnəm, Eyvazlı Çinarə, Mikayılova Nəzrin, Quliyeva Səlimə və Baxşiyeva Gülnaz apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər. Növbəti seminar  29.03.2018 tarixinə təyin edilib. Arzu edənlər iştirak edə bilər.

| Ətraflı


Fizika fakültəsində növbəti Elmi Seminar keçirilib
03/03/2018

Fizika fakültəsinin növbəti elmi seminarı 3 mart 2018-ci il tarixində 437 saylı auditoriyada  keçirilmişdir. Seminarda 2211.01. – “Bərk cisim fizikası” ixtisası ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini аlmaq üçün, Həşimova Aynur İxtiyar qızı “Ge-Si yarımkeçirici binar bərk məhlulların kristallaşma cəbhəsində ifrat soyumanın aradan qaldırılması” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə seminar iştirakçılarının marağına səbəb olmuşdur.

| Ətraflı


ELAN
01/03/2018

Fizika fakültəsinin növbəti elmi seminarı 3 mart saat 1030 -da auditoriya 437-də keçiriləcəkdir. Seminarda 2211.01. – “Bərk cisim fizikası” ixtisası ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini аlmaq üçün, Həşimova Aynur İxtiyar qızı “Ge-Si yarımkeçirici binar bərk məhlulların kristallaşma cəbhəsində ifrat soyumanın aradan qaldırılması” mövzusunda məruzə edəcəkdir. Arzu edən bütün müəllim və tələbələr seminarda iştirak etməyə dəvət olunurlar.

| Ətraflı


ELAN
23/02/2018

Sizi fevral ayının 19-dan 28-dək elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş onlayn seminarlarımızda iştirak etməyə dəvət edirik.  İnformasiya resurslarının hansı funksiyaları məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində sizə faydalı ola bilər? Öz sahəmdə ən münasib və nüfuzlu nəşrləri necə tapa bilərəm? Beynəlxalq jurnalda nəşr olunma prosesi necədir?  Elmi məqalələrə olan tələblər hansılardır? Yırtıcı jurnallarda nəşr olunmaqda necə qorunmaq olar? Bir elmi təşkilatın bütün nəşrlərini necə tapa bilərəm? Elmi təşkilatın nəşriyyat fəaliyyətini qiymətləndirmək və onun effektivliyini analoji  təşkilatlar ilə necə müqayisə etmək olar? Seminar boyu bu və bir çox digər aktual mövzulara toxunacağıq və Sizi maraqlandıran suallara cavab verəcəyik!

 

 

 

 

| Ətraflı


ELAN
20/02/2018

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 22 fevral 2018-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Aidə Baba qızı Əhmədovanın “PP+Ti və PVDF+Ti əsasında alınmış polimer nanokompozitlərin quruluşu və xassələri mövzusunda, 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası”  ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


Fizika fakültəsində növbəti Elmi Seminar keçirilib
08/02/2018

Fizika fakültəsinin növbəti elmi seminarı 8 fevral 2018-ci il tarixində 437  saylı auditoriyada keçirilmişdir.  Seminarda 2206.01 – Molekulyar  fizika”  ixtisası üzrə doktorluq elmi dərəcəsi almaq üçün Gülnara Əhməd qızı  HaqverdiyevanınBİOLOJİ AKTİV MOLEKULLARIN TƏSİR MEXANİZMİNİN KONFORMASİYA-ELEKTRON ASPEKTLƏRİ” mövzusunda məruzə ilə çıxış etmişdir.

| Ətraflı


ELAN
07/02/2018

Bakı Dövlət Universitetinin fizika fakültəsinin Elmi Seminarında  8 fevral 2018-ci il tarixdə saat 10.30-da 437 saylı auditoriyada Gülnara Əhməd qızı  Haqverdiyevanın "BİOLOJİ AKTİV MOLEKULLARIN TƏSİR MEXANİZMİNİN KONFORMASİYA-ELEKTRON ASPEKTLƏRİ" mövzusunda “2206.01 – Molekulyar  fizika”  ixtisası üzrə doktorluq elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb
23/01/2018

Bakı Dövlət Universitetində bu ali təhsil ocağı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib.
Memorandumda elmi əməkdaşlığı gücləndirmək, texnoloji yenilik, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq, ixtisaslaşdırılmış seminarlar, simpoziumlar və digər elmi görüşlərin təşkili, birgə tədqiqat layihələri, mübadilə tədbirləri, professor-müəllim heyəti və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz əksini tapıb.


| Ətraflı


Almaniyalı professor BDU-nun Fizika fakültəsində məruzə edib
12/01/2018

Almaniyanın Höte adına Frankfurt Universitetinin professor , HADES təcrübəsinin sədri, Prof. Dr. Joachim Stroth Bakı Dövlət Universitetinin Fizika fakültəsində elmi məruzə edib. Fakültə müəllim və tələbələrinin iştirak etdiyi görüşdə “Adronmateriyasının virtual fotonlarla tədqiqi” mövzusunda çıxış edən məruzəçi müasir nüvə fizikasının fundamental problemləri, onların HADES təcrübəsində öyrənilməsi və alınmış nəticələr, elementar proton-proton, eləcədə proton-Nüvə və Nüvə-Nüvə toqquşmalarında alınmış nəticələrin əlaqələri və onların müqayisəli təhlili barədə ətraflı danışıb. Alim “Ağır İonların Elmi Tədqiqatları Mərkəzi”nin gələcək planları və genişləndirilməkdə olan sürətləndirici kompleksindən,  FAİR  proyektindən bəhsedib.

Sonda məruzəçi mövzu haqqında sualları cavablandırıb.

| Ətraflı


New Materials, Compounds and Applications və Low Dimensional Systems jurnallarının ilk sayı çapdan çıxıb
30/12/2017

Bakı Dövlət Universiteti davamlı olaraq beynəlxalq konfranslar, simpoziumlar təşkil edir, Azərbaycan elmini dünya müstəvisində layiqincə təmsil edir, dünya elminə inteqrasiyanı gücləndirmək və BDU-nun 100 illik yubileyini layiqincə qarşılamaq məqsədi ilə yeni beynəlxalq səviyyəli elmi jurnalların nəşrinə xüsusi diqqət yetirir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun baş redaktoru olduğu New Materials, Compounds and Applications (Yeni materiallar, birləşmələr və tətbiqləri) və Low Dimensional Systems jurnallarının ilk sayı çapdan çıxıb. New Materials, Compounds and Applications jurnalı Jomard Publishing nəşriyyaytı, Low Dimensional Systems jurnalı isə Bakı Dövlət Universiteti tərəfindən təsis edilib. Jurnalın redaksiya heyətinə dünyanın inkişaf etmiş 15-dən çox ölkəsini təmsil edən tanınmış alimlər daxildir. Jurnalın ilk nömrəsi Bakı Dövlət Universitetinin qarşıdan gələn 100 illik yubileyinə həsr edilib. Redaksiya heyətinin tərkibi, çap edilmiş məqalələrin coğrafiyası və elmi səviyyəsi jurnalların tezliklə dünya elmi mühiti tərəfindən qəbul ediləcəyinə və elmi indeksləmə bazalarına daxil olacağına əsas verir.

| Ətraflı


ELAN
29/12/2017

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 8 yanvar 2018-ci il tarixdə saat 15.30-da əsas bina-437 saylı auditoriyada Anar Canməmməd oğlu Rüstəmovun Müxtəlif Nüvələrin 1 GeV - 157 GeV Kinetik Enerji İntervalında Toqquşma Proseslərində Yaranmış Adronların Spektrləri və Kimyəvi Fluktuasiyaları mövzusunda, 2207.01 – “Atom və Nüvə fizikası” ixtisası üzrə fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcək.  Arzu edənlər iştirak edə bilərlər.

| Ətraflı


Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika Bugün adlı növbəti elmi seminar keçirilib
22/12/2017
22 dekabr 2017-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri dosent Arif Orucov açıq elan edib və belə seminarlarda digər fakültələrin tələbə və müəllimlərinin iştirak etməsinin fənlər arasında inteqrativ əlaqələrin genişlənməsinindəki rolunu ,tələbələrin elmi dünya görüşünün inkişafındakı əhəmiyyətini qeyd edib. Sonra SABAH qr.üçüncü kurs tələbəsi Sadıxlı Rəvanə " Bizim qalaktika", dördüncü kurs tələbəsi Güləhmədov Orxan və ikinci kurs tələbəsi Şərəfxanov Nurlan "Fiber optik naqillər", üçüncü kurs SABAH qr. tələbəsi Mehdiyeva Naira "Aşağı temperaturların alınması" və üçüncü kurs SABAH qr. tələbəsi İmanov Fariz "Yerin maqnit sahəsi" mövzularında məruzələr ediblər. Tədbirdə fakültənin müəllim - tələbə heyəti və BDU-nun digər fakultələrinin tələbələri  də iştirak etmişdirlər.
Seminar tədbir iştirakçılarının marağına səbəb olub. Sonda  Arif müəllim bütün tələbələrə növbəti imtahan sesiyasında  uğurlar arzulayıb.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |